ındırmaq istəmirdi, ona görə dedi:
–Ay kişi, bu məscidin qədimdən bəri xüsusi azancıları var, hər
birisi məndən beş dinar alır. Sən on binar verərəm, bu şərtlə ki, gedib
başqa məsciddə azan versən.
Onlar razılaşdılar. O getdi, və bir müddət sonra buradan
keçərkən əmirin yanına gəlib dedi:
–Ey hökmdar, on dinar verib məsciddən çıxartmaqda mənə zülm
edibsən; getdiyim yerdə başqa məscidə köçmək üçün 20 dinar verirlr,
qəbul etmirəm.
Əmir qəşş edincə güldü və dedi:
–Ayıq ol, əlli dinara razı olmayınca getmə!
Pis səsli bir şəxs ucadan Quran oxuyurdu. Onun yanından keçən
bir arif soruşdu:
–Bu Quran oxumağın üçün sənə nə qədər verirlər?
Dedi:
–Heç nə qədər.
Dedi:
–Bəs nə üçün özünə əziyyət verirsən?
Dedi:
–Allah xatirinə oxuyuram.
Dedi:
–Allah xatirinə, oxuma!