Modul Tipli Hospitalının baş həkimi və


İTSDA dövlət büdcəsinin vəsaiti hesabına tibbi xidmətlərin alıcısı (ödəyicisi) olan yeganə qurum olacaqmı?



Yüklə 74,51 Kb.
səhifə9/12
tarix12.04.2023
ölçüsü74,51 Kb.
#96735
1   ...   4   5   6   7   8   9   10   11   12
İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020

İTSDA dövlət büdcəsinin vəsaiti hesabına tibbi xidmətlərin alıcısı (ödəyicisi) olan yeganə qurum olacaqmı?
Belə ki, dövlət səhiyyə sisteminə daxil olan poliklinika və xəstəxanaların heç də hamısı TƏBİB-in tabeliyinə verilməmişdir. 2021-ci ilin dövlət büdcəsinin Səhiyyə funksional bölməsi üzrə xərclərindən Səhiyyə Nazirliyinin tabeliyində qalan xəstəxanalara 85.0 mln. manat, nazirliyin tabeliyində olmasına rəğmən büdcə vəsaitinin müstəqil sərəncamvericiləri olan Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 7.2 mln. manat, Milli Onkologiya Mərkəzinə isə 44.4 mln. manat ayrılır. Bundan başqa, Azərbaycanda hələ də bir sıra dövlət qurumları özlərinin səhiyyə bölmələrinə malikdirlər və bunlar da dövlət büdcəsi hesabına maliyyələşdirilirlər. 2021-ci ilin dövlət büdcəsinin Səhiyyə bölməsindən Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinə, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Gömrük Komitəsi və Azərbaycan Dəmir Yolları QSC-nin xəstəxanalarına vəsait ayrılır. Keçmiş SSRİ-dən miras qalmış bu yanaşmanın İTS-in tətbiqindən sonra da saxlanılması anlaşılan deyil. İTS-in tətbiqi şəraitində həmin idarə səhiyyələrinin saxlanılması həmin qurumlarda çalışanlara əlavə imtiyazlar yaratmış olur: onlar həm İTS-dən, həm də dövlət büdcəsi hesabına maliyyələşdirilən idarə səhiyyəsinin xidmətlərindən faydalanacaqlar.
Burada daha bir məsələ müəyyən xəstəliklərin müalicəsi üzrə həyata keçirilən dövlət proqramları (şəkərli diabet, vərəm, böyrək çatışmazlığı, qan xəstəlikləri və başqaları) çərçivəsində tibbi xidmətlərin və dərman təminatı xərclərinin ödənilməsidir. Bunlar İTS üzrə xidmətlər zərfinə daxil edilməyiblər. Həmin proqramların maliyyələşdirilməsi xərcləri Səhiyyə Nazirliyinə və onun tabeliyində qalan xəstəxanalara verilir. Halbuki həmin xəstəliklərin müalicəsi üzrə xüsusi dövlət proqramlarının olması belə xəstələrin dövlət tərəfindən sığortalanması deməkdir. Buna görə də həmin xəstəliklərin İTS-in əlavə (yaxud imtiyazlı) xidmətlər zərfi kimi qruplaşdırılması, xidmətlərin satın alınması funksiyasının İTSDA-ya ötürülməsi məqsədəuyğun olardı.
Həm dövlət vəsaitindən istifadənin səmərəliliyinin artırılması, həm də səhiyyənin dövlət maliyyələşdirilməsinin dayanıqlı sisteminin formalaşdırılması üçün dövlət büdcəsi hesabına tibbi xidmətlərin satın alınmasında olan bu çoxkanallılığın aradan qaldırılması zəruridir.
2021-ci ilin dövlət büdcəsinin Səhiyyə bölməsinin vəsaitlərinin alıcıları olan sərəncamverici təşkilatlar sırasında İTSDA-nın adı ümumiyyətlə yoxdur. Dövlət büdcəsi xərclərinin funksional təsnifatında dəyişiklik edilərək Səhiyyə bölməsinə İcbari tibbi sığorta fondu adlı köməkçi bölmənin (və müvafiq paraqrafların) əlavə edilməsi və büdcədən tibbi sığortaya yönəldilən vəsaitin funksional təyinatına uyğun qeyd olunması, habelə həmin vəsaitin büdcə sərəncamvericisi kimi İTSDA-nın göstərilməsi daha doğru yanaşma ola bilər.

Yüklə 74,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin