Mövzu İnvestiSİyalarin uçotu investiyalar haqda anlayış və onların təsnifatı



Yüklə 41,6 Kb.
səhifə6/9
tarix23.05.2022
ölçüsü41,6 Kb.
#59009
1   2   3   4   5   6   7   8   9
7 Mövzu-7 Invest uçotu

Asılı təsərrüfat cəmiyyəti ortaqlıq kimi səhmdar cəmiyyəti olmayan müəssisələr daxil olmaqla investorun əhəmiyyətli təsirə malik olduğu, lakin nə törəmə, nə də birgə müəssisəsi olmayan müəssisədir.
İştirak payı metodu investisiyanın əvvəlcə ilkin dəyəri ilə tanındığı və daha sonra investorun investisiya obyektinin xalis aktivlərindəki payında alışdan sonrakı dəyişikliklər üzrə düzəlişlərin aparıldığı mühasibat uçotu metodudur. İnvestorun mənfəət və zərər haqqında hesabatında onun investisiya obyektinin mənfəət və ya zərərindəki payını əks etdirir.
Birgə nəzarət iqtisadi fəaliyyət üzərində nəzarətin razılaşma əsasında bölüşdürürülməsidir və eyni zamanda təsərrüfat fəaliyyətilə əlaqədar strateji maliyyə və əməliyyat qərarlarının qəbul olunması üçün nəzarətin bölüşdürüldüyü tərəflərin (sahibkarların) yalnız yekdir razılığı tələb olunduğu zaman mövcud olur.
Əhəmiyyətli təsir müəssisənin maliyyə və əməliyyat siyasəti ilə bağlı qərarların verilməsində iştirak etmək səlahiyyətidir, lakin həmin siyasət üzərində nəzarəti və ya birgə nəzarəti təmin etmir.
Fərdi maliyyə hesabatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına əlavə olaraq təqdim edilən maliyyə hesbatlarıdır. Fərdi maliyyə hesabatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müşayiət edə bilər.
Əgər investor birbaşa və ya dolayı olaraq (məs: törəmə müəssisələri vasitəsilə) investisiya obyektinin səsvermə hüququ verən səhmlərinin 20 və ya daha çox faizinə sahib olarsa, onun əhəmiyyətli təsirə malik olduğu şübhə doğurmur. Lakin buna baxmayaraq səhmlərin 20 və ya daha çox faizinə sahib olmaqla yanaşı əhəmiyyətli təsir gücünə malik olmamaq hallarına da rast gəlinir. Digər tərəfdən əgər, investor birbaşa və ya dolayı olaraq investisiya obyektinin səsvermə hüqüqu verən səhmlərinin 20%-dən az faizinə sahib olarsa, onun əhəmiyyətli təsirə malik olmadığı göz qabağındadır. Lakin buna baxmayaraq səhmlərin 20% dən az faizinə sahib olmaqla yanaşı əhəmiyyətli təsir gücünə malik olmaq mümkündür.
Səhmlərin mühüm hissəsinin və ya nəzarət paketinin digər investora məxsus olması investorun əhəmiyyətli təsirə malik olmasına mütləq şəkildə maneə yaratmır.
İnvestorun əhəmiyyətli təsirə malik olması adətən aşağıdakılardan birinin və ya bir
neçəsinin movcud olması ilə təsdiq olunur:
a) investisiya obyektinin direktorlar şurası və ya analoji idarəetmə orqanında
nümayəndəlik;
b) siyasətin muəyyən olunması prosesində, o cumlədən dividend və ya digər
bölüşdurmələr uzrə qərarların qəbul edilməsində iştirak etmək;
c) investor ilə investisiya obyekti arasında iri həcmli əməliyyatlar;
ç) idarəetmə heyətinin qarşılıqlı mubadiləsi; və ya
d) vacib texniki məlumatların təqdim olunması.
Müəssisə, hər hansı digər müəssisədə səsvermə huququnu təmin edən səhmlərə və konvertasiya ola bilən maliyyə alətlərinə sahib olduqda, potensial səsvermə hüquqları mövcud olur. Muəssisənin əhəmiyyətli təsirə malik olub-olmadığı qiymətləndirilərkən, hesabat tarixinə yerinə yetirilə və ya konvertasiya oluna bilən potensial səsvermə hüquqlarının mövcudluğu və təsiri, o cumlədən digər müəssisələr tərəfindən saxlanılan potensial səsvermə hüquqları nəzərə alınır.
Müəssisə investisiya obyektinin maliyyə və əməliyyat siyasəti ilə bağlı qərarların
verilməsində iştirak etmək səlahiyyətini itirdikdə, həmin obyekt uzərində əhəmiyyətli təsirini itirir.

Yüklə 41,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin