24. Hekayat Nağıl edirlər ki, Hatəmi–Tai səxavətdə məşhur olduğu kimi, bir
varlı da xəsislikdə şöhrət tapmışdı. O, zahirini dünya malı ilə
bəzəmiş, lakin batinində elə bir xəsislik kök salmışdı ki, nə Əbu
Hüreyrənin pişiyinə bir tikə ət verər, nə də Əshabi–Kəhfin itinə bir
parça sümük atardı. Çan bahası olsaydı da heç kimə bir tikə çörək
verməzdi. Xülasə, onun qapısını və süfrəsini açıq görən olmamışdı.
Beyt
131
Yoxsul onun qapısında iy çəkərdi xörəkdən,
Quşlar belə həyətində tapmazdı bir dənə dən
Bir gün o varlanmaq məqsədilə Məğrib dənizi ilə Misrə doğru
səfərə çıxdı. Qarşı tərəfdən güçlü külək əsməyə başladı, o, gəminin
qərq olacağını başa düşdü.
O,
əllərini qaldıraraq faydasız yerə qışqırmağa və dua oxumağa
başladı. Adamlar gəmiyə minəndə qorxularından allaha əl açıb dua
edir və dinə sadiq olduqlarını inandırmağa çalışırlar.
Beyt
Möhtac bəndə dua vaxtı allahına əl açar,
Kərəm çağı əllərini qoynuna qoyub qaçar.
Şer
Qızıla, gümüşə etmə qənaət,
Onları sərf edib ömür sür rahət.
Bu ev ki, yadigar qalacaq səndən,
Düzəlt kərpicini qızıl–gümüşdən.
Həmin adam tufanda qərq oldu. Onun Misirdəki yoxsul qohum-
ları bu ölüm münasibəti ilə cındır paltarlarını yırtıb, varlıdan miras
qalmış ipək və xəzdən təzə paltar tikdirdilər. Hələ bir həftə keçməmiş
gördüm ki, varislərindən biri yorğa bir ata minib, bir qulun müşayiəti
ilə hara isə gedir.
Şer
Əgər ölən dirilərək gəlsəydi,
Qohumları içinə şad, üzü şən.
132
Mərhumun ölümü yüngül olardı,
Onun mirasını geri verməkdən.
Onunla qabaqcadan tanış olduğuma görə ətəyindən tutub dedim:
133
Şer
Ye, ey xoşbəxt, heç nəyə uf demədən,
Bədbəxt öldü yığdığını yemədən.