Mövzu: Bağırsaq infeksiyaları. Baki – 2018 Plan



Yüklə 150 Kb.
səhifə16/16
tarix02.01.2022
ölçüsü150 Kb.
#37572
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
Bağırsaq infeksiyaları

Müalicə. Botkin xəstəliyində qospitalizasiya tamamilə məcburidir; bütün xəstələr klinik simptomlar keçənə və qara ciyərin əsas yunksiyaları normalaşana qədər yataq rejimində qalmalıdırlar.

Xəstəyə gündə 400 qrama qədər kəsmik vermək məsləhət görülür. Xəstə çoxlu miqdarda sulu karbon almalıdır, bundan ötrü ona şirin yeməklər, çoxlu miqdarda şəkər, mürəbbə, cem, şirin çay, bal təyin edilir; xəstənin pəhrizinə şirin meyvələr, tərəvəzlər, meyvə və giləmeyvə şirəbri əlavə edilməlidir. Suda bişirilmiş ət və təzə balıq vermək lazımdır.

Xəstələrin müalicəisndə qara ciyərdə qlikogen əmələ gətirmə funksiyasmın yaxşılaşdırılması mühüm rol oynayır; bu məqsədlə vena daxilinə 5%-li qlükoza məhlulundan gündə 1,5-2 ml qədər damcı üsulu ilə ya da həmin məhluldan göstərilən miqdarda dəri altına və əzələ daxilinə (yaxşı olar ki, damcı üsulu ilə) yeridirlər.

Daxilə və vena daxilinə gündə 0,6-0,8 q qədər askorbin turşusu təyin etmək vacibdir. Metionin çox məhdudlaşdırılmış şəkildə işlədilir, (böyüklər üçün 1 qramdan gündə 4 dəfə) o qara ciyərdə piy infıltrasiyasını aradan qaldıra bilər, lakin bu, Botkin xəstəliyinin kəskin formasında nəzərə çarpmır, ona görə də metioninin tətbiq edilməsi nəzəri cəhətcə kifayət qədər əsaslandırılmamış və müalicəvi iş praktikası ilə möhkəmləndirilməmişdir.

Klinisistlərin bir çoxu xəstəyə qələvi mineral sular: borjom, yessentuki; eləcə də maqnezium sulfatın 1%-li məhlulundan gündə 1 litrə qədər içməyi məsləhət görürlər. Ümumiyyətlə, çoxlu maye qəbul edilməsi xəstələrə şübhəsiz xeyir verir. Xəstəxanadan yazıldıqdan sonra 8-9 ay pəhriz gözləmək lazımdır. Ağır xəstələrin hər birinin ayrıca ləyəni olmalıdır. Bütün xəstələrin fərdi yemək qabları, qaşıqları, bıçaqları, çəngəlləri olmalıdır ki, bunlar hər dəfə istifadə edildikdən sonra möhkəm qaynadılmalıdır.

«Şpris hepatetlərinin» (inokulyasion sarılıqların) profilaktikası üçün xəstələrə inyeksiya edilən bütün xəstəxanalarda, feldşer məntəqələrində və poliklinikalarda hər bir inyeksiyanı edəndən qabaq şpris və iynələri 30 dəqiqə müddətində möhkəm qaynatmaq lazımdır. Botkin xəstəliyi olan şəxslərdə qospitalizə edilən xüsusi stasionarlarda ancaq həmin xəstə üçün müxtəlif müalicəvi manipulyasiyalardan ötrü fərdi şprislər və iynələr ayırırlar.






Yüklə 150 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin