Microsoft Word s?may?kitab?sas doc


partiyalı koalisiya 60-cı illərdə hakimiyyətdə qaldı



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə68/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyalı koalisiya 60-cı illərdə hakimiyyətdə qaldı.
60-cı illərdə İsveçrə Əmək partiyası zəhmətkeşlərin 
sosial-iqtisadi və siyasi hüquqlarını müdafiə edən bir neçə 
qanun layihəsini irəli sürdü. Ölkədə müharibə əleyhinə hərəkat 
gücləndi. Qadınlara seçki hüququ verilməsi ilə əlaqədar olaraq 
1959-cu ilin fevralın 1-də ölkədə keçirilən ancaq kişilərin 
iştirak etdiyi referendumda klerikal dairələrin və sağ burjua 
partiyalarının əksəriyyətinin təzyiqi ilə qadınlar ancaq Cenevrə
BO və Nevşatel kantonlarında seçki hüququ aldılar. 
Lakin tezliklə Bazel, Tiçino və Vale kantonlarında da 
qadınların kişilərlə bərabərhüquqlu olması haqqında qərarlar 
qəbul edildi. 1969-cu ilin martın 1-də 3 min qadın «Bernə 
yürüş» təşkil etdi. Bundan məqsəd iqtisadi və siyasi həyatın 
bütün sahələrində qadınlara da kişilərlə bərabər siyasi hüquqlar 
verilməsi idi. 1971-ci ilin fevralın 7-də yenidən keçirilən 
referendum nəticəsində bütün qadınlara seçki hüququ verildi. 
Müharibə təhlükəsinin artması ilə əlaqədar olaraq ölkədə 
sülh tərəfdarları bir sıra kütləvi kampaniyalar təşkil etdilər. 
1952-ci ildə keçirilən referendumda isveçrəlilərin əksəriyyəti 
hökumətin silahlanma proqramının əleyhinə olduğunu bildirdi. 
Beynəlxalq aləmdə İsveçrə xarici ticarəti genişləndirdi. 
Onun xarici ticarət dövriyyəsinin üçdə ikisi Qərbi Avropa 
ölkələri ilə idi. Bu ölkələr içərisində isə AFR, İtaliya, Fransa, 
İngiltərə əsas yer tuturdu. ABŞ-la da böyük həcmli ticarət 
əməliyyatları saxlanılırdı. Bununla belə, 50-ci illərdə ABŞ-dan 
gətirilən mallara gömrük haqqının 50% artırılması iki ölkə 


371
arasında «saat müharibəsi» adı ilə məşhur olan narazılığın 
yaranmasına səbəb oldu. 
Müharibədən sonra İsveçrədə BMT-nin Avropa 
Ümumdünya səhiyyə təşkilatı, Beynəlxalq əmək təşkilatı, 
Beynəlxalq elektrorabitə ittifaqı, Ümumdünya meteorologiya 
təşkilatı, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti , BMT-nin ticarət 
və inkişaf təşkilatı və digərlərinin iqamətgahı yerləşirdi. 
Burada həmçinin Avropa azad ticarət assosiasiyasının, Tariflər 
haqqında baş sazişlərin, Beynəlxalq olimpiya komitəsinin, 
Ümumdünya poçt ittifaqının da orqanları fəaliyyət göstərirdi. 
Burada eyni zamanda bir çox beynəlxalq görüşlər keçirilirdi və 
bu hal indi də davam edir. 
50-ci illərdə İsveçrənin NATO ölkələri ilə əlaqələrinin 
genişlənməsi onun hərbi büdcəsinin də artmasına səbəb oldu. 
Ölkənin hərbi büdcəsi 1959-cu ildə 977 mln. franka çatdı ki, bu 
da dövlət xərclərinin 40%-ni təşkil edirdi. «Soyuq müharibə» 
şəraitində İsveçrənin sosialist ölkələri ilə əlaqələri zəif idi. 
Onlarla ticarət dövriyyəsi cəmi 3% təşkil edirdi. Lakin 60-cı 
illərdə sosialist ölkələri ilə münasibətlər xeyli yaxşılaşdı. 1967-
ci ildə Moskva-Sürix hava yolu açıldı. 
İsveçrə XX əsrin 70-ci illərində 
70-ci illərin əvvəllərində baş verən iqtisadi böhran İsveç-
rəyə o qədər də təsir etmədi. Bu dövrədə ölkənin iqtisadiyyatı 
yüksək sürətlə inkişaf edirdi.
İsveçrədə istifadəyə verilmiş dörd atom elektrik 
stansiyası ölkədə istifadə edilən bütün elektrik enerjisinin ¼-ni 
verirdi. 1973-cü ildə Niderland-İtaliya qaz kəmərinin çəkilişi 
başa çatdı. Bu kəmərin İsveçrə ərazisindən keçməsi ölkənin 
təbii qazla təmin edilməsini daha da asanlaşdırdı.
1974-cü ildə ölkədə iqtisadi inkişafda ləngimə başlandı. 
Sənaye məhsulu istehsalının həcmi 1975-ci ildə 13% endi. 
Xüsusilə saat və metal emalı sənayesinin məhsulları 
azaldı. Ticarət dövriyyəsi aşağı düşdü. Sənayedə işləyən 


372
fəhlələrin sayı 10% azaldı. 1975-ci ildə işsizlərin sayı 26 minə, 
qismən işsizlərin sayı isə 137 minə çatdı. 100 min xarici 
vətəndaş işini itirərək 1975-ci ildə İsveçrəni tərk etdi. 
Qiymətlər qalxdı, inflyasiya gücləndi. İsveçrə çox çətinliklə 
1974-1975-ci illərdə iqtisadi böhrandan çıxa bildi. 70-ci illərin 
ikinci yarısında ölkədə iqtisadi inkişaf ləng gedirdi. 
İqtisadi böhranla əlaqədar olaraq 1974-1975-ci illərdə 
hökumət bir sıra qanunvericilik aktları işləyib hazırladı və 
onlar parlament tərəfindən bəyənildi. Sosial təminat üçün 
ayrılmış dövlət xərcləri ixtisar edildi, vergilər artırıldı. Bu isə 
tətillərə gətirib çıxartdı. Həmkarlar ittifaqları hökumətin bu 
siyasətini kəskin tənqid etdi. 1974-cü ilin dekabrın 8-də ölkədə 
dolayı vergilərin artırılmasını nəzərdə tutan maliyyə islahatı ilə 
əlaqədar referendum keçirildi. Ölkə əhalisinin əksəriyyəti bu 
islahatın əleyhinə olduğunu bildirdi. 1976-cı ildə zəhmətkeş-
lərin təzyiqi altında hökumət 12 aydan 18 aya qədər qismən 
işsiz qalanlar üçün müavinatın ödənmə müddətini uzatdı. 1978-
ci ildə keçirilən referendumda əhali qocalığa və şikəstliyə görə 
təminatı yaxşılaşdırmaq haqqındakı tədbirləri bəyəndiyini 
bildirdi. 
70-ci illərdə İsveçrə əmək partiyasının və Kommunist 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin