Modul Tipli Hospitalının baş həkimi və


İTS-in tətbiqi səhiyyənin maliyyələşdirilməsinə yönəldilən ictimai vəsaitlərin artmasına gətirib çıxaracaqmı?



Yüklə 74,51 Kb.
səhifə7/12
tarix12.04.2023
ölçüsü74,51 Kb.
#96735
1   2   3   4   5   6   7   8   9   ...   12
İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020

İTS-in tətbiqi səhiyyənin maliyyələşdirilməsinə yönəldilən ictimai vəsaitlərin artmasına gətirib çıxaracaqmı?
Tibbi sığorta haqqında Qanunda İTS üzrə sığortalı və sığortaolunanlar (maddə 15-2) və İTS üzrə sığorta haqları (maddə 15-10) müəyyən edilmişdir. Qanuna əsasən, ölkənin bütün vətəndaşları, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat sığortalanırlar. Bu məbləğ ildə bir dəfə ölkə üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək.
Eyni zamanda, ayrı-ayrı əhali kateqoriyaları üzrə aşağıdakı kimi sığortalanma və sığorta haqlarının ödənilməsi nəzərdə tutulur:
• Dövlət sektorunda və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur;
• Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2021-ci ildə 1%, 2022-ci ildən etibarən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur;
• Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər;
• Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər hər ay minimum aylıq əməkhaqqının 4 faizi miqdarında (hazırda minimum əməkhaqqı 250 manat olduğu üçün bu, ayda 10 manat edir) icbari tibbi sığorta haqqı ödəyəcəklər;
• Əmək qabiliyyətli yaşda olub işləməyən və özünüməşğul hesab olunan vətəndaşlar sığortalı qismində özləri çıxış edirlər və il ərzində minimum aylıq əməkhaqqının 48 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər (Qanunun keçid müddəalarına əsasən, bu şəxslər sığorta haqlarının ödənişinə 2024-cü ilin yanvarın 1-dən başlayacaqlar).
Bunlardan əlavə, ölkə ərazisində istehlak olunan avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə, spirtli və energetik içkilərə, bəzi tütün məmulatlarına (siqaretlərə) tətbiq edilən aksiz vergilərindən İTS fonduna müəyyən edilmiş dərəcələrlə vəsaitin köçürülməsi nəzərdə tutulur.
İTS üzrə sığorta haqlarının yığılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Bu məqsədlə vahid büdcə təsnifatında büdcə gəlirlərinin təsnifatına müvafiq dəyişikliklər edilib (494 saylı Qərar) və İcbari tibbi sığorta üzrə sığorta haqları adlı köməkçi bölmə (büdcə təsnifatı kodu – 124000) və müvafiq maddələr əlavə edilib. İTS haqlarının tarifləri və ödəyiciləri bəlli olsa da, 2021-ci ildə İTS haqları ödəyicilərindən daxil olacaq cəmi ödənişlərin proqnozları hökumət tərəfindən rəsmi şəkildə açıqlanmayıb. Yalnız dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən ödəniləcək məbləğ 2021-ci il dövlət büdcəsi zərfində açıqlanmışdı: bu məqsədlə büdcədə 105.9 milyon manat (Naxçıvan Muxtar Respublikası büdcəsində nəzərdə tutulan 4.8 milyon manat vəsait də nəzərə alınmaqla) məbləğdə vəsait nəzərdə tutulmuşdur.[5]
Apardığımız hesablamalara əsasən deyə bilərəm ki, 2021-ci ildə bütün mənbələr hesabına toplana biləcək İTS haqlarının cəmi məbləği təqribən 450 .0 mln. manat civarında ola bilər. İqtisadiyyat Nazirliyinin açıqladığı məlumata əsasən, 2021-ci ilin birinci rübündə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 112.3 mln. manat olub. İlin birinci rübündə toplanan vəsaitin bu qədər olması il ərzində toplanacaq cəmi vəsaitin bizim hesablamamıza yaxın olacağını söyləməyə əsas verir.
İTS-ə keçidlə əlaqədar dövlət büdcəsindən səhiyyənin maliyyələşdirilməsinə yönəldilən vəsaitlər də artırılıb. Belə ki, 2021-ci ildə dövlət büdcəsində Səhiyyə xərcləri bölməsinə 1409.0 mln. manat (cəmi büdcə xərclərinin 4.9%-i qədər) ayrılması nəzərdə tutulub. Bu vəsaitin 1044.7 mln. manatı (74.1%-i) dövlət büdcəsinin vəsaiti hesabına ölkə əhalisinin icbari tibbi sığortalanmasına yönəldiləcək.
Beləliklə, 2021-ci ildə İTS məqsədlərinə yönəldilən cəmi maliyyələşmə təqribən 1.5 mlrd. manata yaxın ola bilər. Bununla səhiyyə xərclərində baş verəcək artımın miqyasını təsəvvür etmək üçün qeyd edim ki, 2019-cu ildə dövlət büdcəsinin səhiyyə xərclərindən Səhiyyə Nazirliyinin tabeliyində olan poliklinikalar, ambulatoriyalar və xəstəxanalara ayrılan faktiki xərclərin cəmi məbləği 408.3 mln. manat olub. İTS-nin tətbiqi çərçivəsində TƏBİB-in tabeliyinə verilən tibb müəssisələrinin məhz Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələri olduğunu nəzərə alsaq, onda 2021-ci ildə həmin qurumların göstərdikləri xidmətlərin ödənilməsi üçün yönəldiləcək vəsait 2019-cu illə müqayisədə 3.6 dəfə çox ola bilər. Həm də yuxarıda qeyd etmişdik ki, dövlət büdcəsindən səhiyyənin maliyyələşdirilməsinə ayrılan vəsaitin hamısı İTS-ə yönəldilməyib, təqribən 400.0 mln. manata qədər vəsait başqa kanallarla səhiyyə sahələrinə istifadə olunur. Bu da nəzərə alındıqda 2021-ci ildə səhiyyə sektoruna yönəldiləcək ictimai vəsaitin məbləğinin təqribən 1.9 milyard manatdan çox (yaxud proqnozlaşdırılan illik ÜDM-in 2.5%-i qədər) olacağı gözlənilir.
Deməli, İTS-in tətbiqi ilə əhaliyə göstərilən tibbi xidmətlərin maliyyələşdirilməsinə yönəldilən ictimai vəsaitlərdə əhəmiyyətli bir artımın baş verdiyini görürük. Ölkədə dayanıqlı və yüksək gəlirli iş yerləri artdıqca, İTS xətti ilə səhiyyənin maliyyələşdirilməsi imkanlarının da artacağını söyləmək olar.

Yüklə 74,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin