Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə7/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   2   3   4   5   6   7   8   9   10   ...   125
27 
məzmun, bədiilik-estetika məsələlərində mövcud dünyagö-
rüşün təzələnməsi fikrini irəli sürür. Hiss olunur ki, tənqidçinin 
Vaqif Səmədoğlu yaradıcılığından seçib təhlilə çəkdiyi bu şer: 
 
Qumru xan söyüdə qonub oxudu, 
Gecənin saçını yonub oxudu. 
Nəfəsimə düşüb, donub oxudu… 
Bu gecənin üz-gözü 
Quş səsinə bulanıb. 
Bu elin torpaqları 
Quş səsiylə sulanıb. 
O xan söyüd gecədən də qaradı 
Qumru səsi qan sızmayan yaradı. 
Allah, olduğum bu yer haradı? 
 
- bədii mətnə yeni kontekstdən yanaşmaq, sənətlə bağlı nəzəri 
düşüncələrini yeni biçimdə ifadə etmək üçün akvarel fon 
səciyyəsi daşıyır. R.Bart, Y.O’Nil, Jirmunski və s. kimi dünya 
ədəbiyyatının tənqidçi və yazarlarına, eləcə  də xalqın öz 
folkloruna, dil potensialına və söz yaradıcılığına istinad edən 
müəllif  şerə dünəndən fərqli yanaşma izhar edə bilir. Burada 
sovet dövrünün ənənəvi təhlil üsulu nəzərə çarpmır. N.Mustafa 
hər misranın məna qatını, gözlə görünməyən laylarını qaldırıb 
onu bütün spektrləri ilə görükdürməyə nail olur. Əlbəttə, 
məqalədə  əksini tapan manifest xarakterli bəzi fikirlər: "Bədii 
ədəbiyyata ideoloji ofisiantlar kimi baxmaq olmaz. Yetmiş ildir 
ki,  ədəbiyyatın başına noxta salıb müəmmalı istəklərimizin 
ardınca sürüyürük" [yenə orada, səh.175], yaxud "Ədəbiyyatı 
yalnız insanın mənəvi ömrü cəlb etməlidir" [yenə orada...], 
"Sizin nəzərinizcə, bədii əsərin məzmunu orada öz əksini tapan 
həyat həqiqəti ilə ölçülür… Mən isə Rolan Bart kimi belə 
hesab eləyirəm ki, bədii mətndən alınan həzz onun həqiqətini 
təmin eləyən  əsas meyardır” [yenə orada...], hələ 1960-cı 
illərdən səsləndirilmişdir. Lakin 1990-cı illər üçün onun yeni-
dən səslənməsini diktə edən hakim olan yeni zamanın vurğusu 
idi. Bu dəfə artıq qorxusuz-hürküsüz, daha inamlı və qətiyyətli 
şəkildə, həm də sovet dövrünün qanunlarına qarşı öz konsep-


 
28 
siyalarını qoyaraq onun labüdlüyünü israrlayacaq formada. 
Belə israrlı mövqe tənqidçi Cavanşir Yusiflinin yaradıcılığında 
daha aydın sezilir. Tənqidçinin bu dövrdə çap olunmuş "Bədii 
mətnin sirləri", "Bir söz söylə, bu dünyadan olmasın", "Ədə-
biyyatda yaşamağın formulu" kimi kitabları yeni poetik 
təfəkkürün formalaşması yönündə aparılan islahatlara ən yaxşı 
nümunədir. Bu kitablara toplanmış  məqalələr – istər tarixi-
ədəbi prosesin müxtəlif dövrlərinə  və  şəxsiyyətlərinə  həsr 
olunmuş olsun, istərsə də çağdaş ədəbi prosesin bir çox məsələ-
lərini aktuallandırsın – bəlli edir ki, C.Yusifli bədii mətnə 
özünəxas yanaşmadan çıxış edir. Bu yazılarda  ənənəvi təhlil 
forması nəzərə çarpmır. Tənqidçi təhlil zamanı şeirin məzmu-
nunu nəql etməyi deyil, sözlərin məna qatına enməyi, onu 
sonsuzluğa qədər aparıb polifonik qatlarını açmağı münasib 
hesab edir. C.Yusifliyə görə yaradılan hər hansı  əsər söz, 
işarələr sistemi kimi doğulur. Buna görə  də mövzü, yaxud 
ideya ardınca qaçmaqdansa tənqidçi ilk növbədə "məna”"ya 
enməli, alt qatda olan əsl mahiyyəti oxucuya aşkar etməyə 
çalışmalıdır. Yəni "oxucuya əsərdə yer alan informasiyanı çat-
dırmağa lüzum yoxdur, tənqidçi məhz elə bir formal strukturu 
yaratmalıdır ki, bu, əsərin bətnində "hələ heç kəsə  məlum 
olmayan sirləri” bəlləyə bilsin" (Yusifli Cavanşir. Ədəbiyyatda 
yaşamağın formulu. Bakı, “Nurlan”, 2003, 302 s., səh.196) 
Müəllifin çağdaş dövrün poeziyasına həsr olunmuş "Zamanı 
ötən  şerlər sorağında”", "XXI əsrə  məktub”", "Azərbaycan 
avanqardı”" və s. kimi çeşidli yazılarını onun qarşısına qoydu-
ğu və  sənətdən umduğu məqsədin realizəsi hesab etmək olar. 
İlk növbədə belə bir önəmli cəhətə görə: C.Yusiflinin hər bir 
nasir, yaxud şairdən tələb etdiyi xüsusi əhəmiyyət kəsb edən 
məsələlər var ki, o, bir tənqidçi kimi özünü də bu missiyanın 
daşıyıcısı olmaqdan çıxdaş eləmir. Məsələn, "Əsəri həyat kimi 
görmək istəmək mərəzi  əsərin özünün həyatını,  ədəbiyyatda 
ehtiva edilən reallığı öldürür…" [yenə orada, səh.197], "Nasir 
gerçəklikdən aldığı, götürdüyü strukturları bütün gücü, enerjisi 
ilə öldürüb məhv etməli, dağıtmalıdır ki, varlığın, dünyanın 
min illər boyu gözə görünməyən (ipək tül tək –!) bir gizlin 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin