Modul Tipli Hospitalının baş həkimi və


İTS-in tətbiqi səhiyyə xidmətlərinin keyfiyyətinə səmərəli nəzarət mexanizmi formalaşdıra biləcəkmi?



Yüklə 74,51 Kb.
səhifə10/12
tarix12.04.2023
ölçüsü74,51 Kb.
#96735
1   ...   4   5   6   7   8   9   10   11   12
İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020

İTS-in tətbiqi səhiyyə xidmətlərinin keyfiyyətinə səmərəli nəzarət mexanizmi formalaşdıra biləcəkmi?
Səhiyyədə keyfiyyət anlayışına həm klinik (müayinə-müalicə), həm də xidmət (təşkili şəraiti mənasında) keyfiyyəti baxımından yanaşılır. Ona görə də bu sualın cavabında bir neçə aspektə diqqət yetirməliyik:
i) həkim-pasiyent münasibətlərində indiyədək mövcud olan həkimin inhisar mövqeyinin aradan qalxması. İTS-in tətbiqi ilə tibbi xidmətlərin istehlakçısı və həmin xidmətlərin alıcısının (ödəyici mənasında) ayrılması baş verir. Pasiyentə göstərilən müayinə və müalicə xidmətlərinin dəyərinin ödənilməsi üçün bütün zəruri məlumatlar İTSDA-ya təqdim ediləcək. Agentlik müayinə və müalicə prosedurlarının adekvatlığını klinik protokollar əsasında yoxladıqdan sonra onların ödənilməsi haqqında qərar verəcək (Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş klinik protokollar İctimai Səhiyyə və İslahatlar Mərkəzinin saytında yerləşdirilib. İlkin səhiyyə xidmətində klinik protokolların tətbiqi barədə 2019-cu ilin noyabrında Səhiyyə nazirinin müvafiq əmri olub). 2020-ci ilin martında Nazirlər Kabineti Tibbi-iqtisadi ekspertizanın aparılması Qaydasını (93 saylı Qərar) və Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması Qaydasını (94 saylı Qərar) təsdiq etmişdir. Səhiyyə müəssisələrinin rəqəmsal texnologiyalarla təmin edildiyi indiki şəraitdə zəruri proqram və kadr təminatı klinik keyfiyyətə nəzarət imkanlarını daha da gücləndirir;
ii) xidmətlərin təşkilinin (rahatlıq, təmizlik, ərzaq təminatı və s.) keyfiyyəti, yaxud maraqlar toqquşması məsələsi. Buna həm də tibbi xidmətləri təqdim edən müəssisələrin müstəqilliyi, yaxud bu xidmətləri dəyərini ödəyən quruma tabeçiliyi məsələsi kimi yanaşmaq olar. Məlum olduğu kimi, indiyəcən ölkədə səhiyyə siyasətinin işlənilməsi və həyata keçirilməsi, tibbi xidmətlərin göstərilməsi, onların keyfiyyətinə nəzarət və dəyərinin ödənilməsi funksiyalarının hamısı bir qurumun – Səhiyyə Nazirliyinin əlində cəmləşirdi. İTS-ə keçid bu sistemin dəyişdirilməsini nəzərdə tutur. Tibbi xidmət müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılması da bu məqsədə xidmət edir. Amma məlum olduğu kimi, hazırda nazirliyin tabeliyindən alınan tibbi xidmət müəssisələri İTSDA-nın tabeliyində yaradılan TƏBİB-in tabeliyinə verilib. Bu o deməkdir ki, indiki halda tibbi xidmətləri təqdim edən də, onları alan (dəyərini ödəyən) də eyni qurum olacaq. Əlbəttə ki bu da maraqlar toqquşması yaradır. Arzu olunan budur ki, tibbi xidmətləri təqdim edən tibb müəssisələri müstəqil olsunlar. İTSDA-da TƏBİB-in keçid dövrü üçün müvəqqəti yaradılmış bir qurum olduğunu, dövlət tibb müəssisələrinin publik hüquqi şəxslərə çevrilməsi və onlara müstəqil idarəetmə bacarıqlarının aşılanması başa çatandan sonra bu qurumun ləğv ediləcəyini deyirlər. Keçid dövründə tibb müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyində saxlanması ikili tabelik, islahatlara maneçilik, formal dəyişikliklər görüntüsünün yaradılması və s. kimi problemlər doğura bilərdi;
iii) tibbi xidmətin keyfiyyətinə kənar (yəni İTS-dən və tibb müəssisələrindən kənar mənasında) dövlət (ictimai) nəzarətinin təşkili məsələsi – burada xüsusilə mühüm 2 mexanizm hərəkətə gəlməlidir: a) tibb müəssisələrinin və tibb işçilərinin sertifikasiyasının düzgün təşkili – hazırda bu, Səhiyyə Nazirliyinin səlahiyyətindədir (yeri gəlmişkən, uğurlu təcrübələrə malik ölkələrdə həkimlərin sertifikasiyası müstəqil peşəkar birliklər tərəfindən aparılır); b) əhalinin tibbi xidmətlərdən məmnunluq səviyyəsinin monitorinqi və qiymətləndirilməsi – səhiyyə siyasətinin hazırlanmasına və icrasına cavabdeh qurum kimi Səhiyyə Nazirliyi mütəmadi olaraq əhali arasında sorğular keçirməklə bunu təmin edə bilər. Bundan əlavə, əhalinin sağlamlıq durumuna dair dövri (məsələn, 5 illik dövr üçün) hesabatların hazırlanması aparıla bilər;
iv) pasiyent hüquqlarının qorunması məsələsi – Bu, bir tərəfdən, pasiyentin müalicə müəssisəsini və həkimi seçə bilmək hüququnu nəzərdə tutur. İTS-in tətbiqi buna imkanlar açır, amma onun real olaraq işləməsi üçün zamana ehtiyac olacaq; digər tərəfdən isə, pasiyentlə tibb xidmət və İTS qurumları arasında yaranan mübahisələrin məhkəmə yolu ilə həlli;
v) tibbi xidmətlərin keyfiyyətinin və İTS mexanizminin işinin müstəqil ictimai qiymətləndirilməsinin təşkili – İTS mexanizminin uğurlu tətbiqi və tibbi xidmətlərin keyfiyyətinə nəzarətin təşkilinin mühüm alətidir. Bu həm də islahatlara istimai dəstək qazanmaq baxımından son dərəcə zəruri məsələdir. Müstəqil vətəndaş cəmiyyəti qurumlarının və müstəqil ekspertlərə dövri olaraq yerli (lokal), regional və ölkə səviyyəsində əhalinin tibbi xidmətlərdən məmnunluq səviyyəsini qiymətləndirmək üçün imkanlar yaradılmalıdır.
Göründüyü kimi, İTS-in tətbiqi həkimin inhisarını aradan qaldırmağa və tibbi xidmətlərin keyfiyyətinə nəzarət üçün yeni imkanlar açır. Bununla belə, tibbi xidmətlərin keyfiyyətinin arzuolunan səviyyəyə çatdırılması üçün bir sıra digər mexanizmlərin də hərəkətə gətirilməsi zəruridir. 

Yüklə 74,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin