Microsoft Word Proq Bank ucotu



Yüklə 194,21 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix14.05.2023
ölçüsü194,21 Kb.
#113522
1   2   3   4   5   6   7   8   9   ...   14
bank ucotu22

Qeyd olunmuş dəyər - kreditin əsas məbləğinin ödənilməmiş hissəsidir. Kredit olmayan aktivin 
“qeyd olunmuş dəyəri” onun əldə edilməsi qiymətidir. 
Kreditin ümumi dəyəri - borcun əvvəlki silinmələri nəzərə alınmadan (yəni xüsusi ehtiyat 
fondu hesabına əvvəllər silinmiş borclar çıxılmaqla) bütün hesablanıb alınmamış faizlər, komissiyon 
haqları və digər ödənişlər (kapitallaşdırılmış) daxil olmaqla ödənilməmiş kredit məbləğidir 
Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya 


10 
ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini 
nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya 
köçürülmüş pul vəsaitidir. 
Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya 
bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və 
öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir.
Prudensial - bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, 
qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur. 
Bankın mə
cmu kapitalı (öz vəsaiti) — prudensial hesabatlıq məqsədləri üçün istifadə 
olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I 
dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi 
və onlardan tutulmaların fərqidir. 
Kassa ə
məliyyatları – nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və 
qorunması üzrə əməliyyatların məcmusudur. 
Kassa qovşağı – kassa əməliyyatlarını aparmaq üçün nəzərdə tutulmuş, texniki tələblərə cavab 
verən və xüsusi təchiz edilmiş yer (nağd pul və digər qiymətlilərin saxlanması üçün anbar; anbarqabağı 
sahə; axşam kassası; əməliyyat kassasında mədaxil və məxaric əməliyyatları aparılması üçün otaq; pul və 
qiymətlilərin yenidən sayılması və bağlanması üçün otaq; müştərinin aldığı pulun sayılması üçün sahə). 

Yüklə 194,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin