Mövzu 5 FÖVQƏladə hallar zamani yaranmiş ŞƏRAİTİn aydinlaşdirilmasi, QİYMƏTLƏNDİRİLMƏSİ VƏ MÜLKİ MÜdafiƏ KƏŞFİyyati


Radiasiya şəraitinin proqnozlaşdırılması və qiymətləndirilməsi



Yüklə 1,65 Mb.
səhifə2/16
tarix17.03.2022
ölçüsü1,65 Mb.
#53925
1   2   3   4   5   6   7   8   9   ...   16
referat 6132

Radiasiya şəraitinin proqnozlaşdırılması və qiymətləndirilməsi
Radiasiya şəraiti – nüvə silahı tətbiq edildikdə və nüvə-yanacaq istehsalı obyektində qəza baş verdikdə yaranır, insanların və digər canlıların, müxtəlif obyektlərin radioaktiv maddələrlə zəhərlənməsi, ətraf mühitin radioaktiv çirklənməsi ilə nəticələnir.

Radiasiya şəraitinin qiymətləndirilməsi ərazinin, müəssisənin radioaktiv zəhərlənməsinin miqyası və dərəcəsi, həmçinin zəhərlənmənin dəstə və əhalinin fəaliyyətinə təsirinin təyin edilməsidir.



Yaranmış radiasiya şəraiti


Radiasiya şəraitinin qiymətləndirilməsinə, adətən, aşağıdakılar aiddir: radioaktiv zəhərlənmə zonalarının sərhədlərini və onlarda radiasiya səviyyəsinin təyin edilməsi; dəstələrin şəxsi heyətinin, əhalinin, heyvanların radioaktiv şüalanma dozasının və onların arasında baş verə biləcək itkilərin təyin edilməsi; zəhərlənmiş ərazidə dəstələrin, həmçinin əhalinin təsərrüfat işlərinin aparılmasında ən məqsədəuyğun fəaliyyətinin müəyyən edilməsi.

Radioaktiv zəhərlənmə zonalarının sərhədlərini orada radiasiyanın səviyyəsini məlumat verməklə və ya radiasiya kəşfiyyatı ilə təyin edirlər.

Müəssisələrin mülki müdafiə dəstələri və qərargahları öz rayonlarında ərazinin radioaktiv zəhərlənməsi haqqında məlumatı, adətən rayonun mülki müdafiə qərargahından alır və radiasiya kəşfiyyatı ilə dəqiqləşdirirlər.

Lazım gələrsə, müəssisənin mülki müdafiə qərargahı tərəfindən ərazinin, adamların, heyvanların və başqa obyektlərin zəhərlənmə dərəcəsi təxminən qabaqcadan müəyyən edilə bilər. Qabaqcadan təyin edilmənin əsasını partlayış rayonunda və radioaktiv buludun izində radioaktiv zəhərlənməsinin dərəcəsi, gözlənilən ölçüləri, hesabat proqnoz metodları vasitəsilə hesablama təşkil edir. Qabaqcadan təyin edilmə üçün ilk məlumatlar əsasən aşağıdakılardır: partlayışın (qəzanın) gücü, növü və mərkəzin koordinatları, orta küləyin sürəti, istiqaməti. Müəssisənin MM qərargahı bu məlumatları rayonun qərargahından alır və ya özü təyin edir.

Əgər küləyin orta sürəti (v) və istiqaməti, partlayış mərkəzindən müəssisəyə qədər olan məsafə (R) məlumdursa, onda partlayışdan müəssisənin ərazisinə radioaktiv maddələrin çökməsi vaxtını aşağıdakı düsturla təyin edirlər:


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin