Mövzu: Bağırsaq infeksiyaları. Baki – 2018 Plan


Qida toksikoinfeksiyaları



Yüklə 150 Kb.
səhifə4/16
tarix02.01.2022
ölçüsü150 Kb.
#37572
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
Bağırsaq infeksiyaları

Qida toksikoinfeksiyaları

Qida toksikoinfeksiyaları insanın kəskin infeksion xəstəliklərinin geniş qrupu olub yoluxmuş qida maddələrini qəbul etdikdə müxtəlif mikroblar və onların toksik məhsulları tərəfindən törədilir. Xəstəlik ümumi intoksikasiya, yüksək temperatur, ürək-damar fəaliyyətinin pozulması (hətta kollaps əmələ gələnədək) və mədə-bağırsaq traktı tərəflndən olan simptomlarla keçir.

Qida toksikoinfeksiyalarının törədiciləri bakteriyaların geniş qrupunu (530-a qədər müxtəlif nümayəndəsi vardır) təşkil edir, bunlardan ən mühümü mikrobioloq Salmonun şərəfinə adlandırılan Salmonella qrupu bakteriyaları, o cümlədən Breslau bakteriyaları, Gertner çöpləri və bir çox başqa bakteriyalar daha tez-tez təsadüf edilir. Toksikoinfeksiya salmonellalardan başqa şərti patogen bakteriyalar, məsələn V. Proteis vulqaris, stafilokoklar, hətta bağırsaq çöpləri tərəifndən törədilə bilər. Şərti patogen mikroblar tərəifndən törədilən qida toksikoinfeksiyanm inkişaf etməsi yoluxmanın massivliyi orqanizmin mühafizə qabiliyyətinin azalması, mədə və bağırsaq yunksiyalarının pozulmasmdan irəli gəlir.

Toksikoinfeksiyanın törədiciləri yoluxmuş qida məhsullarında bir neçə gün müddətində qala bilər.

Qida toksikoinfeksiyalarının başlıca səbəbi Salmonella qrupu bakteriyaları ilə yoluxmuş ət və balığın işlədilməsidir.

Kənd təsərrüfatı heyvanlarının əti onlar hələ kəsilməmiş yoluxa bilir,

çünki salmonellalar tərəifndən törədilən və təbii surətdə keçən bu xəstəliklər

bəzi hallarda qaramal və donuzlar arasında rast gəlir; bundan başqa

heyvanların kəsilməsi, cəmdəyin növlərə görə doğranılması və daşınması

antisanitar şəraitdə olarsa ətin yoluxmasına səbəb ola bilər. Bunun eyni olaraq balığın duzlanması zamanı qida gigiyenası tələblərinə etinasızlıq edilməsi onun (başlıca olaraq Gertner bakteriyaları ilə) həm də balıqdan hazırlanmış qida məhsullarmın çox vaxt yoluxmasına səbəb olmuşdur.

Mətbəxlərdə ət və balıq məhsulatının saxlanılması və işlənməsi düzgün olmadıqda onların ciddi yoluxma qorxusu meydana çıxır: nəticədə bu məhsulatı qəbul edən (yeyən) şəxslər arasında dəfləərlə qida toksikoinfeksiyası, tək-tək xəstələnmə təsadüfləri və epidemik şiddətlənmələr müşahidə edilmişdir.

Qida toksikoinfeksiyalarında orqanizmin intoksikasiyası və xəstəlik törədicisinin mədə bağırsaq traktının selikli qişasına bilavasitə təsiri patoloji prosesin törəməsinə səbəb olur. Bəzən qida toksikoinfeksiyalarında bakteriemiya olur və törədici toxumalrda artıb çoxalır. Breslau çöpləri tərəfindən törədilən xəstəliklərdə belə olur.

Qida toksikoinfeksiyasından ölmüş insanların meyitlərini yardıqda nazik bağırsaqların selikli qişasında hiperemiya və ödem, bağırsaqların divarında çoxlu hemmoragiyalar tapılır. Dalaq və qara ciyər böyüyür, onların parenximatoz hüceyrələri degenerasiyaya uğrayır.

İnkubasion dövr əksərən 8-14 saata bərabər olur, lakin 2 saatdan 24 saata qədər dəyişə, bəzən isə daha uzun çəkə bilər.

Xəstəliyin aşağıda təsvir olunan gedişi salmenelyoz qastroenteritin tipik kəskin formasına uyğun gəlir.




Yüklə 150 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin