sayından asılı olaraq müəyyən edilir. Ümumi
tipli məktəbəqədər uşaq
müəssisələrində qrupların sayı 1- 4 olduqda 12- ci,5- 8 olduqda 13- cü, 9 və daha
çox olduqda 14- cü dərəcə ilə; xüsusi təyinatlı məktəbəqədər uşaq müəssisələrində
qrupların sayı 1- 2 olduqda 13- cü, 4- 6 olduqda 14- cü, qrupların sayı 7- 8 olduqda
15- ci, 9 və daha çox olduqda 16- cı dərəcə ilə. Uşaq evinin müdiri( direktoru)
uşaqların sayından asılı olaraq 13- 16- cı dərəcəli vəzifə maaşı ilə təsdiq edilir.
Uşaq evi müdirlərinin təlim- tərbiyə işi üzrə müavininin vəzifə maaşı müdirin
maaşından 10 % aşağı, təsərrüfat işləri üzrə müavinin vəzifə maaşı isə 20% aşağı
təyin edilir.
4. Müəllimlərin və tərbiyəçilərin stavka üzrə vəzifə maaşları onların təhsili,
pedaqoji iş stajı və vəzifə maaşının dərəcəsindən asılıdır.
Bütün tipdən olan məktəbəqədər uşaq tərbiyə
müəssisələrində və uşaq
evlərində
işləyən baş tərbiyəçi, tərbiyəçi və musiqi
rəhbərlərinin stavka üzrə
vəzifə maaşları ali ixtisas
təhsilli baş tərbiyəçi üçün , stajından asılı olaraq 13-
14- cü, ali təhsilli tərbiyəçi 10- 14- cü, orta ixtisas təhsilli tərbiyəçi 9- 13- cü, ali
təhsilli musiqi müəllimi 9- 13- cü, orta ixtisas təhsilli musiqi rəhbəri 8- 11- ci
dərəcə ilə müəyyən edilir.
Məktəbəqədər uşaq müəssisələrinin müdirləri tutduqları vəzifə ilə yanaşı 0,5
ştat tərbiyəçi vəzifəsi də yerinə yetirib müvafiq qaydalar əsasında əmək haqqı ala
bilərlər. Bundan əlavə müdir təhsil müəssisəsində ixtisasına uyğun olaraq tədris ili
ərzində əmək haqqı saathesabı ödənilməklə 240 saata qədər dərs tədris edə bilər.
5. Ərzaq xərcləri uşağın bağçada qalma müddəti əsas götürülməklə bir gündə bir
uşağa düşən pul norması əsasında müəyyən edilir.
6. Dəftərxana və təsərrüfat xərcləri ümumtəhsil
məktəblərində olduğu kimi ,
binanın kubaturasından asılı olaraq müəyyən edilir.
7. Uşaq bağçalarında həmçinin tədris və digər xərclər nəzərdə tutulur: oyuncaqların
tədris
vəsaitlərinin ,uşaqlarla məşğul olmaq üçün materialların alınması, uşaq
bayramlarının və s. keçirilməsi xərcləri. Bu xərclər
hər uşağa ildə norma üzrə
planlaşdırılır.
8. Avadanlığın, yumşaq inventarın alınması xərcləri ilin
əvvəlinə mövcud norma
ilə müəyyən edilir.
9. Məktəbəqədr müəssisələrdə valideynlərin ödədiyi
haqq xərcləri müəyyən cüzi
hissəsini təşkil edir.
Dostları ilə paylaş: