Mövzu 10: Şimali Azərbaycan XX əsrin əvvəllərində (1901-1914). Azərbaycan Birinci Dünya müharibəsi illərində (1914-1918). Plan


Şimali Azərbaycanda milli-istiqlal hərəkatının yüksəlişi. Milli partiyaların və ictimai təşkilatların yaranması



Yüklə 148,95 Kb.
səhifə6/12
tarix19.12.2023
ölçüsü148,95 Kb.
#187154
1   2   3   4   5   6   7   8   9   ...   12
X mövzu

Şimali Azərbaycanda milli-istiqlal hərəkatının yüksəlişi. Milli partiyaların və ictimai təşkilatların yaranması.
Siyasi partiya və təşkilatların yaranması İmperiyanın və dünyanın müxtəlif elm ocaqlarında təhsillərinibaşa vurub qayıdan gənclər milli-demokratik hərəkatın yaranmasındavə inkişafında böyük rol oynayırdılar. Milli hərəkatda “millətvə hürriyyət” kimi ideyalar geniş vüsət almışdı. Milli ziyalıların qabaqcıl nümayəndələri Həsənbəy Zərdabi, Əli bəy Hüseynzadə,Əhməd bəy Ağayev, Firudin bəy Köçərli, Məhəmməd Əmin Rəsulzadəvə b. obyektiv olaraq Azərbaycanın milli müstəqilliyini ümumtürk azadlığının tərkib hissəsi kimi qarşıya qoyurdular. Milli hərəkatın əsas aparıcı qüvvəsi milli burjuaziya və demokratik ziyalılar idi.
1905-ci ilin yaz-yay aylarında Əlimərdan bəy Topçubaşovun bilavasitə rəhbərliyi ilə hazırlanmış və Nazirlər Kabinetinə verilmiş ərz-hallar Azərbaycanın çar hökumətinə təqdim etdiyi ilk proqram sənədi idi. Bu ərz-hallarda Qafqazda, o cümlədən Azərbaycanda islahatların keçirilməsi tələb edilirdi. 1905-ci il avqustun 15-də Nijni-Novqorodda keçirilən Ümumrusiya Müsəlmanlarının I qurultayı “İttifaqi-müslimin” (“Müsəlman ittifaqı”) adlı təşkilat yaratmağı qərara aldı. Çarizmin 1905-ci il 17 Oktyabr manifestindən sonra Ə.Topçubaşov və Ə.Ağayev Peterburqda yaşayan tatar Əbdürrəşid İbrahimovla birlikdə “Müsəlman ittifaqı”nın nizamnaməsini və proqramını hazırladılar.
1906-cı il yanvarın 15-25-də Peterburqda keçirilən Ümumrusiya müsəlmanlarının II qurultayında bu nizamnamə və proqram bəyənildi. Proqramda Ümumrusiya türklərini birləşdirmək və çarizmə qarşı vahid cəbhədə mübarizə aparmaq vəzifəsi qoyulmuşdu.
1906-cı il avqustun 16-23-də Nijni-Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının III qurultayında “Müsəlman ittifaqı”na rəhbərlik etmək üçün daimi yeri Bakı olan Mərkəzi Komitə yaratmaq qərara alındı. Qurultayda siyasi problemlərlə yanaşı, türklər yaşayan bölgələrdə yeni tipli məktəblərin yaradılması, ibtidai icbari təhsilə keçirilməsi, təhsilin ana dilində aparılması, milli kadrların hazırlanması üçün Bakıda, Kazanda, Baxçasarayda pedaqoji institutların açılması qərara alındı. Məhz bu qurultayın təsiri ilə sonralar türklərin yaşadığı bölgələrdə məktəblər şəbəkəsi genişləndirildi. Milli mətbuat çoxaldı. Milli burjuaziyanın H.Z.Tağıyev kimi nümayəndələri öz xərcləri hesabına istedadlı gəncləri Rusiya və Avropanın ali məktəblərinə oxumağa göndərdilər.
1905-ci ilin payızında “Müsəlman Cəmiyyəti Xeyriyyəsi”, “Müdafiə və müsəlman kadrları və ziyalılarının ittifaqı cəmiyyəti”, 1906-cı ildə “Nəşri maarif” və “Nicat” cəmiyyətləri (H.Z.Tağıyevin və M.Muxtarovun xeyriyyəçiliyi ilə) təşkil edildi.
1906-cı ilin avqustunda keçirilən Azərbaycan müəllimlərinin I qurultayının əsas qayəsini milli dilin azad inkişafı və təhsilin ana dilində olması təşkil edirdi.
XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif təşkilat və partiyalar yaradılmışdı:
1.1902-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə ilk gizli təşkilat olan “Müsəlman gənclik təşkilatı” yaradıldı.
2.1904-cü ilin payızında Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə “Hümmət” təşkilatı yaradıldı. Bu təşkilat RSDFP Bakı Komitəsinin nəzdində fəaliyyət göstərirdi. 1904-1905-ci illərdə “Hümmət” təşkilatının “Hümmət” adlı qəzeti nəşrə başladı. Tədricən bolşeviklərin təsiri altına keçən bu təşkilat əvvəlki qayəsini itirdi. M.Ə.Rəsulzadə və onun ideya dostları tədricən bu təşkilatdan uzaqlaşdılar. M.Ə.Rəsulzadə Rusiyanın müstəmləkə idarə üsuluna qarşı Azərbaycan istiqlal hərəkatının təməlini qoydu.
3.1906-ci ildə Əhməd bəy Ağayev vahid milli təşkilat-“Difai” (Müdafiə) Partiyasını yaratdı. Partiyanın yaradılmasında əsas məqsəd azərbaycanlılara qarşı törədilən milli qırğınların qarşısını almaq, maarifçiliyi genişləndirmək və s. idi. “Difai”nin Qarabağ şöbəsinin 400 nəfərlik hərbi dəstəsi var idi.
4.1907-ci ildə Gəncədə İsmayıl xan Ziyadxanlının rəhbərliyi ilə yaradılan “Müdafiə” təşkilatının qarşısında duran əsas məqsəd əhali içərisində maarifi yaymaq, onların hüquq və mənafelərini qorumaq idi.
5.1907-ci ildə Bakıda Şərifzadə və Cuvarlinskinin rəhbərliyi ilə yaradılan “İttifaq” təşkilatının qarşıya qoyduğu əsas məqsəd müsəlman əhalini erməni-rus silahlı birləşmələrinin soyqırımından qorumaq idi.
6.1911-ci ildə “Müsavat” (“Bərabərlik”) Partiyası yaradıldı. Onun 1912-ci ildə çap edilmiş proqramında müsəlman xalqlarının birliyinə, müstəqilliyinə və dövlətçiliyinin bərpasına nail olmaq əsas vəzifə kimi irəli sürülürdü. Partiyanın əsas şüarı “türkləşmək, islamlaşmaq və müasirləşmək” idi. 1913-cü ildə fəaliyyətini dayandıran bu siyasi təşkilat 1917-ci ildə fəaliyyətini bərpa etdi. “Müsavat” Partiyası Azərbaycan Cümhuriyyətinin yaranmasında mühüm rol oynadı.
Fəhlələrin ağır vəziyyəti 1910-1911-ci illərdə Bakıda bir sıra pərakəndə çıxışların baş verməsinə səbəb oldu. 1912-ci il aprelin 4-də Sibirdə Lena mədənlərində fəhlələrin dinc nümayişinin gülləbəran edilməsi Azərbaycanda tətil hərəkatına təkan verdi. Mayın 7-də Nuxada başlayan tətil ayın 12-də ümumi xarakter aldı. Bu tətil mayın 15-də sahibkarlarla fəhlələr arasında müştərək müqavilənin bağlanması ilə nəticələndi. Müqaviləyə görə, iş günü qısaldıldı, əmək haqqı qismən artırıldı.
1913-1914-cü illərdə tətil və nümayişlərin sayı çoxaldı. 1911-1912-ci illərdə Azərbaycan qəzalarında çıxışlar da genişləndi, silahlı qaçaq dəstələri təşkil etmiş kəndlilər mülkədar, qolçomaq malikanələrinə basqınlar edirdilər. Yelizavetpol qəzasında bu hərəkat daha güclü idi. Burada Qatır Məmmədin silahlı qaçaq dəstəsi fəaliyyət göstərirdi. O, 1909-cu ildə Goranboy-Əhmədli kəndlilərinin çıxışına başçılıq edirdi. Bu çıxış tezliklə silah gücünə yatırıldı.
1910-cu ildə Rusiyada, o cümlədən Azərbaycanda fəhlə hərəkatı, kəndli çıxışları genişləndi. 1910-cu ildə Yelizavetpol quberniyasında kəndli çıxışlarından birinə başçılıq edən Kərbəlayi Əsgərin silahlı dəstəsi çar hakimiyyət orqanları və mülkədarlara qarşı amansız idi. Digər qaçaq dəstəsinə Məşədi Yolçu başçılıq edirdi.
1912-ci ilin sentyabr-oktyabr aylarında, ölkədə inqilabi yüksəliş dövründə IV Dövlət Dumasına seçkilər keçirildi. Gərgin mübarizədən sonra azərbaycanlı əhali üçün ayrılmış yeganə yerə kadet partiyasının üzvü, hüquqsünas Məmmədyusif Cəfərov deputat seçildi.
1913-cü ilin iyulunda Bakıda tətil hərəkatı xeyli genişlənərək ümumi tətilə çevrildi. 1914-cü ildə artıq 40 min fəhlə tətilə qoşulmuşdu. Yeni inqilabi yüksəliş illərindəAzərbaycanda milli azadlıq hərəkatı xeyli genişlənmişdi.

Yüklə 148,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin