Mövzu 10: Şimali Azərbaycan XX əsrin əvvəllərində (1901-1914). Azərbaycan Birinci Dünya müharibəsi illərində (1914-1918). Plan


Müharibə dövründə Şimali Azərbaycanın iqtisadi və sosial-siyasi durumu



Yüklə 148,95 Kb.
səhifə9/12
tarix19.12.2023
ölçüsü148,95 Kb.
#187154
1   ...   4   5   6   7   8   9   10   11   12
X mövzu

Müharibə dövründə Şimali Azərbaycanın iqtisadi və sosial-siyasi durumu.
I Dünya müharibəsi çar Rusiyasının bütün xalq təsərrüfatını yenidən qurmağı, təsərrüfatın bütün ağırlıq mərkəzini müdafiə sənayesinə keçirməyi tələb edirdi: Azərbaycanda bu sahədə neft sənayesi mühüm rol oynayırdı. Müharibə illərində çıxarılan neftin 80%-ni hökumət alırdı. Neft sənayesinin texniki geriliyə məruz qalması çıxarılan neftin yalnız yarıdan bir qədər çoxunu emal etməyə imkan verirdi. Ümumi təsərrüfat düşgünlüyü xalq təsərrüfatının digər sahələrinə: dağ-mədən, ipəkçilik və digər sahələrə də təsir etmişdi.
Gədəbəydə mis çıxarılması 1913- ildə 1,8 mln. puddan 1915 ildə 105 min puda, mis emalı 49,2 min puddan 2,5 min puda endi. Gədəbəydəki misəritmə zavodu hərbi sifarişlər yerinə yetirməyəcəlb olunduğuna görə müharibə vaxtı orada çalışan qeyri-müsəlman fəhlələrə möhlət verilmişdi və onlar orduya çağırılmırdı. Ölkədə istehsal olunan strateji məhsullardan biri pambıq idi. Cəbhə üçün 1915-ci ildə işləyən pambıq-parça fabriklərini xammalla təchiz etmək üçün dövlət komitəsi yaradılmışdı. Müharibə yeyinti, tikinti və b. sənaye sahələrinə də təsir etmişdi. Bakıda 1897-ci ildə fəhlələrin sayı 100 min, bütün Azərbaycanda isə 242 minə çatırdı. Kənd təsərrüfatı fəhlələri də nəzərə alınsa, onların ümumi sayı yarım milyona çatırdı.
Çar hökuməti müsəlman və türk xalqları nümayəndələrini orduya çağırmasada, müharibə zamanı 1915-ci il iyunun 25-də “Özgə xalqlardan” olan 18 yaşından 43 yaşına kimi şəxslərin (50 mindən çox) müharibə ilə əlaqədar işlərə səfərbərliyə alınması haqqında fərman verildi. Bu tədbir Qafqazın müsəlman əhalisinin güclü müqavimətinə rast gəldi. Ümumi narazılıqdan ehtiyat edən Qafqaz hökumət orqanları II Nikolaydan “25 iyun” fərmanının ləğv edilməsini xahiş etməyə məcbur oldular. Çar arxa cəbhə işlərinə məcburi səfərbərliyi “könüllü” səfərbərliklə əvəz etməyə razılıq verdi. “Könüllü” səfərbərlik “məcburi”dən heç də fərqlənmirdi. “Könüllü” səfərbərlik nəticəsində Azərbaycanın əmək qabiliyyətli kənd əhalisinin kişilərinin xeyli hissəsi təsərrüfatdan ayrılaraq cəbhə arxasında, xüsusən cəbhə və cəbhəyə yaxın yerlərdə istehkam tikmək, yol düzəltmək, körpülər salmaq və s. işlərdə işlədilirdi. İmperialist müharibəsi Azərbaycan kəndini təsərrüfat pozğunluğu və iqtisadi fəlakət həddinə çatdırmışdı. Fəhlələrin iş, məişət şəraiti daha da pisləşmişdi. Bu isə fəhlə çıxışlarına, tətillərə səbəb olurdu. Bu tətillər 1916-cı ilin payızında geniş inqilabi vüsət alaraq 1917-ci ilin yanvarında daha da genişləndi. “Proqressiv blok” bütün gücünü mütləqiyyətin müdafiəsinə yönəltmişdisə, liberal burjua nümayəndələri çarizmdən güzəştlər gözləyir, ölkənin siyasi həyatında öz mövqelərini möhkəmlətməyə çalışırdılar. Onlar yenə ana dilində məktəblər açmaq və s. kimi qabaqlar irəli sürdükləri tələbləri təkraredirdilər.

Yüklə 148,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin