Mövzu İnvestiSİyalarin uçotu investiyalar haqda anlayış və onların təsnifatı


D-t 121 “Daşınmaz əmlaka investisiyar-Dəyər” hesabı



Yüklə 41,6 Kb.
səhifə5/9
tarix23.05.2022
ölçüsü41,6 Kb.
#59009
1   2   3   4   5   6   7   8   9
7 Mövzu-7 Invest uçotu

D-t 121 “Daşınmaz əmlaka investisiyar-Dəyər” hesabı
K-t 223 “Bank hesablaşma hesabları” hesabı
2. İnvestisiya məqsədli daşınmaz əmlaka amortizasiya hesablanmışdır:
D-t 202 “İstehsalat məsrəfləri” hesabı
K-t 122/2 “Daşınmaz əmlaka investisiyalar –Amortizasiya” hesabının 2
saylı “Binalar-Amortizasiya “ subhesabı
3. İnvestisiya məqsədli daşınmaz əmlakın qiyməti artırılmışdır:
D-T 121 “Daşınmaz əmlaka investisiyalar-Dəyər” hesabı
K-t 331 “Yenidən qiymətləndirmə üzrə ehtiyat” hesabı
4. İnvestisiya məqsədli daşınmaz əmlakın ədalətli dəyərinin dəyişməsi ilə əlaqədar olaraq qiyməti azaldılmışdır:
D-T 731 “Sair əməliyyat xərcləri” hesabı
K-T 121 “Daşınmaz əmlaka investisiyalar-Dəyər” hesabı
5. İnvestisiya məqsədli daşınmaz əmlakın əsas vəsaitlər kateqoriyasına
keçirilmişdır:
D-T 111 “Torpaq, tikili və avadanlıqlar-Dəyər” hesabı
K-T 121 “Daşınmaz əmlaka investisiyalar-Dəyər” hesabı
6. İnvestisiya məqsədli daşınmaz əmlak satıldığı üçün onun maya dəyəri silinmişdir:
D-T 701 “Satışın maya dəyəri” hesabı
K-T 121 “Daşınmaz əmlaka investisiyalar- Dəyər” hesabı
7. Satılmış nvestisiya məqsədli daşınmaz əmlaka hesablanılan amortizasiya nəzərə alınmışdır:
D-T 122 “Daşınmaz əmlaka investisiyalar –Amortizasiya” hesabı
K-T 701 “Satışın maya dəyəri” hesabı
8. Müqavilə qiymətinə uyğun olaraq investisiya məqsədli daşınmaz əmlak alıcıya təqdim edilmişdir:
D-T 171 “ Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları”
hesabı
K-T 601 “Satış” hesabı


5. İştirak payı metodu uilə uçota alınan investisiyaların uçotu və hesabatda əks etdirilmə qaydası “Asılı təsərrufat cəmiyyətlərinə investisiyalar” adlı 20 №-li
Mühasibat Ucotunun Beynəlxalq Standartına əsasən tənzimlənir. Standart 40 maddədən ibarətdir. Biz bu paraqrafda da yalnız bəzi anlayışların açıqlanmasına çalışmışıq.
Bu Standartın məqsədi, investisiya obyektinin törəmə müəssisə kimi deyil, asılı
təsərrüfat cəmiyyəti kimi təsnifləşdirilməsi ücün, onun kapitalında kifayət qədər
investisiyalara malik olan digər müəssisə tərəfindən maliyyə hesabatlarının tərtib
edilməsi zamanı qəbul edilməli olan qaydaların müəyyən edilməsidir.
Adı əkilən standart asılı təsərrüfat cəmiyyətlərinə investisiyaların ucotu zamanı tətbiq olunmalıdır. Lakin əsas təsərrüfat cəmiyyətlərinin aşağıdakılardan biri olduğu halda və onun asılı təsərrüfat cəmiyyətlərinə qoyduğu investisiyaların ilkin tanınması zamanı ədalətli dəyər ilə müəyyən oldundüğu və ədalətli dəyərdə baş verən dəyişikliklərin mənfəət və zərər haqqında hesabatda tanındığı və ya həmin investisiyaların ticarət üçün saxlanılan kimi təsnifləşdirildiyi halda bu Standart tətbiğ olunmur:

  1. riskli kapitala malik olan təşkilatlar;

  2. qarşılıqlı fondlar, investisiya trastları və investisiyalar ilə bağlı sığorta fondları daxil olmaqla analoji durumlar.

Bu investisiyalar ədalətli dəyərlə qiymətləndirilməli və ədalətli dəyərdə dəyişikliklər, onların baş verdiyi dövrün mənfəət və da zərərində tanınmalıdır.
Bu Standartda istifadə edilmiş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

Yüklə 41,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin