Modul Tipli Hospitalının baş həkimi və


Səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatına birinci cəhd



Yüklə 74,51 Kb.
səhifə3/12
tarix12.04.2023
ölçüsü74,51 Kb.
#96735
1   2   3   4   5   6   7   8   9   ...   12
İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020

Səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatına birinci cəhd
2007-ci ilin dekabrın 7-də Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununda ölkədə icbari tibbi sığortanın tətbiqi məqsədilə əlavə və dəyişikliklər edildi. Dekabrın 27-də isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№2592) imzalandı. Sərəncamda qeyd edilir ki, bu Agentlik “Azərbaycan Respublikasının səhiyyə sisteminin idarə olunmasını təkmilləşdirmək, əhaliyə tibbi yardım göstərilməsi mexanizmini müasir tələblərə uyğunlaşdırmaqla səhiyyə xidmətlərinin keyfiyyətini daha da yaxşılaşdırmaq, icbari tibbi sığorta sisteminin tətbiqinə başlamaq məqsədilə” yaradılır.
2008-ci il yanvarın 10-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№2620) ilə səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası təsdiq edildi. Konsepsiyada vurğulanırdı ki, icbari tibbi sığrta tətbiq olunmaqla ölkədə səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsasları yaradılacaq, bütün vətəndaşlar baza (əsas xidmətlər) zərfinə daxil olan xidmətlər səviyyəsində pulsuz tibbi xidmətlə təmin ediləcək, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti yaxşılaşdırılacaq və səhiyyə sisteminin idarə olunması təkmilləşdiriləcək.
2008-ci il avqustun 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 179 saylı Qərarı ilə 2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiq olundu. Tədbirlər Planında icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üçün 2012-ci ilin sonunadək görülməli olan tədbirlərin (işlərin) siyahısı, bunların icrasına məsul qurumların adları və hər bir tədbirin icra müddətləri əks olunmuşdu.
2008-ci il dövlət büdcəsi zərfinə daxil olan Azərbaycan Respublikasının 2008-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri adlı proqram sənədində səhiyyənin maliyyələşdirilməsi islahatları və tibbi sığorta sisteminin yaradılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində həmin dövrün sonuna nail olunacaq konkret hədəflər də müəyyənləşdirilmişdi (Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi zərfi. II cild. Bakı, 2007, 82-83).
Hətta 2008-2011-ci illər üzrə hər ilin dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər (2008-ci ildə 30.0 milyon, 2009-cu ildə 51.0 milyon, 2010-cu və 2011-ci illərdə hər il 30.0 milyon manat) planlaşdırılsa da, həmin xərclər reallaşdırılmadı. Çünki icbari tibbi sığortanın tətbiqini həyata keçirməli olan başlıca qurumun – Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin – yaradılması (2015-ci ilin sonunadək) baş tutmamışdı.
Ölkədə səhiyyənin maliyyələşdirilməsi islahatlarının durumu ilə bağlı 2012-ci ildə Oksfam Beynəlxalq Təşkilatının dəstəyi ilə apardığımız bir tədqiqat zamanı bu Dövlət Agentliyinin yaradılmasının baş tutmamasının səbəblərini də araşdırmışdım. Gəldiyim nəticə belə idi ki, burada başlıca səbəb səhiyyə sektorunda dövr edən böyük maliyyə və digər resurslar üzərində nəzarət uğrunda gedən maraqlar toqquşmasıdır. Belə ki, o zaman ölkədəki dövlət səhiyyə müəssisələrinin rəhbərlərinin təyinatı və həmin müəssisələrə ayrılan dövlət vəsaitləri korrupsiya mənbəyi idi.
Ölkədəki dövlət səhiyyə müəssisələrinin böyük əksəriyyəti Səhiyyə Nazirliyinin tabeliyində olsa da, başqa bir sıra dövlət qurumlarının tabeliyində olan səhiyyə müəssisələri də vardı. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin bölünməsində isə Səhiyyə Nazirliyi və tabeliyində səhiyyə obyektlərinin olduğu qurumlarla yanaşı, Maliyyə Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti başçıları, rayon maliyyə və səhiyyə idarələri və s. kimi çox sayda qurumlar birbaşa və dolayısı ilə iştirak edirdilər. Yəni, səhiyyənin maliyyələşdirilməsi sahəsində nəzərdə tutulan islahatlar çoxsaylı maraqlara toxunurdu. Səhiyyə Nazirliyi isə İTS üzrə Dövlət Agentliyinin nazirliyin tabeliyində olmasını istəyir və buna çalışırdı.

Yüklə 74,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin