3. Hekayət Ağıllı–kamallı, elmli məlumatlı bir gənc var idi, lakin təbiətən
adamlara uyuşmaz, alimlər məclisində bir kəlmə də danışmazdı. Bir
dəfə atası ona dedi:
–Ey oğul, sən də görüb bildiklərindən bir şey danış!
Dedi:
–Qorxuram, bilmədiklərimdən soruşalar, xəcalət çəkəm.
Hörmətli bir alimin bir dinsizlə (allah ona lənət eləsin)
mübahisəsi düşdü, lakin onunla höcətləşə bilmədi. Soz qalxanını yerə
qoyub geri qayıtdı. Biri ona dedi: – Bu qədər bilik və kəmal sahibi
olmağına baxmayaraq bir dinsizin ehdəsindən gələ bilmədin.
Dedi: –Mənim elmim Quran, hədis və şeyxlərin dediyinə əsasla-
n