Nə gözəl söylədi yoxsul pəhlivan,
«Bir qızıl yaxşıdır, dağ qədər zordan»
Oğlan dedi:
–Lakin xəzinə tapmaq üçün zəhmətə qatlaşmaq, qələbə çalmaq
üçün ölümlə çarpışmaq, taxıl əldə etmək üçün dən səpib,
yerşumlamaq lazımdır. Görmürsənmi ki, azacıq əziyyət çəkməklə
necə xoş rahatlığa çatdım, balaca acılıq dadmaqla necə şirin həyat
tapdım?
Nəhəngdən qorxarsa dənizdə qəvvas,
Heç zaman qiymətli incilər tapmaz.
Dəyirmanın alt daşı hərəkət etmədiyi üçün bütün ağırlıq onun
üzərinə düşür.
Şer
147
Mağara içində nə tapar aslan?
Uçmayan qartala ovmu gələcək!
Kim evdə oturub ruzi gözləsə,
Axırda o dönüb olar hörümçək.
Atası dedi:
– Ey oğul, bu dəfə fələk sənə yar, taleyin huşyar olmuşdur. Bir
dövlət sahibi sənə rast gəlmiş, əli-açıqlıq göstərərək həyata
qaytarmışdır. Belə hadisə nadir hallarda olar. Nadir hadisələrə isə bel
bağlamaq olmaz. Amandır ayıq ol, tamaha düşüb bir də belə boş
xəyallara aldanma!
Beyt
Ovlamaz həmişə ovçu ahunu,
Bəzən də, parçalar pələng ovçunu.
Neçə ki, nağıl edirlər: Fars hökmdarlarından birinin barmağında
qiymətli qaşı olan bir üzük varmış. Bir gün o bir neçə yaxın adamları ilə birlikdə Şirazda Müsəllayə
87
gəzməyə çıxır və əmr edir ki, həmin
üzüyü Əzüdüddövlə məqbərəsinin
88
günbəzinin üstünə sancsınlar.
Kim nişan alıb oxu üzüyün halqasından keçirsə, üzük onun olsun.
Hökmdarın yanında derd yüz məharətli ox atan varmış. Onların
hamısı üzüyü nişan alıb atırlar, lakin heç birinvn oxu üzüyə dəymir.
Təsadüfən orada oynayıb, oyan-buyana havayı ox atan bir uşağın
oxunu külək gətirib üzüyün halqasından keçirir. Beləliklə uşaq üzüyə
sahib olub varlanır. Bundan sonra o uşaq ox atmağı tərk edib
kamanını yandırır. Camaat bunun səbəbini soruşduqda deyir:
Ona görə ki, əldə etdiyim şöhrəti saxlaya bilim.
Qitə
Mümkündür gah qoca, müdrik bir alim,
Səhv etsin, işində olsun nöqsanı.
Gah da bir anlamaz, hünərsiz uşaq,
Səhvən sərrast atıb vursun nişanı.