Mövzu 10: Şimali Azərbaycan XX əsrin əvvəllərində (1901-1914). Azərbaycan Birinci Dünya müharibəsi illərində (1914-1918). Plan


-1907-ci illər Birinci Rus inqilabı və onun Azərbaycanın ictimai- siyasi durumuna təsiri



Yüklə 148,95 Kb.
səhifə4/12
tarix19.12.2023
ölçüsü148,95 Kb.
#187154
1   2   3   4   5   6   7   8   9   ...   12
X mövzu

1905-1907-ci illər Birinci Rus inqilabı və onun Azərbaycanın ictimai- siyasi durumuna təsiri.
1905-ci ildə Peterburqda dinc nümayişçilərin çar hökuməti tərəfindən amansızlıqla gülləbaran edilməsi - “9 yanvar qanlı bazar günü” hadisəsi ilə Rusiyada mütləqiyyətə qarşı inqilab başladı. Birinci rus inqilabı 1907-ci ilin iyun ayının 3-dək davam etmişdir. Rus inqilabının başlanması Şimali Azərbaycanda mütləqiyyətə, sosial və milli əsarətə qarşı azadlıq mübarizəsinə güclü təkan verdi. Çar hökuməti milli-azadlıq hərəkatının qarşısını almaq üçün təcili tədbirlərə əl atdı. 1905-ci il fevralın 15-də müvəqqəti Bakı general qubernatoru vəzifəsi təsis edildi və çar II Nikolayın fərmanı ilə fevralın 18-də Bakı şəhəri və Bakı quberniyasında hərbi vəziyyət elan olundu. Fevralın 26-da əvvəllər ləğv edilmiş canişinlik bərpa olunaraq Vorontsov-Daşkov Qafqaz canişini təyin edildi.
1905-1907-ci illərdə çar hökumətinin milli-azadlıq hərəkatının tərkib hissəsi olan fəhlə tətilləri və nümayişlərinə, kəndli çıxışlarına və xüsusilə qaçaq hərəkatına qarşı gördüyü cəza tədbirləri istənilən nəticəni vermədi. Bu dövrdə milli- azadlıq hərəkatı öz kütləviliyi ilə seçilirdi. Xalqımızın bütün nümayəndələrinin fəal şəkildə qoşulduğu milli-azadlıq hərəkatına milli burjuaziya və demokratik ziyalılar rəhbərlik edirdilər. Milli burjuaziyaya Hacı Zeynalabdin Tağıyev rəhbərlik edirdi və imperiyaya qarşı xalqın azadlıq mübarizəsində, onlara böyük köməklik göstərirdi. Milli ziyalılarımızın rəhbəri olan Əlimərdan bəy Topçubaşov isə nəinki Azərbaycanın, bütün Rusiya müsəlmanlarının liderinə çevrilmişdi. O, Cənubi Qafqazda müsəlman əhalinin xeyirinə islahatlar keçirilməsi tələblərini əks etdirən petisiyaların əhalinin adından tərtib edilərək Nazirlər Kabinetinə göndərilməsini təşkil etdi. 1905-ci il aprelin 15-də H. Z. Tağıyevin sarayında keçirilən müşavirədə Azərbaycan burjuaziya və ziyalılarının nümayəndələri tərəfindən tərtib olunub, Ş. Əsədullayev, Ə. Ağayev, Ə. Topçubaşov və başqalarının imzaladığı “ümumi petisiyada” imperiyada yaradılacaq bütün məşvərətçi, qanunverici və bütün digər nümayəndəli (yəni seçkili) idarə orqanlarında müsəlmanların təmsil olunması, müsəlmanlara aid qanunvericilik təşəbbüsü göstərmək, heç bir maneə qoyulmadan onlara dövlət və ictimai vəzifələr tutmaq imkanı verilməsi, şəxsiyyət və mülkiyyətin toxunulmazlığı, vicdan, söz, mətbuat, yığıncaq, ittifaq azadlıqları, ana dilində ümumi, icbari, pulsuz ibtidai təhsil hüququnun verilməsi çar hökumətindən tələb olunmuşdu. 1905-ci il 15 aprel petisiyası xalqımızın milli-azadlıq hərəkatının və cəmiyyətin demokratikcəsinə yenidən qurulması uğrunda mübarizəsinin ilk ümummilli proqramı sayıla biləcək tarixi sənəddir.

Yüklə 148,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin