Microsoft Word Proq Bank ucotu



Yüklə 194,21 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix14.05.2023
ölçüsü194,21 Kb.
#113522
1   2   3   4   5   6   7   8   9   ...   14
bank ucotu22

Kredit xətti – Bankın, yaxud digər kredit institunun borc alan subyekt qarşısında kredit vəsaitini təqdim 
etməklə bağlı öhdəliyi, yaxud bu öhdəliyin hüquqi rəsmiləşdirilməsidir. Bu zaman kredit vəsaiti bir dəfəlik deyil, 
hissə-hissə təqdim olunur və borc alan subyektin bütün müqavilə şərtlərinə əməl etdiyi təqdirdə kreditor kredit 
məbləğinin növbəti hissəsinin təqdim edilməsi ilə bağlı öhdəlik daşıyır. 
Vaxtı keçmiş kredit - əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya 
hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim gündən 
artıq gecikdirilən kreditdir. 
Tam təminatlı kredit – elə kreditdir ki, onun vaxtında və tam qaytarılmasını təmin etmək üçün 
həmin bankda yerləşdirilmiş depozitlərlə və ya bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər 
və ya ondan artıq olan girovla (daşınmaz əmlakla təmin olunmuş kreditlər üzrə girovun bazar dəyəri 
kreditin minimum 150%-i həcmində) və ya digər təminatla təmin edilmişdir (girov dedikdə ipotekalar da 
başa düşülür). 
Qismən təminatlı kredit - bazar dəyəri kreditin ödənilməmiş məbləğindən aşağı olan girovla və 
ya digər təminatla təmin edilmiş kreditdir. 



Təminatsız kredit - təminatı olmayan kreditdir və ya təmin edilən təqdirdə, bu təminatın bazar 
dəyəri yoxdur, etibarlı şəxs tərəfindən verilməmişdir, yaxud dəyərindən asılı olmayaraq qanunvericiliyə 
uyğun olaraq rəsmiləşdirilməmişdir.
 
Restrukturizasiya olunmuş kredit – bu elə kreditdir ki, adi şəraitdə bankın güzəştə getmədiyi, 
lakin borclunun maliyyə vəziyyətinin pisləşməsi səbəbindən o, qaytarılmasını təmin etmək məqsədilə 
müqavilədə nəzərdə tutulduğundan daha əlverişli şərtlərlə yenidən rəsmiləşdirilmişdir (məsələn, faiz 
dərəcəsi azaldılmış, yaxud hesablanmış faizlərin alınması hüququndan tam və ya qismən imtina edilmiş, 
yaxud borcalan tərəfindən ödəniş aparılmadan əsas və faiz borclarının məbləği azaldılmış və qaytarılma 
müddəti uzadılmış kreditlər). 

Yüklə 194,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin