1 İdrarəetmənin prinsipləri



Yüklə 37,47 Kb.
tarix07.01.2020
ölçüsü37,47 Kb.
#30067
4 ulduz

1 İdrarəetmənin prinsipləri

Planlaşdırma menecmentin ilkin funksiyasıdır və o, təşki­latın qarşıya qoyduğu məqsədə çatmaq yollarını və mər­hələlərini özündə birləşdirir. Plan–qarşıya qoyulan məq­sədləri, onların məzmu­nunu, ardıcıllığını, müəy­­­yən müd­dət ərzində onlara nail olunması yol­larına dair fi­kir­ləri və ideyaları özündə əks etdirir.

İdarəetmənin növbəti əsas funksiyalarından biri də təşki­let­mədir. Bu funksiyanın məqsədi qəbul olunmuş iş planının həyata keçirilməsini təmin etməkdən iba­rət­dir. Təş­kiletmə funksiyası fəaliyyətin həyata keçirilməsi ilə əla­qə­dar hazırlıq işlərinin yerinə yetiril­məsidir.

Təşkiletmə funksiyası fəaliyyətin planlaşdırma mər­hə­­lə­sindən fəaliyyətin həyata keçirilməsi mərhələsinə ke­çid mər­hələsidir. Təşkiletmə işə başlamaq üçün lazım olan ünsürləri cəlb edir, yerləşdirir, onların gələcəkdə bir­gə fəaliy­yəti üçün qarşılıqlı əlaqəsini təmin edir, işlək və­ziy­yə­tə gətirir. Təş­ki­l­etmə funk­siyası sistemin bütün ele­ment­ləri arasın­da da­imi və mütə­rəqqi əlaqələri müəyyən edir, on­ların fə­aliy­yətinin qay­da­larını və şərtlərini müəy­yən­ləş­di­rir.

Motivləşmə daha çox psixoloji termindir. Motiv­ləş­mə insa­nı məqsədyönlü formada hər hansı bir işi görməyə sövq edən, onu hərəkətə gətirən bir prosesdir.

Motivləşmə prosesinin baş verməsində motivasi­ya­nın rolu olduqca böyükdür. Motivasiya motivlər toplu­su­dur. Motiv­lər dedikdə, prosesin baş verməsi üçün lazım olan amil­lər, səbəblər, maraqlar, elementlər, xüsu­siy­yətlər ba­şa düşü­lür. Motivlər insanı fəaliyyətə təhrik edir. De­mə­li, moti­vasiya insanı fəaliyyətə sövq etdirən və ya onu fəal­laş­dıran daxili və xarici hərəkətverici qüv­və və amil­lə­rin məc­mu­sudur. Burada daxili və xarici hərə­kət­verici qüv­vələr mo­tivlərdir.

Marketinq menecmentin funksiyası olmaqla, tələb-təklif münasibətlərini araşdırmaq və bu münasibətdən doğan zəruri istehsalı müəyyən etmək, istehsalın həyata keçiril­məsini təmin etmək, hazır məhsulun satışını həyata keçirmək fəaliyyətidir.

Marketinq “market” sözündəndir, hərfi tərcüməsi ba­zar deməkdir. Marketinqə aşağıdakı tərifləri vermək o­lar:



  • marketinq əmtəələrin istehsalçılardan istehlak­çılara çatdırılması ilə əlaqədar fəaliyyəti əhatə edir;

  • marketinq bazarın tələbatının öyrənilməsinə və onun aktiv fəaliyyətinə yönəldilmiş idarəetmənin alt siste­m­i­­d­ir;

  • marketinq ehtiyacların və tələbatın tədavül vasitə­si­lə ödənilməsinə yönəldilmiş insan fəaliyyətinin növüdür;

  • marketinq bazarın idarə edilməsinin konsep­si­ya­sı­dır.

Göründüyü kimi, verilən təriflər marketinqin müxtə­lif cəhətlərini ifadə edir. Marketinq fəaliyyəti, həmçinin əm­təələrin işlənib hazırlan­masından, bazar tədqiqatlarının apa­rılmasından, əlaqələrin yaradılmasından, bölgünün təş­ki­lindən, rek­lam və servis xidmətlərinin inkişaf etdiril­mə­sindən ibarət­dir.

Nəzarətetmə idarəetmənin mühüm funksiyalarından biri­dir. Nəzarət sözü nəzər yetirmək, baxmaq, müşahidə apar­maq mənasını daşıyır. Nəzarətetmə müəssisədə intiza­mın yaranmasını, fəaliyyətin tənzimlənməsini, qayda-qanunlara, təlimatlara əməl olunmasını təmin edən idarə­çi­lik funksiyasıdır.

Nəzarət idarəetmənin obyektini və subyektlərini əha­tə edir. Nəzarətin obyekti bütün isteh­sal sistemləri və ya­rım­sistemləri, funksional və xətti sistemlər, istehsal, tə­da­vül və s. sahələr ola bilər. Nəzarətin subyekti isə, fərdi adamlar, sosial qruplar və bütövlükdə təşkilat ola bilər.

Nəzarətin əsas məqsədi qərarların qəbulu ilə ic­ra­sı ara­sındakı vəhdətliyi təmin etməkdən, müəssisələrin sə­rən­camında olan maddi dəyərləri mühafizə etməkdən, prob­lemləri aşkar et­mək­dən, aradan qaldırmaqdan və gə­lə­cək­də baş vermə­mə­si üçün tədbirlər görülməkdən iba­rətdir.

2 Plalaşdırma funksiyası

Planlaşdırma menecmentin ilkin funksiyasıdır və o, təşki­latın qarşıya qoyduğu məqsədə çatmaq yollarını və mər­hələlərini özündə birləşdirir. Plan–qarşıya qoyulan məq­sədləri, onların məzmu­nunu, ardıcıllığını, müəy­­­yən müd­dət ərzində onlara nail olunması yol­larına dair fi­kir­ləri və ideyaları özündə əks etdirir.

Planlaşdırma prosesi planların tərtib edilməsi ilə əla­qə­dar bir prosesdir. Planlaşdırma pro­sesi qərarların qə­bul edil­məsi və real­laşdırılması ilə əlaqədar təsəvvürlərin sis­tem­ləşdirilməsi me­xanizmdir. Planlaş­dır­manın ida­rə­çi­lik fəaliyyəti baxı­mın­dan aşağıdakı funk­si­ya­ları vardır:


  1. Məqsədin müəyyən edilməsi.

  2. Proqnozlaşdırma.

  3. Layihələşdirmə.

  4. Daxili koordinasiya.

  5. Ehtiyatların bölüşdürülməsi.

Müddətinə görə planlar 3 növə bölünür:

1. Qısa müddətli planlar (Qısa müddətli planlar bir ilə­dək olan müddəti əhatə edir).

2. Orta müddətli planlar (Orta müddətli planlar iki il­dən dörd ilədək olan müddəti əhatə edir).

3. Uzun müddətli planlar (Uzun müddətli planlar isə beş ildən yuxarı müddəti əhatə edir).

Planlar təsərrüfat fəaliyyətinin iqtisadi mahiyyəti və məz­mununa görə aşağıdakı kimi təsnifləşdirilir:


  1. Strateji planlar.

  2. Taktiki planlar.

  3. Cari planlar.

  4. Operativ planlar.

Strateji planlar beş ildən yuxarı olan dövrü əhatə edir. Strateji planlar müəssisənin strategiyasının, onun fəaliy­­yət istiqamətlərinin, perspektiv inkişafının müəyyən­ləş­dirilməsindən ibarətdir. Strateji planlar yeni və mü­tə­rəq­­qi məh­sul­la­rın istehsalını, müəssisənin rəqabət qabiliy­yə­tinin möh­kəm­ləndirilməsini nəzərdə tutur.

Strateji məqsədlərə aşağıdakılar aiddir:



  1. Fəaliyyət istiqamətlərinin seçilməsi.

  2. İstehsal olunacaq məhsul növünün seçilməsi.

  3. Kapital qoyuluşunun həyata keçirilməsi.

  4. Mövcud istehsalın təkmilləşdirilməsi.

  5. Perspektivlərin müəyyən olunması.

  6. Təşkilatın rəqabət qabiliyyətinin möhkəm­lən­diril­mə­si və s.

Strategiya təşkilatın mövcudluğuna dair əsas suallara cavab verir. Strategiya təşkilatın zəif və güclü tərəflərini araş­dırır, imkanları və gözlənilən təhlükələri müəy­yən­ləş­dirir. Strategiya xarici mühitdə dəyişkənliyə reaksiya ve­ril­­­mə­sinin vasitəsidir.

Strategiya uzun müddətli layihələr əsasında işlənilir. Hə­min layihələrin işlənməsi zamanı düzgün ətraflı mə­lu­mat­lar toplusundan istifadə etmək lazım gəlir.

Strateji planlar şirkətin hansı biznes fəaliyyəti ilə məş­­ğul olacağını və bu istiqamətdə həyata keçiriləcək və­zi­­fələri özündə əks etdirir. Bundan sonra biznes vahidinin da­xilində da­ha dəqiq planlaşdırma baş verir. Strateji məq­sədlər mar­ke­tinq, maliyyə, informasiya, istehsal, nəzarət sahələri üzrə birgə iş­lə­nir.

Taktiki planlar strategiyaya nail olmaq üçün müəs­sisəni müxtəlif vaxtlarda müəyyən fəaliyyət mövqelərinə çı­xa­rır. Taktiki planlar strateji plana nail olmaq üçün tak­ti­ki gedişləri, mərhələləri, dövrləri özündə əks etdirirlər.

Cari planlar isə bir illik cari dövrü əhatə edir. Həm tak­­tiki, həm də cari plan strateji planlara nail olunmasına xid­­­mət edir. Cari plan uzun müddətli maliyyə-təsərrüfat fəaliy­­yətini illər üzrə özündə əks etdirən aralıq plandır. Cari planlara bir il­lik istehsal, maliyyə, maddi-texniki təc­hizat, satış və s. plan­lar aiddir.

Operativ planlar fəaliyyət dövründə baş vermiş mən­­fi dəyişikliklərin və onun yaratdığı problemlərin dər­hal ara­dan qaldırılmasına xidmət edir. Operativ təd­bir­lər pla­nı aşa­ğıdakı məsələlərin həllini özündə cəm­ləş­dirir.


  1. Dəyişikliklərin və onların yaranma səbəblərinin öyrə­nilməsi.

  2. Dəyişikliklərin və onların yaranmasına təsir edən amil­lərin təhlil edilməsi və təsir dərəcələrinin minimuma endi­rilməsi.

  3. Dəyişikliklərin və onların yaratdığı problemlərin nə­ti­cələrinin dərhal aradan qaldırılması.

  4. Müəssisədə həmin dəyişiklik və problemlərin ya­­­ran­­­maması üçün profilaktik tədbirlərin görülməsi.

Planlaşdırmanın aşağıdakı prinsipləri mövcuddur:

  1. Planların ardıcıllığı prinsipi. Qarşıya qoyu­lan məq­­­sədə nail olmaq yollarının və müddətlərinin ar­dı­cı­llığı düz­gün müəyyənləşdirilməlidir.

  2. Planların reallığı prinsipi. Planda nail olunması nə­­­zər­də tutulan göstəricilər və nəticələr reallığa uyğun ol­ma­lı­dır.

  3. Planların aydınlığı prinsipi. Planlar aydın, başa dü­­­şü­lən tərzdə tərtib edilməlidir. Çünki ayrı-ayrı şö­bə­lər və böl­mələr onun müddəalarını başa düşməli və fəaliy­yət­lərin­də tətbiq etməlidirlər.

  4. Planların çevikliyi prinsipi. Planlar situasiyanın, yaran­mış vəziyyətin tələblərinə uyğun olaraq çevik for­mada dəyiş­dirilmək imkanına malik olmalıdır.

3 Təşkil etmə funksiyası

İdarəetmənin növbəti əsas funksiyalarından biri də təşki­let­mədir. Bu funksiyanın məqsədi qəbul olunmuş iş planının həyata keçirilməsini təmin etməkdən iba­rət­dir. Təş­kiletmə funksiyası fəaliyyətin həyata keçirilməsi ilə əla­qə­dar hazırlıq işlərinin yerinə yetiril­məsidir.

Təşkiletmə funksiyası fəaliyyətin planlaşdırma mər­hə­­lə­sindən fəaliyyətin həyata keçirilməsi mərhələsinə ke­çid mər­hələsidir. Təşkiletmə işə başlamaq üçün lazım olan ünsürləri cəlb edir, yerləşdirir, onların gələcəkdə bir­gə fəaliy­yəti üçün qarşılıqlı əlaqəsini təmin edir, işlək və­ziy­yə­tə gətirir. Təş­ki­l­etmə funk­siyası sistemin bütün ele­ment­ləri arasın­da da­imi və mütə­rəqqi əlaqələri müəyyən edir, on­ların fə­aliy­yətinin qay­da­larını və şərtlərini müəy­yən­ləş­di­rir.

Təşkiletmə funksiyasının vəzifəsi istehsal və in­san eh­­ti­yat­­­larını elə qarşılıqlı əlaqəli sistemdə birləş­dir­mək­­­dən iba­­­rətdir ki, qarşıya qoyulan məqsədə səmərəli surət­də nail ol­­­maq mümkün olsun. Burada sistemin qu­ru­lu­şunun müəy­­­­­yən­­ləşdirilməsi, altsistemlər arasında qar­şı­lıq­lı əlaqə­lər, böl­mələr arasında funksiyaların pay­lan­ma­sı, müvafiq hü­quq­ların verilməsi və s. nəzərdə tutulur.

Plan tapşırıqlarının ritmik və nəzərdə tu­tu­lan həcm­də, vaxtında və key­fiy­yətlə yerinə yetirilməsi idarəet­mə­nin təşkiletmə funk­siya­sı­nın başlıca məsələsidir.

Hər bir düşünülmüş hadisə və proses, onun təşkil olun­ma­sı ilə başlayır. Burada belə bir sual meydana çıxır. Onda niyə ida­rəetmənin birinci funksiyası təşkilet­mə deyil, plan­­laş­dır­ma hesab olunur?

Çünki hər hansı bir müəssisə və fəaliyyət təşkil olun­­­ma­mışdan qabaq əvvəlcə məqsəd ortaya çıxır və ya müəy­­yən olu­nur. Məqsədin müəyyən olunması isə plan­laş­­­dırmanın ilkin mərhələsi hesab edilir. Deməli, məq­­sə­din öncə yaran­ması fikri təşkiletmədən qabaq plan­laş­dır­manın ya­zı­lı və ya in­san beynində ideya formasında meydana gəl­mə­sini təsdiqləyir.

Təşkiletmə, həmçinin bir prosesdir. Bu prosesi üç mər­­hə­ləyə bölmək olar.



  1. Müəssisənin təşkil edilməsi.

  2. İstehsalın təşkil edilməsi.

3. İdarəetmənin təşkili.

Təşkiletmənin birinci mərhələsi müəssisənin hüquqi cə­­­hət­dən təsis edilməsi və müvafiq dövlət orqanlarında qey­­­­­diy­­­yatdan keçirilməsi ilə əlaqədardır. Bu mərhələ müəs­­­­sisənin hüquqi cəhət­dən təşkil olunması mərhələsi ki­­­­mi başa düşülür. Çün­ki istehsal fəaliyyəti ilə məşğul ola­raq pul qazanmaq istəyən sahib­­kar həmin istəyinə çat­maq və ideyalarını real­laş­dır­maq üçün birinci növbədə müəs­sisəni təsis etməli, başqa sözlə desək, hüquqi şəxs ya­rat­malıdır. Sahibkarlıq fəaliy­yəti ilə məşğul olmaq üçün hü­quqi şəxs yaratmadan fiziki şəxs kimi də fəaliyyət gös­tər­mək müm­kün­dür. Amma bu kiçik həcmli təsərrüfat sub­yektləri üçün daha çox əlverişlidir.

Hüquqi şəxsin yaradılması üçün əvvəlcə müəs­si­sə­nin təşkil olunmasının hüquqi və texniki tərəflərini həya­ta ke­çirmək lazım gəlir.

Müəssisənin təşkilinin hüquqi və texniki tərəfləri ni­zam­­­­­na­mənin tərtib edilib müvafiq dövlət orqanlarında qey­­­­­­diy­yata alınmasından tutmuş, banklarda hesablaşma he­­­­­sabı aç­ma­­ğa qə­dər olan bütün mərhələləri özündə əks etdirir.

İkinci mərhələ isə istehsalın təşkili mərhələsidir. Bu mər­­hələ istehsal üçün lazım olan ünsürlərin təşkili ilə əla­qə­­­dardır. İstehsalın baş verməsi üçün üç ünsürün ol­ma­sı va­cib­dir. 1) əmək alətləri (əsas vəsaitlər); 2) əmək ci­sim­lə­ri (dövriyyə vəsaitləri); 3) işçi qüvvəsi. İşçi qüv­və­si əmək alət­ləri vasitəsi ilə əmək cisimlərinə təsir etməklə məh­sul isteh­sal edir.

Məhsul istehsalının təşkili məqsədilə rəhbərlər aşa­ğı­da­kı funksiyaları yerinə yetirməlidirlər.

1. Əsas vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi.

2. Müəssisənin istehsal gücünün artırılması ilə əla­qə­dar texniki-təşkilati işlərin yerinə yetirilməsi.

3. Dövriyyə vəsaitlərinin cəlb edilməsi.

4. Maliyyə kapitalının cəlb edilməsi və maliyyə im­kan­­larının genişləndirilməsi.

5. İşçi qüvvəsinin cəlb edilməsi və əmək bölgüsünün aparılması.

6. Təhlükəsizlik və ekoloji tələblərin təmin olun­ması və s.

İstehsal fəaliyyəti ilə məşğul olmaq üçün əvvəlcə əsas vəsait­lərin – inzibati binanın, istehsal binasının təmin olun­ması, yəni alınması və ya icarəyə götürülməsi la­zım­dır. Bun­dan sonra texniki vəsaitlərin (maşın və ava­dan­­lıq­la­­rın, dəz­gahların) təchiz edilməsi vacib məsə­lə­dir.

4 Motivləşdirmə funksiyası

Motivləşmə daha çox psixoloji termindir. Motiv­ləş­mə insa­nı məqsədyönlü formada hər hansı bir işi görməyə sövq edən, onu hərəkətə gətirən bir prosesdir.

Motivləşmə prosesinin baş verməsində motivasi­ya­nın rolu olduqca böyükdür. Motivasiya motivlər toplu­su­dur. Motiv­lər dedikdə, prosesin baş verməsi üçün lazım olan amil­lər, səbəblər, maraqlar, elementlər, xüsu­siy­yətlər ba­şa düşü­lür. Motivlər insanı fəaliyyətə təhrik edir. De­mə­li, moti­vasiya insanı fəaliyyətə sövq etdirən və ya onu fəal­laş­dıran daxili və xarici hərəkətverici qüv­və və amil­lə­rin məc­mu­sudur. Burada daxili və xarici hərə­kət­verici qüv­vələr mo­tivlərdir.

Motivləşmə prosesi isə insanda motivlərin köməyi ilə fəaliy­yətin başlaması, davam etməsi və fəallığın art­ma­sı pro­sesidir. Motivləşmənin əsasında insan tələbatları da­ya­­nır. Maddi və mənəvi ehtiyaclar insanın mad­di və mə­nə­vi tələ­bat­larını yaradır. İnsan öz tələbatını ödə­mək üçün müx­­təlif üsul və vasitələr axtarır. Tə­lə­bat­lar insanı həyat və əmək fəaliyyətinə sövq edir. Bu­ra­dan belə aydın olur ki, tə­ləbat­lar insanın fəallığının mənbəyini təşkil edir. De­mə­­li, mo­tivləşmə prosesinin əsas mənbəyi tələbatlardır.

İnsan hər hansı fəaliyyətlə məşğul olmaq üçün qar­şı­­sına məqsəd qoyur. Nə iş görməli və hansı sahədə ça­lış­­ma­lı­dır ki, o yeməyə, geyimə və s. olan tələbatlarını ödə­­­sin. Bu su­ala cavab tapdıqdan sonra insan özünə müvafiq fəaliy­yət sfe­rasında çalışmaq üçün əvvəl həmin fəaliy­yətin ün­sür­lərinə (motivlər: ixtisas, bilik, infor­maşı­yalar, ma­liy­yə və­sai­ti, texniki vəsaitlərə) malik olur, sonra isə fəaliy­yət göstərməyə başlayır (motivləşir).




Fəaliyyət


Biz qeyd etdik ki, istehsalın baş verməsi üçün üç ün­sü­­rün olması vacibdir. 1) əmək alətləri; 2) əmək cisim­ləri; 3) işçi qüvvəsi. İşçi qüvvəsi əmək alətləri vasitəsi ilə əmək pred­­metlərinə təsir etməklə məhsul istehsal edir. Məsələn me­­tal lövhələri tokar dəzgahında yonmaqla yiv­lər istehsal et­mə­liyik. Təsəvvür edək ki, biz istehsalın hər üç ünsür­lə­ri­ni cəlb etmişik. Yəni fəaliyyət təşkil olun­muş­dur. Bura­da əmək aləti kimi tokar dəzgahı, əmək cisimləri kimi metal löv­hələr, işçi qüvvəsi kimi bu işi yerinə ye­tirəcək insanlar çı­xış edir. Bu ünsürləri bir yerə top­la­maq hələ is­teh­sal pro­se­­sinə başlamaq demək deyildir. Çün­­ki ünsürləri təşkil et­dik­­dən sonra, istehsal prosesi üçün onların bir-birinə təsi­ri­ni təmin etmək, yəni ida­rəetmənin üçüncü funksiyası he­sab edilən motivləşmə pro­sesini yaratmaq və həyata keçirmək lazımdır. Motiv­ləşmə insanı əmək alətləri vasitəsilə əmək predmetinə şü­urlu surətdə təsir etməyə vadar edir. Bəs motivlər bu pro­ses­də özünü necə büruzə verir?

Əgər motivləşmə hərəkətverici qüvvədirsə, motiv bu qüv­­vəni yaradan səbəb və ya amildir. Məsələn istehsal pro­­se­sinin baş verməsi üçün dəzgah və metal lövhə vardır. Lakin iş­çi qüvvəsini cəlb etmək lazımdır. İşçi qüvvəsinin ala­cağı əmək haqqının məbləği onu qane etməzsə, o, işlə­mə­yə­cək­dir. Nəti­cədə istehsal prosesi baş tut­ma­ya­ca­q­dır. De­mə­li, əmək haq­qı işçini işləməyə sövq edən əsas motiv­lər­dən biridir.

5 Marketinq funksiyası

Marketinq menecmentin funksiyası olmaqla, tələb-təklif münasibətlərini araşdırmaq və bu münasibətdən doğan zəruri istehsalı müəyyən etmək, istehsalın həyata keçiril­məsini təmin etmək, hazır məhsulun satışını həyata keçirmək fəaliyyətidir.

Marketinq “market” sözündəndir, hərfi tərcüməsi ba­zar deməkdir. Marketinqə aşağıdakı tərifləri vermək o­lar:


  • marketinq əmtəələrin istehsalçılardan istehlak­çılara çatdırılması ilə əlaqədar fəaliyyəti əhatə edir;

  • marketinq bazarın tələbatının öyrənilməsinə və onun aktiv fəaliyyətinə yönəldilmiş idarəetmənin alt siste­m­i­­d­ir;

  • marketinq ehtiyacların və tələbatın tədavül vasitə­si­lə ödənilməsinə yönəldilmiş insan fəaliyyətinin növüdür;

  • marketinq bazarın idarə edilməsinin konsep­si­ya­sı­dır.

Göründüyü kimi, verilən təriflər marketinqin müxtə­lif cəhətlərini ifadə edir. Marketinq fəaliyyəti, həmçinin əm­təələrin işlənib hazırlan­masından, bazar tədqiqatlarının apa­rılmasından, əlaqələrin yaradılmasından, bölgünün təş­ki­lindən, rek­lam və servis xidmətlərinin inkişaf etdiril­mə­sindən ibarət­dir.

Bəziləri marketinqin yalnız satış və reklamdan ibarət olduqlarını düşünürlər. Marketinq prosesi istehlak­çılarla baş­layır, istehlakçılarla davam edir və istehlak­çılarla da bi­tir. Deməli, təşkilatlar istehsala başlamamışdan əvvəl is­teh­­lak­çı tələbatını öyrənməli, istehsalı bu tələbatın ödə­nil­mə­si­nə uyğun qurmalı, sonra istehsal olunmuş məhsulu real­laş­dırmaq haqqında düşün­məlidirlər. Marke­tinq bazar­da tələbatı öyrənən, bu məqsədlə istehsalı müəy­yən­ləş­di­rən, istehsal olunmuş məh­sulun satışını təşkil edən, nəha­yət tələbatı ödəməklə gəlir əldə etməyi təmin edən fəa­liyyətdir.

Marketinq insan ehtiyaclarının və tələbatının ödə­nil­­məsi məqsədi ilə mübadilənin baş verməsi üçün ba­zarda aparılan işdir. Mübadilə prosesi zəhmət tələb edir. Satmaq istəyən hər bir kəs alıcıları axtarmalı, onların ehti­yaclarını aşkar etməli, müvafiq malları layihələş­dirməli, an­barlaşdırmalı, alıcılara təqdim etməli, qiymət­ləri razı­laş­dırmalıdırlar. Marketinq konsepsiyası müəs­si­sə­nin ba­zar­la əlaqədar fəaliyyətinin bütün mərhələlərinin nəzəri əsa­sını təşkil edir. Marketinq konsepsiyası müəs­sisələrin satış fəaliyyətinin təşkilinə olan baxışı əks etdirir. Marketinq konsepsiyası aşağıdakı alt konsepsiyaların məc­mu­sundan ibarətdir:


  1. İstehsalın təkmilləşdirilməsi konsepsiyası.

  2. Əmtəənin mükəmməlləşdirilməsi konsepsiyası.

  3. Kommersiya səylərinin gücləndirilməsi konsep­si­ya­sı.

  4. Sosial-etik konsepsiya.

  5. Bazar konsepsiyası.

Rəqabətin, elmi texniki tərəqqinin (ETT) geniş vüsət aldığı hazırkı dövrdə istehsal daim təkmilləşir, bazara yeni məhsullar daxil olur. Buna görə də, müəssisə rəqabətə davam gətirmək üçün öz istehsalını təkmilləşdirməyə məc­­­burdur.

Nəzarət ayrı-ayrı təşkilatlarda və onların daxili böl­mə­­lərində əlverişli şəraitin yaradılmasına imkan yarat­ma­lıdır. Bunun üçün təşkilatların özlərində və onlardan kə­nar­da müxtəlif nəzarətetmə sistemləri yara­dılır. Nəzarət öz tə­biətinə görə əks əlaqə prinsi­pinə, ideyasına əsas­lanır. Başqa sahələrdə (Məsələn idarə­etmə qərar­ların­da) olduğu kimi nəzarətin də özünəməxsus texnologiyası var­dır:



  1. nəzarət konsepsiyasının müəyyən edilməsi, seçil­m­əsi

  2. nəzarət məqsədinin seçilməsi

  3. nəzarət metodlarının seçilməsi

  4. nəzarət normalarının seçilməsi

  5. nəzarət sferalarının seçilməsi

  6. nəzarət müddətlərinin seçilməsi

Nəzarətin məqsədi stres vəziyyəti, qorxu xofu yarat­maq deyil, nöqsanların aradan qaldırılmasına kö­mək et­məkdir. Menecer həmişə nəzarətin səmərəli olma­sına, nə­ticədə müsbət halətin yaranmasına çalış­ma­lıdır.

Nəzarətdə ən başlıca məsələ obyektin arzu olunan stan­dartdan kənarlaşma səbəblərinin sistemli halda aş­kara çıxa­rılması və qiymətləndirilməsi, tənzimləmə proq­ramı­nın tərtib edilməsidir. Ən vacib məsələdən biri də nəza­rə­tin idarəetmə tsikli, menecmentin digər funksiyaları ilə op­timal halda əlaqələndirilməsidir. Nəzarətdə, həmçinin nə­za­rət vaxtının (ilkin, cari, son), nəzarət məqsədinin (ope­ra­tiv, strateji), nəzarət predmetinin (inzibati, maliy­yə), nə­za­rətin məzmununun və nəzarət metodlarının də­qiq­liyi, nə­za­rət fəaliyyətinin səmərəli təşkili son dərəcə vacibdir. Hər bir nəzarət növünün öz konkret məzmunu vardır. Bir qay­da olaraq kənarlaşmalar yol verilən, yol veriləndən aşağı və yuxarı hədlərdə olur. Ona görə də ən vacib prob­lem­lərdən biri həmin kənarlaşmaların faktiki miqyasının müəyyən edilməsidir.

7 Sosial-psixoloji metod

Sosial-psixoloji üsul sosial və psixoloji üsullardan ibarətdir.



Sosial üsul. İdarəetmənin üsullarından biri də sosial üsuldur. Sosial üsul insanların sosial tələbatının ödənil­məsi və sosial inkişafının təmin olunması ilə idarə­et­mə­nin həyata keçirilməsi üsuludur.

Sosial tərbiyə “İnsan-insan” sistemində həyata keçi­rilir. Qərb ölkələrində bu iş sosial iş adını almışdır. Sosi­al işin mənasını insanın insana humanist münasibəti təş­kil edir. Sosial iş, həmçinin insanın cəmiyyətə uyğun­laş­ma­sında xü­su­si əhəmiyyət kəsb edir. İdarəetmənin sosial me­to­du rəhbər işçi münasibətlərində işçilərin hüquq­larının po­zul­mamasını, onlarla səmimi rəftar olunmasını, işçi­lərin sosial inkişafını və sosial tələbatlarının ödənilməsini tələb edir.

Sosial tələbat dedikdə, insanın maddi və mənəvi tə­lə­bat­ları sistemi başa düşülür. İnsan fəaliyyətinin əsasında sosial tələbatlar dayanır. İnsan öz tələbatını ödəmək üçün fəaliyyət göstərir və gəlir əldə edir. Əldə etdiyi gəlirlə o, öz tələbatlarını ödəməyə müvəffəq olur. Deməli, işçilərin tə­ləbatlarının ödənilməsi yolu ilə onların fəallaşdırılması so­sial üsulun əsas məqsəd­lərindən biridir. Rəhbər mü­əs­si­sə­yə işçi qəbul edərkən ona əmək haqqı təklif edir. O dü­şün­məlidir ki, təklif etdiyi əmək haqqı işçinin minimum yaşayışını təmin etməlidir. Əgər təmin etmirsə, işçi daim iş axtarışında olacaq və istənilən vaxt o müəssisəni tərk etmək məcburiyyətində qalacaqdır.

Sosial tələbatın ödənilməsi işçini əmək fəaliyyətinə sövq edirsə, iqtisadi həvəsləndirmə sistemlərinin tətbiqi onların əmək fəallığını artırır. İqtisadi həvəsləndirmə sis­te­minə əlavə əmək haqqını, mükafatlandırma sistemini, mad­di yardımların verilməsini aid etmək olar.

Psixoloji üsul. İdarəetmədə psixologiyanın, psixi proseslərin rolu böyükdür. İdarəetmə fəaliyyətində psi­xo­lo­ji üsul insanların davranış və ünsiyyət fəaliyyəti ilə əla­qə­­dar olub, onların fəaliyyətinə təsir göstərmək, onları va­cib məqsəd ətrafında səfərbər etmək üsuludur.

Psixoloji üsullar sistemi də sosial fəlsəfənin tərki­bi­nə daxildir. Psixoloji üsul fərdlərin, qrupun və ya kollek­tivin psixologiyasına təsir etməklə onların fəal­lığının ya­ra­dılması və artırılması üsuludur. İdarəetmənin bu me­to­du kollektiv arasında psixoloji əhval ruhiyyə yarat­maqla is­teh­salın inkişafına, keyfiy­yətin yaxşı­laş­dırıl­ma­sına və in­sanlar arasında birgə fəaliy­yətin və sosial mü­na­si­bət­lə­rin tənzimlənməsinə yönəldilir.

Kollektivdə fərdi və qrupdaxili münasibətlərdən, on­la­rın psixoloji xüsusiyyətlərindən “Əmək resursları” fəs­lin­də bəhs olunmuşdur.

Dolayı psixoloji üsullardan biri müəssisədə sağlam psi­xoloji mühitin formalaşdırılmasıdır. Bu üsul kollek­tiv­də daim yüksək abu-havanın, əhval-ruhiyənin olma­sını tə­min edir. Sağlam psixoloji mühit insanlar arasında mü­na­sibətləri tənzimləyir, humanizmin inkişa­fına şərait ya­radır.



İdeya-siyasi tərbiyə dedikdə, konstitusiyasının ali məqsədinə hörmətlə yanaşmağı, dövlət direktivlərinə, qa­nun­vericilik aktlarına əməl etməyi, əməli fəaliyyətdə döv­lətin mənafeyini şəxsi mənafedən üstün tutmağı tələb edir. İdeya-siyasi tərbiyə milli bayramların, məsələn Kon­sti­tu­si­ya gününün, müstəqillik gününün, milli dirçəliş gününün və s. qeyd edilməsi, işçilərin bir sıra siyasi xadimlərlə görüş­lərinin keçirilməsi, kollektivin dövlət tədbir­lə­rin­də, siyasi tədbirlərdə fəal iştirakı ilə əlaqədardır. İdeya-siyasi tərbiyə kollekti­vin vətənpərvər ruhda tərbiyələn­mə­si üçün önəmlidir.

Kollektivin adət-ənənəsi bir neçə illər və ya on il­lik­lər ərzində yaranır və formalaşır. Yeni təyin olunmuş rəh­bər­lər də kollektivin adət-ənənələrini öyrənməli və ona uy­ğunlaşmalıdırlar. Çünki kollektivin adət-ənənəsi kollek­tivin xarakterinin, xüsusiyyətlərinin, onlar arasında ünsiy­yətin, əlaqənin təzahüründən formalaşır. Kadrların hərə­kəti, yeniləşməsi, işə qəbulu tədricən baş verdiyin­dən, ye­ni kadrlar həmin ənənələrin təsirinə məruz qalır və ona uy­ğun­laşırlar. Kollektivin adət–ənənəsi onu digər kollek­tiv­lər­dən fərqləndirən əsas xüsusiyyətlərdən biridir.
Yüklə 37,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin