Microsoft Word Yeni kitab A5-son docx


  “YENİ ŞEİR” HAQQINDA ESTETİK-NƏZƏRİ



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə4/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   2   3   4   5   6   7   8   9   ...   125
21 
“YENİ ŞEİR” HAQQINDA ESTETİK-NƏZƏRİ  
FİKRİN MÜƏYYƏNLƏŞMƏSİ 
 
Biz özümüzü üçüncü minilliyin proloqunda hiss etsək də
əslində bir mərhələ kimi 1990-cı illərdən tam ayrılmamışıq. 
Hələ 1990-cı illərdə qaldırılan bir çox məsələlərin rakursunun 
tapılmasına yeni minillikdə  də  cəhdlər edilməsi və bu zaman 
müəlliflərin geridə qoyduqları dövrün öz ritminə əsaslanmaları 
90-cı illərə ötüb getmiş gedişat, yaxud "boşluq mərhələsi" kimi 
yanaşmaq cəhdlərini heçə endirib onun məhz yeni dövrlə 
bütöv, mükəmməl və mütəşəkkil görünən panoramını yarat-
mağı  zəruri edir. Təsadüfi deyil ki, tənqidçi  Ş.Salmanov da 
yeni minilliyin təqvimini səciyyələndirərkən bu kontekstdən 
çıxış edərək, "XXI əsr indi yox, hardasa 90-cı illərin  əvvəllə-
rindən başlayır" ("XX əsr normal yaradıcılıq əsri idi” (tənqidçi-
ədəbiyyatşünas  Ş.Salmanovla müsahibə). "Palitra" qəz., Bakı, 
2003, 16 sentyabr) - deyə obyektiv mülahizə irəli sürmüşdür. 
Bu dövr elə bir mərhələdir ki, XX əsr daxilində öz əlahiddəliyi 
ilə xüsusi əhəmiyyət kəsb edir. Keçid dövrü kimi xarakterizə 
olunan bu mərhələnin bir-biri ilə ziddiyyət təşkil edən ikili 
səciyyəsi – onun həm qopub ayrıldığı sovet dövrünün rudi-
mentlərini özündə daşıması, həm də bu qalıqlarla mübarizə 
apararaq yeni biçimdə özünü ifadə etməyə çalışması kimi 
əlamətlər onilliyin əsas göstəricisini təşkil edir. 
XX  əsrin son onilliyi tariximizə müharibə  və  şəhidlik, 
qaçqınlıq və köçkünlük illəri kimi daxil olub. Digər tərəfdən, 
illərdən bəri gözlədiyimiz, şüurumuzda və ruhumuzda yaşatdı-
ğımız müstəqillik kimi tarixi nailiyyətimiz də bu illərin 
töhfəsidir. Bəli, 1980-cı illərin axırlarında alovlanan xalq mü-
cadiləsi ilə yetmiş il hökmfərma olmuş sovetlər imperiyası öz 
fəci sonluğuna vardı  və Azərbaycan ötən  əsrin  əvvəllərində 
qazanmış olduğu müstəqilliyin tarixi varisliyini yenidən elan 
etdi. Bununla da cəmiyyətin bütün sferalarını əhatə edən sahə-
lərin, o cümlədən, poetik düşüncə sisteminin qarşısında yeni 


 
22 
üfüqlər açıldı. Milli müstəqilliyimizin bərpası ilə yetmiş illik 
bir dövrün xarakter və çalarları, ziddiyyət və təzadları, tenden-
siya və meylləri tarixə qovuşdu. Bütöv bir epoxanın süqutu 
cəmiyyətin bütün sferalarında kəskin dönüş, ciddi təbəddülatlar 
yaratdı. Miqyaslı yeniləşmə prosesinin əsası qoyuldu ki, milli 
ruhda və statusda özünüifa imkanları açan mərhələnin tələb və 
vəzifələri lazımi səviyyədə öz təsdiq və təsbitini tapa bilsin. 90-
cı ədəbiyyatın, çağdaş ədəbi prosesin tərkibində köklü dəyişik-
liklər etməklə  bərabər, həm də onun qarşısına yeni tələb və 
vəzifələr qoydu.  
Ədəbiyyat həmişə zamanın güzgüsü olub. Hər hansı dövrdə 
gedən proseslər, baş verən olaylar yazıçı,  şair qələmində öz 
əksinin tapıb nəsillərə ötürülüb. Bu mənada, istənilən hadisənin 
təfərrüatına varılmasında o bir tarixçi qədər  əhəmiyyətli rol 
oynayır. Yəni,  ədəbiyyat və tarix yeganə  sənət sahələridir ki, 
onların büllurlaşan guşə daşında zamanın obrazı görünə bilir. 
Ədəbiyyatda bu missiyanın layiqli daşıyıcısı olmaq prioritetini 
digər sahələrə nisbətən poeziya daha çox nümayiş etdirir. 
Operativliyinə və baş verən proseslərə ilkin reaksiya göstərdi-
yinə görə. Bu mənada, hər hansı dövrdəki yenilik axtarışlarını 
bilmək ilk növbədə, həmin dövrün poeziyasını tədqiqdən başla-
yır. Səbəb bu ki, zaman necə  dəyişir və  mən necə  dəyişirəm 
sualına ilkin cavabı poeziya verir.  
Hər şair özünün poetik dünyasına yetişdiyi dövrün, mühitin 
çevrəsindən baxır.  Şairin yetişdiyi, poetik təfəkkürünün 
formalaşdığı zamanın onun yaradıcılıq yolunun müəyyənləş-
məsində xüsusi rolu olur. Əslində mübadilə qarşılıqlıdır: “ Hər 
dövr və nəsil öz şairini elə ona görə böyük poeziyaya gətirir ki, 
əvəzində şair də öz nəslini, dövrünü böyük poeziyaya gətirsin. 
Əks təqdirdə isə, bu böyük bədii estetik qanunauyğunluğun 
pozulduğu yerdə isə poetik nəsillər və  fərdiyyətlər arasında 
təbii münasibətlərin də qanunauyğunluğu pozulur və tarixə, 
əbədiyyətə yeni nəsillər  əlavə olunmur.” (Yaşar Qarayev. 
Ədəbi üfüqlər. Bakı, Gənclik, 1985, səh.35) Keçid dövrü kimi 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin