Mövzu 10: Şimali Azərbaycan XX əsrin əvvəllərində (1901-1914). Azərbaycan Birinci Dünya müharibəsi illərində (1914-1918). Plan


-1906-cı illərdə Azərbaycanda erməni təcavüzü və ona qarşı mübarizə



Yüklə 148,95 Kb.
səhifə5/12
tarix19.12.2023
ölçüsü148,95 Kb.
#187154
1   2   3   4   5   6   7   8   9   ...   12
X mövzu

1905-1906-cı illərdə Azərbaycanda erməni təcavüzü və ona qarşı mübarizə.
1905-ci il yanvarın 3-də Peterburqda Putilov zavodu fəhlələri, yanvarın 8-də isə bütün Peterburq tətil etdi. Yanvarın 9-da öz tələbləri ilə Qış Sarayına doğru gedən tətilçilər çarın əmri ilə gülləbaran edildilər. Bu qanlı hadisə Bakıda fəhlələri ayağa qaldırdı, müəssisələrin çoxu, nəqliyyat öz işini dayandırdı. Bakıda zəhmətkeşlərin çıxışlarının böyük vüsət aldığını görən çar hökuməti dairələri burada azərbaycanlılarla ermənilər arasında milli nifaq salmağı qət etdi və buna nail oldu. Hökumətin milli qırğın siyasətinin həyata keçirilməsində Daşnaksütyun Partiyası və erməni quldurları həlledici rol oynadı. Milli qırğın nəticəsində 158 müsəlman kəndi və 128 erməni yaşayan kənd dağıdılmışdı.
“Böyük Ermənistan” xülyasına düşən ermənilər Rusiyanın köməyi ilə Cənubi Qafqazda muxtariyyət almağa ümid edirdilər. Ermənilərin Azərbaycanın müxtəlif bölgələrindətörətdikləri cinayətlərdən aşağıdakıları göstərmək olar: 1. Fevralın 6-dan 10-dək davam edən qırğında Bakıda iki mindən çox azərbaycanlı öldürüldü. 2. Mayın 24-də İrəvanda 11 nəfər qətlə yetirildi. 3. Yayda Məngüş, Güllücə, Şeyxəli, Xırmancıq kəndlərində erməni quldur dəstələrinin hücumlarının qarşısı alınmış, əhali onları geri çəkilməyə məcbur etmişdi. Avqust ayında Şuşada törədilən milli qırğının qarşısı alındı və döyüş azərbaycanlıların qələbəsi ilə başa çatdı. Bakıda fevralın 6-dən 9-na kimi davam etmiş erməni-azərbaycanlı qırğınının qarşısını almaqda “Hümmət” təşkilatı xüsusi fəallıq göstərirdi. Milli qırğının qarşısını almaqda H.Z.Tağıyevin rolunu xüsusi qeyd etmək olar. Çaizm qırğınla bərabər, inzibati tədbirlərə də əl atdı. Fevralın 15-də Bakıda general-qubernator vəzifəsi təsis edildi. Fevralın 18-də isə Bakı quberniyasında hərbi vəziyyət elan edildi. Fevralın 26-da Qafqazın baş rəisi vəzifəsi ləğv edildi və hələ 1883-cü ildə ləğv edilmiş Qafqaz canişinliyi bərpa olundu və qraf Vorontsov-Daşkov fövqəladə səlahiyyətlə canişin təyin edildi. Vorontsov-Daşkov təkcə zorla inqilabi hərəkatı boğmağın qeyri-mümkünlüyünü nəzərə alaraq yerli burjuaziya ilə itttifaq bağlamağı qət etdi. Bunun üçün bir sıra liberal vədlər verdi.
Azərbaycan burjuaziyası nümayəndələri bundan istifadə edərək bir sıra tələblər, o cümlədən Zemstvo idarələrinin yaradılması, məhkəmə iclasçıları hüququnun Azərbaycana tətbiq edilməsi, azərbaycanlıların bütün qulluq işlərinə qəbul edilməsi, uşaqlara məktəblərdə ana dilində təhsil almasına icazə verilməsini, kəndlilərin torpaqla təmin olunmasını və s. irəli sürdülər. Oktyabrın 17-də çarın bəyənnaməsi elan edildi. Bəyənnamədə qanunverici Dövlət Dumasını çağırmaq vəd olundu. İnqilabi çıxışların gedişində Moskva, Peterburq şəhərlərində Fəhlə Deputatları Sovetləri yarandı. Sovetlər silahlı inqilabi çıxışların təşkili qərargahı rolunu oynayırdı. Bakı Soveti noyabrın 25-də fəaliyyətə başladı. 1906-cı il mayın 31-də Azərbaycanda I Dövlət Dumasına keçirilən seçkilərdə Əlimərdan bəy Topçubaşov, Abdulla bəy Muradxanov, Məmmədtağı Əliyev, İsmayıl xan Ziyadxanov, yazıçı Əbdürrəhim bəy Haqverdiyev seçildilər. 1906-cı ilin aprelində işə başlayan və cəmi 72 gün fəaliyyət göstərən I Duma iyulun 7-də buraxıldı. 1907-ci il yanvarın 14-də II Dumaya keçirilmiş seçkilərdə Bakı fəhlələri özlərinin sosial-demokrat vəkillərini seçdilər. Fəhlələr Dumaya hümmətçi Zeynal Zeynalovu seçdilər. Ondan başqa Yelizavetpol quberniyasından Dumaya Xəlil bəy Xasməmmədov və Fətəli xan Xoyski, Naxçıvandan “Şərqi-Rus” qəzetinin redaktoru Məmmədağa Şaxtaxtinski seçildilər.
Çar hökuməti 1907-ci il iyulun 3-də II Dövlət Dumasını qovaraq dövlət çevrilişi etdi. Rusiyada irtica dövrü başlandı. Yeni qanunla Rusiyanın bir çox şəhərləri, o cümlədən Bakı Dumaya müstəqil nümayəndə seçmək hüququndan məhrum edildi. Əgər Bakı şəhərinin, Bakı və Yelizavetpol quberniyalarının üç deputat seçmək hüququ var idisə, yeni qanuna görə hər iki quberniya İrəvan quberniyası ilə birləşdirilib bir seçki dairəsi yaradıldı və bu dairədən iki deputat-biri azərbaycanlı, digəri isə başqa millətlərin nümayəndəsi seçilə bilərdi. Zaqafqaziyada yaşayan rus əhalisinin özünə ayrıca deputat seçmək hüququ verilmişdir. Okyabrın 14-də keçirilmiş seçkilərdə müsəlman əhalisindən Xəlil bəy Xasməmmədov III Dumaya deputat seçildi. İrtica bütün cəbhə boyu hücuma keçdi.

Yüklə 148,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin