Mövzu 5 FÖVQƏladə hallar zamani yaranmiş ŞƏRAİTİn aydinlaşdirilmasi, QİYMƏTLƏNDİRİLMƏSİ VƏ MÜLKİ MÜdafiƏ KƏŞFİyyati


Nüvə-yanacağının saxlanması, daşınması, istifadəsi və digər qaydalar pozularkən baş verən qəza zamanı yaranan radioaktiv çirklənmə



Yüklə 1,65 Mb.
səhifə4/16
tarix17.03.2022
ölçüsü1,65 Mb.
#53925
1   2   3   4   5   6   7   8   9   ...   16
referat 6132

Nüvə-yanacağının saxlanması, daşınması, istifadəsi və digər qaydalar pozularkən baş verən qəza zamanı yaranan radioaktiv çirklənmə.
Şüalanma səviyyəsinin artması ilə nəticələnən qəzalar zamanı şüalanma dozasının, şüalanan şəxslərin sayının, ətrafın radioaktiv çirklənməsinin, maliyyə və sosial itkilərin minimuma endirilməsi üçün tədbirlər həyata keçirilməlidir.

Proqnozlaşdırma metodu ilə radiasiya şəraitinin müəyyən edilməsinə nüvə partlayışları (koordinatları, gücü, partlayış növü, vaxtı) və orta küləyin parametrləri (istiqaməti və sürəti) haqqında məlumatların yığılması və mümkün çirklənmə ərazisinin sxeminin xəritəyə çəkilməsi daxildir.

Proqnozlaşdırma nəticəsində mümkün radioaktiv çirklənmənin miqyası və ərazisi müəyyən olunur.

AES-də baş verən qəza zamanı radiasiya şəraitinin qiymətləndirilməsi üçün lazım olan məlumatlar:


Dozimetrik cihazlar istifadə edən kəşfiyyat orqanlarından alınmış radioaktiv zəhərlənməyə dair dəqiq məlumatlar radiasiya şəraitini obyektiv qiymətləndirməyə imkan verir.

AES-də qəza baş verən zaman ətraf mühitin çirklənməsində aşağıdakı məlumatlar nəzərə alınmalıdır:


  • Radioaktiv çirklənmə ölçüləri (uzunluq, en, sahə) və onların ərazidə yerləşməsi;

  • İstənilən saat və yerdə qamma şüalanmanın gücü;

  • Yoluxma yerinin istənilən nöqtəsində insanların xarici şüalanma dozası;

  • Ərazinin radioaktiv çirklənməyə başlama vaxtı;

  • Radioaktiv çirklənmə yerində olan insanların sayı;

Radioaktiv çirklənmiş ərazini müvafiq zonalara ayırmaq lazımdır:

1. Radiasiya nəzarəti zonası - 1 mZv – 5 mZv. Bu zonada ətraf mühitin, kənd təsərrüfatı məhsullarının radioaktivliyinin və əhalinin daxili və xarici şüalanmasının monitorinqindən də əlavə, şüalanma dozasının endirilməsi üzrə tədbirlər həyata keçirilir.

2. Məhdud yaşayış zonası - 5 mZv – 20 mZv. Bu zonada 1-ci zonada olduğu kimi, monitorinq işləri və əhalinin mühafizəsi üzrə tədbirlər görülür. Daimi yaşamaq üçün bu əraziyə giriş məhdudlaşdırılmır, lakin sağlamlığa dəyə biləcək zərər haqqında məlumatlar verilir.

3. Köçürülmə zonası - 20 mZv - 50 mZv. Daimi yaşamaq bu ərazidə qadağandır, ümumiyyətlə, uşaq və gənclərə isə girişə icazə verilmir.

4. Məhdud zona - 50 mZv və daha çox. Bu ərazidə yaşamağa icazə verilmir. Hər hansı bir məqsədlə bu ərazinin təbiətindən istifadə qanunvericilikdə nəzərdə tutulan xüsusi aktlarla idarə olunur.





Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin