Mövzu İnvestiSİyalarin uçotu investiyalar haqda anlayış və onların təsnifatı


Mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlak



Yüklə 41,6 Kb.
səhifə3/9
tarix23.05.2022
ölçüsü41,6 Kb.
#59009
1   2   3   4   5   6   7   8   9
7 Mövzu-7 Invest uçotu

Mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlak dedikdə malların istehsalı və ya təchizatı, yaxud xidmətlərin göstərilməsi üçün və ya inzibatı məqsədlər üçün saxlanılan (mülkiyyətçi və ya maliyyə icarəsi şərtlərinə uyğun olaraq icarəçi tərəfindən) daşınmaz əmlak başa düşülür.
İnvestisiya məqsədli daşınmaz əmlak yalnız aşağıdakı hallarda aktiv kimi tanınır:

  1. investisiya məqsədli daşınmaz əmlak ilə bağlı gələcək iqtisadi səmərənin müəssisəyə axını ehtimal olunduqda; və

  2. investisiya məqsədli daşınmaz əmlakın dəyərinin etibarlı əsasda qiymətləndirilməsi mümkün oldüqda.

Müəssisə bu tanınma meyarlarına uyğun olaraq investisiya məqsədli daşınmaz əmlakı üzrə bütün məsrəfləri onların yarandığı anda qiymətləndirməlidir.Bu məsrəflər daşınmaz əmlakın əldə olunması üçün ilkin çəkilmiş və daha sonra bu daşınmaz əmlakaəlavələrin edilməsi,onun hissələrinin əvəz edilməsi və ya ona xidmət göstərilməsi üzrə yaranan məsrəflər daxil edilir.
İnvestisiya məqsədli daşınmaz əmlak ilkin olaraq əmlakın alış qiyməti ilə ona birbaşa aid edilə bilən hər hansı məsrəflərdən ibarət olan ilkin dəyəri ilə qiymətləndirilməlidir. Əməliyyatla bağlı məsrəflər ilkin qiymətləndirməyə daxil edilməlidir.
Müəssisə tərəfindən tikilən investisiya məqsədli daşınmaz əmlakın dəyəri onun tikilməsi və ya yaradılması başa çatdığı anda olan dəyərin bərabərdir. Daşınmaz əmlakın tikilməsi və ya yaradılması başa çatdırıldığı tarixədək bu cür daşınmaz əmlaka 7 nömrəli MMUS tətbiq edilir. Həmin tarixdən etibarən əmlak investisiya məqsədli daşınmaz əmlak hesab edilir.
Aşağıdakılar əmlak investisiya məqsədli daşınmaz əmlakın dəyərini artırmır:

  1. fəaliyyətə başlama msrəfləri( bu məsrəflərin daşınmaz əmlakın müəssisə rəhbərliyinin tələblərinə uyğuntərzdə fəaliyyət göstərməsi şəraitinə gətirilməsi üçün hesab olunduğu hal istisna olmaqla);

  2. investisiya məqsədli daşınmaz əmlakın planlaşdırılan tutulma səviyyəsinə çatmamışdan əvvəl yaranan əməliyyat zərərləri; və ya

  3. daşınmaz əmlakın tikilməsi və ya yaradılması zamanı gəkilmiş normadan artıq xammal, əmək və digər resurslar üzrə məsrəflərin məbləği.

Əgər investisiya məqsədli daşınmaz əmlak üzrə ödəniş təxirə salınarsa, onun ilkin dəyəri pul vəsaitlərinin ekvivalenti ilə ifadə olunan alış qiymətinə bərabərdir. Bu məbləğ ilə ödənişlər arasındakı fərq kredit müdəti ərzində xərc kimi tanınmalıdır.

Yüklə 41,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin