Mövzu: Bağırsaq infeksiyaları. Baki – 2018 Plan



Yüklə 150 Kb.
səhifə8/16
tarix02.01.2022
ölçüsü150 Kb.
#37572
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
Bağırsaq infeksiyaları

Dizenteriya infeksion xəstəlik olub insanın həzm traktından yoluxma ilə epidemik şəkildə yayılır və orqanizmin ümumi intoksikasiya, yoğun bağırsağın anatomik və funksional pozğunluğunun meydana çıxması, tezləşmiş selikli və qanlı nəcis ifrazı ilə müşayiət olunur.

Kəskin və xronik dizenteriya ayırd olunur.

Dizenteriya eyni adlı bakteriyaların müxtəlif növləri tərəifndən törədilə

bilər. Dizenteriyanın törədiciləri sırasına xüsusən Qriqoryev, Şiqa, Fleksner,

Zonne, Nyukestl bakteriyaları əv bir sıra başqaları daxildir. Bu qrup bakteriyaların bütün nümayəndələri morfoloji xüsusiyyətlərinə görə uzunluğu 3-ə qədər olan ucları dəyirmi çöplərdir: onlar hərəkətsiz və boyanma xassəsinə görə qram-mənfidirlər. Qriqoryev-Şiqa növündən olan bakteriyalarm güclü ekzotoksin hasil etmək qabihyyəti vardır. Hazırda xəstəliyin törədicisi çox vaxt Fleksner (bir neçə serotipdə) və Zonne bakteriyaları sayılır, nadirən xəstəliyi Nyukestl bakteriyaları törədir, Qriqoryev-Şiqa bakteriyaları isə dizenteriyalı xəstələrin nəcisində, demək olar ki, heç vaxt tapılmır.

Təbii şəraitdə infeksiya mənbəyi kəskin və xronik dizenteriyası olan, eləcə də bakteriyagəzdirən insanlardır. İnfeksiyagəzdirmə adətən vaxtaşırı residiv verən xronik dizenteriya prosesi ilə birlikdə olur. Dizenteriya bakteriyaları xəstələrin və bakteriyagəzdirənlərin nəcisi ilə xarici mühitə ifraz edilir.

İnsan dizenteriya bakteriyalarının ağızdan mədə-bağırsaq traktına keçməsi nəticəsində yoluxur. Törədici yoğun bağırsağın aşağı hissəsinin selikli qişasındakı büküşlərdə yerləşir. İnsanm xəstəliklə yoluxması hər şeydən əwəl çirkli əllər, çox vaxt isə dizenteriyalı xəstələrin və ya bakteriyagəzdirənlərin nəcisindən yoluxmuş əşyalar vasitəsi ilə ola bilər. Dizenteriya bakteriyaları ilə infesiyalaşmış süd, su, qida məhsulatını qəbul etdikdə xəstələnmə az olmur. Dizenteriyanın yayılmasında milçəklərin də müəyyən rolu vardır.

Xəstəlik bütün il boyu təsadüf edir, lakin maksimal xəstələnmə iyul-avqust aylarına düşür ki, bu da həmin dövrdə yuyulmamış çiy tərəvəz və meyvələrdən və çiy sudan daha tez-tez istifadə olunması ilə əlaqədardır: qismən milçəklərin yumurta tökmələri və onların fəal həyat fəaliyyəti ilə də izah edilə bilər.

Şəxsi gigiyena qaydalarının pozulması dizenteriyanın epidemiologiyasında çox mühüm rol oynayır. Xəstəliyin epidemiologiyasında kəskin dizenteriyanın atipik, aydm olmayan formalarına keçirən xəstələrə, xronik dizenteriyalı xəstələrə və bakteriya ifraz edənlərə ciddi əhəmiyyət verilir.

Dizenteriya bakteriyaları ağızdlan həzm traktına keçib, yorğun bağırsağın aşağı hissəsinin selikli qişasında, başlıca olaraq büküşlərin arasında yerləşirlər. Dizenteriya zamanı yoğun bağırsağın aşağı hissəsində başlıca olaraq 5-ə bənzər bağırsaqda və düz bağırsaqda onun sfinktorunda meydana çıxan patoloji dəyişikliklər, birinci növbədə dizenteriya bakteriyalarının toksik məhsulatının (endotoksin və ya ekzotoksinlərin) selikli qişaya bilavasitə təsiri ilə əlaqədardır. Bundan əlavə selikli qişanın zədələnməsi törədicinin qana sorulmuş soksik məhsulatının selikli qişanm eyni nahiyəsindən - geri bağırsaq mənfəzinə ifraz edilməsi nəticəsində də əmələ gəlir.

İnkubasion dövr orta hesabla 3 günə qədər davam etməklə 2 gündən 6 günə qədər tərəddüd edə bilir. Aşağıda Fleksner bakteriyaları tərəfindən

törədilən və orta ağırlıqda keçən dizenteriya təsadüfinin tipik klinik gedişi təsvir edilmişdir.

Xəstəliyin kəskin əlamətləri meydana çıxandan qabaq çox vaxt probromal dövr (ümumi zəiflik, halsızlıq, iştahanm itməsi) olur; sonra temperatur yüksəlir, qarın (başlıca olaraq sol qalça çuxuru nahiyəsində yerləşən) ağrıları və nəcis xarakterli təkrari duru defeksiya olur. Artıq bir neçə saat keçdikdən sonra və ya ertəsi gün defeksiyaların sayı artır və nəcisdə sərbəst patoloji qatışıq, yəni nəcis kütləsi ilə qarışmayan selik və damarcıqlar şəklində qan tapıhr; bəzi təsadüflərdə xeyli selik qatışmış olur, qan isə cüzi miqdarda laxtalar şəklində qarışır.

Yoğun bağırsağın aşağı hissəsində spazmların olması nəticəisndə xəstədə nəcis ifraz etməya yalançı meyllik meydana çıxır. Nəcisin miqdarı azalır və o, tezliklə nəcis xarakterini itirir, əsasən qan qarışmış selikdən və bəzən isə irindən ibarət olur, çox vaxt bu, ancaq damarcıqlar şəklində qan qatışmış kiçik selik topasıdır. Nəcis ifrazına meyllik tez-tez meydana çıxdığı zaman təzyiq etdikdə anusun boşalması, bəzən isə açıq qalması görünür. Defeksiyanm sayı gündə 20-25 dəfəyə çata bilər, lakin xəstələrin əksərində xəstəliyin birinci 2 günündə onun sayı gündə 10-12 dəfə olur. Xəstə sağaldıqca defeksiyaların sayı azalır.

Dil adətən ağ ərplə örtülür. Su-duz mübadiləsinin pozulması

nəticəsində xəstələr tez-tez üşüyürlər. Temperatur yüksək dərəcəyə (38,5-

40,5°) qədər çata bilir, lakin qızdırma qısamüddətli olub ancaq 2-4 gün

davam edir. Belə təsadüflərdə ümumi intoksikasiya çox yüksək olmur,

rektoromanoskopiya kataral və ya kataral hemorragik proktosiqmoiditin aşkar edilməsinə imkan verir. Qanın mənzərəsi xarakter olmur.

Xəstəliyin təsvir edilmiş klinik mənzərəsindən başqa onun ağır toksik formaları da müşahidə oluna bilər. Toksik dizenteriya zamanı xəstəlik sinir sistemində ruh düşkünlüyü və qıcolmalarm meydana çıxmasında şiddətli sıxmtı, ürək-damar funksiyalarının bəzən ölümə səbəb olan şiddətli pozğunluğu ilə keçir. Bu, xəstəliyin ildırım sürəti ilə keçən formalarında (xüsusən, kiçik uşaqlarda) mümkündür.

Əziyyətli tenezmlər, sayı gündə 30-50 dəfəyə qədər çatan defekasiya, nəcisin çox duru olması və ona selik, qan qatışması, orqanizmin susuzlaşması, intoksikasiya əksərən Qriqoryev Şiqa bakteriyaları tərəfindən törədilən toksik dizenteriya (xəstəliyin bu forması indi çox nadir təsadüflərdə rast gəlir) üçün xarakterdir.

Son on il ərzində dizenteriyanın klinikası daha yüngül gedişlə fərqlənir ki, bu da əhalinin rezistentliyinin artması, güzəranın yaxşılaşması və dizenteriyanın toksigen növü olan Qriqoryev Şiqa törədicilərinin daha az virulentli Fleksner - Zonne və başqa törədicilərlə əvəz edilməsi ilə əlaqədardır. Hazırda xəstəliyin kəskin intoksikasiya, tenezmlər, yoğun bağırsağm selikli qişasınm dərin zədələnməsi ilə keçən ağır formaları nisbətən nadir təsadüflərdə rast gəlir. Xəstəliyin orta şiddətli spastik ağrılar, Hemokolit sindromu və zəif intoksikasiya əlamətləri ilə keçən atipik formalarına təsadüf edilir. Xəstəliyin bu formaları hər şeydən əvvəl

salmanelyoz etiologiyalı qida toksikoinfeksiyası ilə dəqiq diferensial diaqnoz aparmağı tələb edir.


Yüklə 150 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin