Mövzu: Bağırsaq infeksiyaları. Baki – 2018 Plan



Yüklə 150 Kb.
səhifə6/16
tarix02.01.2022
ölçüsü150 Kb.
#37572
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
Bağırsaq infeksiyaları

autoştamla aqlütinasiya reaksiya qoymaq olar. Reaksiyanın 4-6 gündən sonra təkrarlayıb titrin yüksəlməsini qeyd etmək lazımdır.

Salmonelyoz etiologiyalı qida toksikoinfeksiyası olan xəstələrdə qarın ağrıları yayılmış xarakter daşıyır, təkrarən qusma, qanda leykositoz müşahidə edilir.

Qida toksikoinfeksiyasına şübhə olduqda xəstədən alınıb ağzı möhkəm qapaqla bağlanmış steril şüşə bankalara (ayrıca) toplanmış nəcisi, qusuntu kütləsini, mədənin yuyuntu suyunu bakterioloji tədqiqə uğratmaq lazımdır.

Xəstə stasionara daxil olan kimi yoğun zonddan istifadə edərək, 0,5%-li natrium-bikarbonatın ilıq məhlulu ilə mədəsini yumaq lazımdır. Eyni zamanda işlətmə duzu (25 q maqnezium-sulfat) təyin edirlər. Ürək-damar sisteminin vəziyyətini gözləmək, qan təzyiqinə sistematik nəzarət etmək, lazım gəldikdə efedrin, kordiamin, zəruri olsa mezaton da işlətmək olar. İntoksikasiya nəzərə çox çarpdıqda xəstənin venasına gündə 2 dəfə 0,85%-li natrium-xlor (fizioloji) məhlulundan hər inyeksiyada 500 ml, bundan əlavə yenə ondan damcı üsulu ilə gündə 2 1. qədər yeridilir. Fizioloji məhlulla bir vaxtda budun xarici səthinin dərisi altında 5%-li qlükoza məhlulu (hər birinə 500 ml) yeridirlər. Fizioloji məhluldan əlavə hər vena daxilinə 40%-li qlükoza məhlulu (50 ml-dən 100 ml-ə qədər) yeridirlər. Orqanizmin susuzlaşması şiddətli olan təsadüflərdə göstərilən tədbirlərdən savayı venaya gündə 1-2 dəfə 10%-li natrium-xlor məhlulundan 15 ml vururlar; damcı üsulu ilə çoxlu miqdarda 5%-li qlükoza məhlulunun vurulması da faydalıdır.

Antibiotiklər müalicənin müvəffəqiyyətini həll etmir, lakin (müalicəvi effektin son dərəcə şübhəli olmasma baxmayaraq) 0,5 qramdan 6 dəfə olmaqla 4-5 gün levomisetin verilməsini məsləhət görmək olar. Xəstə yataq rejimində olmalıdır, qan dövranı pozğunluğunda ayaqlara istiqaclar qoyulur. Xəstəliyin kəskin əlamətləri olan dövrdə əsirgəyici pəhriz təyin etmək lazımdır.

BOTULİZM


Yüklə 150 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin