Modul Tipli Hospitalının baş həkimi və


İTS vəsaitlərinin şəffaf və düzgün bölüşdürülməsi təmin ediləcəkmi?



Yüklə 74,51 Kb.
səhifə8/12
tarix12.04.2023
ölçüsü74,51 Kb.
#96735
1   ...   4   5   6   7   8   9   10   11   12
İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020

İTS vəsaitlərinin şəffaf və düzgün bölüşdürülməsi təmin ediləcəkmi?
Tibbi sığorta haqqında Qanuna əsasən, icbari tibbi sığortanın maliyyə mənbələri üzrə daxil olan vəsaitlər (müştərək maliyyələşmə məbləği istisna olmaqla) icbari tibbi sığorta fondunda cəmləşdirilir. Qanunun İcbari tibbi sığorta fondu adlı 15-21-ci maddəsində fondun vəsaitinin istifadəsi istiqamətləri göstərilib. Nazirlər Kabinetinin 2020-ci ilin dekabrında (495 saylı Qərar) təsdiq etdiyi İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydasına əsasən, icbari tibbi sığorta fonduna daxil olan vəsaitlər İTSDA-nın bank hesabına toplanılır. Qaydaya əsasən Agentlik tərəfindən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə illik (1 yanvar – 31 dekabr dövrünü əhatə edən) hesabat hazırlanır və auditor rəyi ilə birlikdə növbəti ilin 30 iyun tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
Buradan aydın olur ki, İTS fondunun ayrıca hesabının olması nəzərdə tutulmur, habelə fondun vəsaitlərinin hərəkəti barədə hesabat yalnız ölkə prezidentinə təqdim ediləcək və həmin hesabatın ictimaiyyətə açıqlanması nəzərdə tutulmur. Fondun vəsaitinin hərəkəti barədə məlumatların İTSDA-nın maliyyə hesabatında necə əks olunacağı ilə bağlı hər hansı bir qayda müəyyən edilməmişdir.
Bu durum İTS fondunun vəsaitlərinin toplanması və istifadəsi sahəsində şəffaflıq problemlərinin olacağını göstərir. Halbuki, səhiyyə sektoruna yönəldilən ictimai (yəni dövlət büdcəsi və İTS haqları üzrə) vəsaitlərin şəffaflığının təmin edilməsi səhiyyənin maliyyələşdirilməsi islahatlarının və İTS-in tətbiqinin başlıca komponentlərindən biri olmalıdır. Yaxşı idarəetmənin təmin edilməsi üçün İTS fondunun növbəti il üçün büdcə proqnozu layihəsinin və icra hesabatlarının (müvafiq olaraq) hökumətin Milli Məclisə təqdim etdiyi dövlət büdcəsi zərfinə daxil edilməsi, habelə İTSDA-nın saytında açıqlanması məqsədəuyğun olardı. Bununla bərabər, İTS fondunun vəsaitlərinin toplanması və istifadəsinə Hesablama Palatasının nəzarətinin təmin edilməsi də önəmlidir. 

Yüklə 74,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin