Mövzu 5 FÖVQƏladə hallar zamani yaranmiş ŞƏRAİTİn aydinlaşdirilmasi, QİYMƏTLƏNDİRİLMƏSİ VƏ MÜLKİ MÜdafiƏ KƏŞFİyyati


Bakterioloji şəraitin qiymətləndirilməsi



Yüklə 1,65 Mb.
səhifə9/16
tarix17.03.2022
ölçüsü1,65 Mb.
#53925
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
referat 6132

Bakterioloji şəraitin qiymətləndirilməsi
Bioloji şərait bakterioloji (bioloji) silahın tətbiqindən sonra yaranan bir şəraitdir. Adamların, heyvanların, ərazinin, təsərrüfat obyektlərinin bakterioloji zəhərlənməsinin miqyasını və dərəcəsini aydınlaşdırmaq, bakterioloji vasitələrin mülki müdafiə dəstələrinin xilasetmə və digər təxirəsalınmaz işlərin, həmçinin əhalinin kənd təsərrüfatı işlərinin aparılmasında göstərdiyi fəaliyyətinə təsiri müəyyən etmək üçün bakterioloji şəraiti qiymətləndirirlər. Bakterioloji şərait adamların, heyvanların, bitkilərin və s. mühafizəsini vaxtında təşkil edən tədbirləri həyata keçirmək üçün də qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, bakterioloji zəhərlənmə ocağı şəhər, rayon, respublika miqyasında ləğv edilir. Kənd təsərrüfatı rəhbərləri, qərargahlar, dəstələr bakterioloji zəhərlənmə ocağının ləğvində bilavasitə iştirak edirlər.

Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir:


  • bakteriyanın yayılma ocağını və bakteriyanın növünü müəyyən etmək;

  • bakterioloji zəhərlənmə rayonunun sərhədini təyin etmək;

  • torpaqdan istifadə etmə planına və ya ümumi vəziyyət sxeminə zəhərlənmə rayonunu köçürmək;

  • karantin rejimini dəqiqləşdirmək;

  • xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı istehsalı obyektlərini təyin etmək;

  • həmçinin müalicə-profilaktika tədbirləri qaydalarını və həcmini müəyyənləşdirmək. Zəhərlənmə ocağının sərhədlərini tibb və baytar kəşfiyyatı təyin edir, onları ərazidə nişanlayır və lazımi məlumatları plana və ya xəritəyə köçürürlər.

Karantin şəhər, rayon (respublika) mülki müdafiə rəisinin qərarı ilə qoyulur. Obyektin rəhbəri öz ərazisində yaranmış bakterioloji ocağı ləğv etmə işlərini təşkil edir. Burada zəhərlənmə ocağını ayırmaq üçün aparılan rejim tədbirlərinə və lazımi sanitar-gigiyena və epidemiya əleyhinə tədbirlərin keyfiyyətli aparılması üçün kənd təsərrüfatı işlərinin təşkilinə xüsusi diqqət yetirilməlidir. Kənd təsərrüfatı istehsalı obyektlərinin xüsusi təmizliyinin aparılması kəşfiyyat məlumatları və laboratoriya nəzarəti əsasında təmin edilir. Xüsusi təmizlik ilk növbədə adamlar, sonra heyvanlar, tövlələr və bitkilər üzərində aparılır. Bu iş üçün dəstələr ayrılır, işin yerinə yetirilməsi qaydaları qoyulur, həmçinin maşın və xüsusi dezinfeksiya vasitələri ayrılır.

Müalicə-profilaktik tədbirlərin aparılması lazım gələrsə aşağıdakılara xüsusi diqqət yetirilir:



  • əhalidə tibbi müşahidələrin fasiləsiz aparılmasını və kənd təsərrüfatı heyvanlarında baytar müşahidələrini təşkil etmək;

  • yoluxucu xəstələri və şübhəliləri tapmaq, onları ayırmaq, hospitala qoymaq və müalicə etmək; əhalinin və heyvanların təcili profilaktikasını (antibiotiklərlə və başqa xüsusi dərmanlarla) təşkil etmək;

  • qoruyucu peyvəndlər vurmaq.

Bioloji şəraitin əsas xarakteristikası sanitar itkilərin sayıdır. Sanitar itkilərə öz döyüş qabiliyyətlərini itirən və yaralanma, zədə, kontuziya, xəstəlik nəticəsində bir gün və daha az tibb məntəqələrinə yerləşdirilən hərbi qulluqçular aiddir. Bioloji şərait düşmən tərəfindən tətbiq edilən hücumun miqyasından asılıdır. Şəraitin qiymətləndirilməsində əsasən aşağıdakılar nəzərə alınır:

  • Yoluxma ərazisi

  • Əhalinin orta yaşayış sıxlığı

  • Yoluxma rayonunda əhalinin müdafiə olunmasının səviyyəsi

Əməliyyat hesablamaları üzrə fövqəladə hallar zonasında insan itkilərini aşağıdakı qayda üzrə müəyyən etmək olar:


S = K · I · (1 – H) · (1 – P) · E
Burada, S – Əhalinin sanitar itkiləri (nəf.)

K – Yoluxmuş və bir-biri ilə əlaqədə olan əhalinin sayı

I – Kontaqioz indeksi

H – Qeyri spesifik müdafiə əmsalı

P – Spesifik müdafiə əmsalı

E – Təcili profilaktika əmsalı

K –nın qiyməti bakterioloji yoluxmuş ərazinin sahəsinin qiyməti ilə həmin ərazidəki əhalinin sıxlığının qiymətinin hasilinə bərabərdir.
Kontaqioz indeksi I – yoluxmuş xəstə ilə əlaqədə olduqdan sonra insanın xəstələnmə ehtimalının səviyyəsidir.

Qeyri spesifik müdafiə əmsalı H sanitar-gigiyenik və epidemiyaya qarşı tədbirlərin lazımi vaxtda həyata keçirilməsindən, içməli suyun və yeyinti məhsullarının yoluxmaya qarşı mühafizəsindən, havadan yoluxma baş verərkən əhalinin qruplara ayrılmasından, həşəratlara qarşı fərdi mühafizə vasitələrindən asılıdır.

Spesifik müdafiə əmsalı P infeksion xəstəliklərin profilaktikasında istifadəsi uyğun sayılan müxtəlif növ dərmanların effektivliyini nəzərə alır.

Təcili profilaktika əmsalı E müvafiq xəstəliklərə qarşı antibiotiklərlə müdafiəyə uyğundur.



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin