Mövzu: Bağırsaq infeksiyaları. Baki – 2018 Plan



Yüklə 150 Kb.
səhifə7/16
tarix02.01.2022
ölçüsü150 Kb.
#37572
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   16
Bağırsaq infeksiyaları

Botulizm - qida toksikoinfeksion qrupundan olub ümumi kəskin infeksion xəstəlikdir. Anaerob V.botilinus basilləri tərəfındən törədilir və mərkəzi sinir sisteminin ocaqlı xarakterdə ağır toksik zədələnməsi ilə xarakterizə olunur.

Xəstəliyin törədicisi ciddi anaerob və spor əmələ gətirən V.botilinus bakteriyalarıdrr. Bunlar həm təmiz kulturada, həm də yoluxmuş orqanizmdə ən şiddətli zəhər (ekzotoksin) ifraz etmək xüsusiyyətinə malikdir, bu toksin öz patogenlik təsirinin qüwəsinə görə məlum olan bütün bakterial ekzotoksinlər ən qüwətlisi sayılır. Təmiz ekzotoksin kristallik şəkildə alınmışdır.

Botulizmlə xəstələnmə həm sporadik, həm də çox böyük olmayan epidemik şiddətlənmə şəklində təsadüf edə bilər, axırıncı şəkildə xəstəliyin meydana çıxması səbəbi yoluxmuş eyni ərzağın bir neçə adam tərəfindən qəbul edilməsi ilə izah olunur.

Botulizm bakteriyaları ilə çox vaxt vetçina, kolbasa, ət, balıq və tərəvəz konservləri, eləcə də qızılbalıq (nərə, uzunburun, ağ balıq) yoluxmuş olur.

Onlara tərəvəz, meyvə, taxıl, yem otları üzərində təsadüf edilir. Qızılbalığın yoluxması ovlanma ya növə görə doğranma zamanı onun zədələnməsi nəticəsində baş verir: balığın adi yaşayış şəraitində onun bağırsağında ola bilən botulizm bakteriyaları, balığın bağırsaq möhtəviyyatından onun ətinə keçir. Ev qaydası ilə hazırlanmış təzə quru balıq, konservlər və vetçina ciddi epidemioloji təhlükə törədə bilər.

Anbarlarda, bazarlarda, mağazalarda, ictimai iaşə müəssisələrində və ev şəraitində bütün ərzaqlar soyuqda saxlanılmalıdır.

Botulizm bakteriyaları (bağırsaqda cücərən sporlar və vegetativ formalar) və bu mikrobların ekzotoksinlərin yoluxmuş yeyinti məhsulları ilə insanm mədə-bağırsaq traktına daxil olur. Sonra bakteriyalar tezliklə qan dövranma keçir. Ekzotoksin bağırsaq divarından sorularaq ümumi qan axınına daxil olur. Toksin ən çox kəllə beyni sinirlərinin nüvə hüceyrələrini zədələyir və mərkəzi sinir sisteminin qanqlioz hüceyrələrində diffuz dəyişikliklər törədir.

Udlaq əzələlərinin, göz almasının hərəkətə gətirən əzələlərin parezvə iflic, azan sinirin parezi və ürəyin sinir düyünlərinin zədələnməsi intoksikasiyanın ən xarakter nəticəsidir.

İnkubasion dövr 6-10 saatdır, lakin bu dövr 2 günə qədər uzana bilər.

Xəstəlik baş ağrısı, ümumi halsızlıq, zəiflik, bəzən təkrarlanan qusma ilə

kəskin başlanır. Çox vaxt qəbizlik və qarın köpmüş (meteorizm) olur.

Temperatur qısa müddət ərzində azca yüksəlir. Xəstəlik başlanandan 1-2 gün sonra başgicəllənmə, işıqduymanın pozulması meydana çıxır. Xəstə bütün əşyaları dumanlı görür, sonra ikigörmə (diplopiya) meydana çıxır ki, bu, göz almalarının birlikdə hərəkətinin parezi (konvergensiyanın pozulması) ilə izah edilir, bəbəklər genəlir, çox vaxt bəbəyin biri o birindən artıq genəlmiş olur (anizokoriya), nəzərə çox çarpan çəpgözlük, göz qapaqlarının sallanması (ptoz) meydana çıxır, göz bəbəklərinin işığa akkomodasiyası itir.

Nitq anlaşılmaz olur, xəstənin səsi zəifləşir, udma pozulur, xəstə çeçəyir, bu vaxt nəinki sülb, hətta maye qidanın udulması çətinlik törədir (dizartriya və disfagiya).

Ağzın selikli qişası quruyur, xəstəni yanğı (susama) hissi narahat edir. Nəbz temperatur səviyyəsindən geri qalır, daha sonralar ürək fəaliyyəti zəifləyir. Ürəyin hüdudları bir qədər genişlənir, zirvədə tonlar karlaşır, bəzən sistolik küy eşidilir. Ürək tərəifndən olan pozulmalar uzun müddət davam edə bilər. Kapilyarların kövrəkliyi artır. Ağır keçən təsadüflərdə müalicə vaxtında və ya tamamilə aparılmadıqda bulbar iflic (uzunsov beyin nüvələrinin, IX və X cüt kəllə beyni sinirlərinin zədələnməsi nəticəsində), eləcə də ürək fəaliyyətinin şiddətlə zəifləməsi nəticəsində xəstə ölə bilər. Xəstəliyin ümumi davamı 4 gündən 15 günə qədərdir.

Xəstəliyə diaqnoz klinik mənzərəsinə və epidemioloji məlumata

(yoluxmuş yeyinti məhsulundan istifadə edilməsinə, botulizm kütləvi

surətdə baş verdikdə isə eyni qida ərzaqından istifadə edən başqa xəstələrin olmasına) əsasən qoyulur. Qyed etmək lazımdır ki, ikigörmə (diplopiya) botulizmin ən erkən və xarakter əlaməti sayılır. Bu simptomu vaxtında aşkar etmək üçün aşağıda xəstənin müayinə metodu məsləhət görülür.

Xəstə stavionara daxil olduğu zaman və hətta poliklinika və ya feldşer məntəqəsi şəraitində natrium-bikarbonatın 5%-li ilıq məhlul ilə mədəsini mümkün qədər tez yumaq və daxilə 25 q maqnezium-sulfat vermək lazımdır.

Botulizm əleyhinə antikoksik zərdabla aparılan seroterapiyanı mümkün qədər tez başlamaq lazımdır. Hər xəstəxanada onun ehtiyatını vaxtaşırı təzələməklə lazım gələn təsadüflərdə botulizm olan hər xəstənin müalicəsini vaxtında təmin etmək olar.

Müalicənin birinci günü orta hesabla 150000 AV polivalent serum, daha doğrusu hər tip (A,V,E) serumdan 50000 AV (antitoksik vahid) yeridirlər. Xəstəliyin gedişindən, ağırlığından və müddətindən asılı olaraq doza artırıla bilər.

Sonrakı gün ərzində serum eyni dozada, daha sonrakı 2-3 gündə isə bir qədər azaldılmış dozada yeridilir. Ən yaxşısı serumun əzələ daxilinə yeridilmə üsuludur. Əsas müalicəvi effekserumu birinci dəfə yeritdikdə əldə edilən nəticədir.

Antitoksik zərdabla müalicə xəstəlik əlamətlərinin olduqca tez keçib getməsinə səbəb olur, lakin bu müalicəni dəri altma fizioloji məhlulun və ya vena daxilinə 5%-li qlükoza məhlulunun damcı-damcı yeridilməsi və ürək-

damar dərmanlarmm (ciddi göstərişlər olduqda efedrin, kordiamin, kamfora) tətbiqi ilə tamamlamaq lazım gəlir.

Orqanizmin botulizm toksininə immunioloji reaktivliyini artırmaq və onu desensibilizə etmək məqsədi ilə antitoksik zərdabla yanaşı botulin anatoksinin tətbiqi də təklif edilmişdir. Bunu əzələ daxilinə: birinci inyeksiya zamanı A.V və E tipli anatoksidin 0,5 ml, 5 gündən sonra hər tip anatoksindən 0,5 ml dozada ikinci dəfə yeridirlər.

Xəstəliyin qarşısmı almaqda ictimai profilaktika-yeyinti, xüsusən konserv sənayesi, ət və balıq satışı, tez xarab olan ərzaqlarm saxlanılması üzərində sistematik nəzarət qoyulması əsas rol oynayrr. Qapaqları qabarmış (bombaj) bankalardakı konservləri istifadəyə buraxmaq olmaz. Ərzaq anbarlarmda, mağazalarda və ictimai iaşə müəssisələrində konservlərin keyfiyyətinə seçmə (adda-budda) qaydada bakterioloji tədqiqata uğratmaq lazımdır.
DIZENTERİYA


Yüklə 150 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin