8. Hekayət Sültan Mahmudun xidmətçilərindən bir neçəsi Həsən Meymən-
didən
92
soruşdu:
Sultan hansı məsələ haqqıda səninlə məsləhət edirdi?
Həsən Meyməndi cavab verdi:
–Məncə o məsələdən sizin də xəbəriniz var.
Dedilər:
–Sultan sənə dediyini bizə demir.
Dedi:
–Ona görə ki, başqasına deməyəcəyimə arxayındır. Bəs nə üçün
məndən soruşursunuz?
Beyt
Bildiyi hər sözü söyləməz insan,
Verməz şah sirrinə başını qurban.
9. Hekayət
Bir evi almaq üçün beh verməkdə tərəddüd edirdim. Bu zaman
bir cühüd dedi ki, mən bu məhəllənin böyüklərindənəm, o evi mən-
dən soruş, heç bir eybi yoxdur, al!
Dedi: – Sənin qonşuluğundan başqa!