Microsoft Word s?may?kitab?sas doc


partiyasının ölkədə nüfuzu xeyli artdı. 1979-cu ildə İƏP-nin



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə69/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının ölkədə nüfuzu xeyli artdı. 1979-cu ildə İƏP-nin 
liderlərindən biri olan R.Daflon Cenevrə şəhərinin meri seçildi. 
70-ci illərdə İsveçrənin xarici siyasətində o qədər də 
dəyişiklik nəzərə çarpmadı. Hökumət əsasən bitərəflik 
siyasətini müdafiə edirdi. Lakin Qərbi Avropa ölkələri ilə 
inteqrasiyaya da diqqət yetirilirdi. 1972-ci ilin iyulun 22-də 
İsveçrə AİB-lə sənaye mallarının sərbəst ticarəti haqqında saziş 
bağladı. 1972-ci ilin dekabrın 3-də keçirilən referendumda bu 
saziş bəyənildi. 1975-ci ildə İsveçrə də Helsinki müşavirəsində 
iştirak etdi və onun Yekun aktını imzaladı. 1977-ci ildə İsveçrə 
atom silahını yaymamaq haqqında müqaviləyə qoşuldu, Cənubi 
Afrikadakı aparteid rejimini pislədi.


373
1979-cu ildə İsveçrə bloklara qoşulmamaq hərəkatının 
Havanada keçirilən 6-cı konfransında müşahidəçi kimi iştirak 
etdi. 
Bu dövrdə İsveçrə ilə sosialist ölkələri arasında da 
münasibətlər xeyli yaxşılaşdı. 
İsveçrə XX əsrin 80-90-cı illərində 
80-ci illərin əvvəllərində İsveçrə yüksək inkişaf etmiş 
sənaye və intensiv kənd təsərrüfatına malik olan bir ölkə idi. O, 
əhalinin hər nəfərinə düşən milli gəlirə görə dünyada 2-ci, 
xarici valyuta ehtiyatına görə isə 4-cü yeri tuturdu. 1983-cü 
ildə İsveçrə banklarının ümumi aktivi 656 mlrd.İsveçrə frankı 
idi. 
Bununla belə, 1981-1983-cü illərdə ölkədə hiss ediləcək 
dərəcədə iqtisadi enmə müşahidə edildi. Sənaye istehsalı 5% 
aşağı düşdü. Sənaye məhsulu buraxılışı istehsalın bütün 
sahələrində azaldı. İşsizlərin sayı 1980-ci ildəki 6,3 mindən 
1983-cü ildə 30,4 minə, 1984-cü ildə isə 36,6 minə çatdı ki, bu 
da işləyən əhalinin 1,2%-ni təşkil edirdi. Xarici ticarət ixtisar 
edildi, qiymətlər qalxdı, inflyasiya gücləndi. Ölkədə sosial 
vəziyyət gərginləşdi. Xüsusilə xarici fəhlələrin vəziyyəti daha 
çətin oldu. 1981-ci ildə keçirilən referendum xarici fəhlələrin 
hüquqlarını genişləndirmək haqqında təklifi bəyənmədi.
İsveçrə hökuməti iqtisadi vəziyyəti yaxşılaşdırmaq 
məqsədilə «büdcəni sağlamlaşdırmaq» adı altında qanun 
layihəsi işləyib hazırladı və bu qanun layihəsi 1980-ci ildə 
keçirilən referendumda bəyənildi. Təklif edilən tədbirlər ilk 
növbədə zəruri tələbat mallarıın qiymətlərinin yüksəldilməsi ilə 
əlaqədar idi. Bir sıra malların satınalma qiymətləri artdı, hərbi 
büdcə genişləndirildi ki, bu da inhisarların mənafeyinə cavab 
vernirdi. 1983-cü ildə hökumət İsveçrə ordusunun 15 il ərzində 
420 «Leopard-2» tankına malik olması haqqında proqram 
işləyib hazırladı. 


374
Kütlələrin təzyiqi altında hökumət zəhmətkeşlərin sosial 
tələblərini yerinə yetirməyə məcbur oldu. 1983-cü ildə 
üçhəftəlik haqqı ödənilən məzuniyyət müəyyən edildi. 1984-cü 
ilin yanvarın 1-dən işsizliyə görə məcburi sığorta haqqında 
qanun qüvvəyə mindi. Həmin qanuna görə sığorta fonduna 
verilən məcburi üzvlük haqqı iki dəfə artırıldı. 
80-ci illərdə də İsveçrənin xarici siyasətində nəzərə 
çarpacaq dəyişiklik baş vermədi. İsveçrənin Qərb ölkələri ilə 
münasibətlərinin inkişafı onun bitərəf və bloklara qoşulmayan 
ölkələrlə əməkdaşlığına, təhlükəsizlik və əməkdaşlıq üzrə 
ümumavropa prosesində iştirakına mane olmurdu. 1981-ci ildə 
İsveçrə adi silahların konkret növlərinin qadağan edilməsi və 
ya məhdudlaşdırılması haqqında konvensiyanı imzaladı. 
İsveçrə tərksilah üzrə Ümumdünya konfransının keçirilməsi 
ideyasını müdafiə etdi. 80-ci illərdə İsveçrənin BMT-yə 
girməsi məsələsi geniş müzakirəyə səbəb oldu. 1986-cı ilin 
martın 16-da keçirilən referendumda əhalinin əksəriyyəti 
İsveçrənin BMT-yə girməsinə qarşı çıxdı. 
Sovet-İsveçrə münasibətləri 80-ci illərdə xeyli inkişaf 
etdi. 1982-ci ildə hər iki dövlət arasında başlanan sazişə əsasən 
SSRİ İsveçrəyə təbii qaz verməyə başladı. 1985-ci ilin 
noyabrında Cenevrədə yüksək səviyyədə ABŞ - SSRİ rəhbər-
lərinin görüşü keçirildi.
90-cı illərdə İsveçrə iqtisadiyyatı yüksək sürətlə inkişaf 
etmişdi. İsveçrənin iqtisadi nailiyyətlərinin əsasını böyük 
həcmli investisiyalar və xarici bazarda yüksək keyfiyyətli 
İsveçrə mallarına olan tələbat təşkil edirdi. İsveçrədə bu dövrdə 
iqtisadiyyat bahalı, elmtutumlu məhsul buraxılması sahəsində 
daha da ixtisaslaşdı. Kənd təsərrüfatının intensivliyi yüksəldi. 
Adambaşına düşən milli gəlirin yüksək səviyyəsi yenə də 
saxlanıldı. İsveçrə kapitalın əsas ixracçısı kimi yenə də 
fəaliyyətini davam etdirirdi. Ölkə dövlət quruluşundakı 
özünəməxsus xüsusiyyətləri yenə də qoruyub saxlayırdı. 90-cı 
illərdə də İsveçrə «daimi» bitərəflik siyasətinə sadiq qaldı. 


375
Belçika 
Belçika İkinci dünya müharibəsindən sonrakı ilk 
illərdə 
İkinci dünya müharibəsində Belçikanın hərbi xərcləri
35 milyard frank oldu. Ölkə milli sərvətinin 8 %-ni itirdi. 
Konqodan bu illər ərzində o, 10 milyard frank gəlir
götürür, onun uranı, kobaltı, misi, almazını satmaqla çoxlu
gəlir əldə edirdi. Ölkəyə 1945-ci ilin fevralından sosialist 
Ban-Akerin başçılıq etdiyi koalisiya hökuməti başçılıq
edirdi. İrticaçı qüvvələr, ilk növbədə katolik partiyası bu
zaman İsveçrədə olan kral III Leopoldu ölkəyə qaytarmağa
çalışsalar da, demokratik qüvvələr buna mane oldular. 
1945-ci ilin iyulunda Belçika parlamenti kral
Leapoldun Vətənə qayıtmasını qadağan edən qanun qəbul
etdi. 1946-cı ilin fevralında keçirilən seçkilərdə yenidən 
sosialist partiyası əksəriyyət səs aldı. Hökumətin tərkibinə 4 
nəfər kommunist də daxil edildi.
1947-ci ildə Belçikada sənaye məhsulu istehsalı
səviyyəsi müharibədən əvvəlki səviyyəyə çatdı. 
İqtisadiyyatın bərpası və onun Avropa ölkələrinə ixracının 
gətirdiyi gəlirlər Belçika inhisarlarını daha da varlandırdı. 
1945-ci ildə Belçika ümumi əmək konfederasiyası
təşkil edildi. 1945-1949-cu illərdə Belçika zəhmətkeşləri
mühüm sosial nailiyyətlərə nail oldular. Faşistlərlə əlaqə
kəsildi. Şaxtaçıların maaşı artırıldı. Həmkarlar ittifaqının
hüquqları genişləndirildi. Qadınlar 1949-cu ildə kişilərlə
bərabər hüquq əldə etdilər. Sosial xərclər artırıldı. 
Mühafizəkar qüvvələr 1947-ci ildə demokratiyaya qarşı
mübarizəyə başladı. Sosial-xristian, liberal, Azadlıq və 
Mütərəqqi partiyanın liderləri bu sahədə öndə gedirdilər. 
Belçika sosialist partiyası da buna qoşuldu. Buna görə də, 
BSR-nin təşkil etdiyi hökumətdə kommunistlər iştirak
etmədilər.


376
Bu hökumət 1948-ci ilin iyulunda Marşall planına
qoşuldu. Belçika 1948- ci ilin martında Qərb İttifaqına, 1949-
cu ilin aprelində isə NATO-ya daxil oldu. 
Sürətlə silahlanma və hərbi xərclər artırıldı.
Kommunistlərin hökumətdən qovulması III Leapoldun
ölkəyə qayıtmasına imkanı yaratdı. 1949-cu ilin 6 iyununda
keçirilən parlament seçkiləri Sosial-Xristian və Liberal
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin