1
Mövzu 10: Səhiyyə xərclərinin planlaşdırılması və
maliyyələşdirilməsi.
1. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması sahəsində
tədbirlərin həyata keçirilməsində büdcənin rolu.
2. Səhiyyə müəssisələrinin saxlanması xərclərinin tərkibi və quruluşu.
3. Səhiyyə müəssisələrinin fərdi və icmal smetasının tərtib edilməsi.
4. Səhiyyə işçilərinin əmək haqqı xərclərinin planlaşdırılması və
maliyyələşdirilməsi.
5. Səhiyyə üzrə sair xərclərin planlaşdırılması və maliyyələşdirilməsi.
6. Əhalinin sağlamlığının qorunması tədbirlərinin maliyyələşdirilməsi.
Azərbaycan Respublikası Konstitusiyasının 41- ci maddəsində sağlamlığın
qorunması hüququ verilmişdir. Orada aşağıdakılar göstərilir:
1. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
2. Dövlət müxtəlif mülkiyyət növlərinin əsasında fəaliyyət göstərən səhiyyənin
bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya- epidemoligiya
salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
3. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən
vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.
Dövlət əhalinin sağlamlığının qorunması üçün daimi zəruri tədbirlər həyata
keçirir. Bu məqsədlə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Vətəndaşların
sağlamlığının mühafizəsi üzrə qəbul edilmiş qanunvericiliyə əsasən səhiyyənin
maliyyələşdirilməsi və idarə edilməsi sahəsində mərhələli islahatlar aparılır. Bu
sahədə qəbul edilmiş tibbi sığorta mexanizminin böyük əhəmiyyəti vardır. Səhiyyə
xərcləri dövlət büdcəsi xərclərinin tərkib hissəsi olmaqla müəyyən xüsusi çəkiyə
malikdir. Lakin bu xərclərin dövlət büdcəsi xərcləri içərisində xüsusi çəkisi
azalmışdır. Bunun da əsas səbəbi büdcə xərclərinin bir hissəsinin
maliyyələşdirilməsinin yerli( bələdiyyə) büdcələrə verilməsi və səhiyyə xidmətinin
dövlət maliyyələşdirilməsinin azaldılıb pullu xidmətə keçirilməsindən ibarətdir.
Hal- hazırda səhiyyənin maliyyə təminatının modeli büdcə vəsaitlərini, icbari
tibbi sığorta vəsaitlərini, təşkilatların tibbi sığorta fondlarını və digər mənbələri
özündə birləşdirir.
Dostları ilə paylaş: