Microsoft Word Proq Bank ucotu



Yüklə 194,21 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix14.05.2023
ölçüsü194,21 Kb.
#113522
1   2   3   4   5   6   7   8   9   ...   14
bank ucotu22

 
Yüksək risklə təsnifləşdirilmiş aktiv - qeyri-qənaətbəxş, təhlükəli və ya ümidsiz təsnifləşdirmə 
kateqoriyasına aid edilmiş aktivdir. 
 
Bazar dəyəri - "ədalətli satışın" bütün şərtlərinə əməl etməklə açıq bazarda əmlakı almaq üçün 
ehtimal olunan ən münasib qiymətdir.
 
Ə
dalətli satış dedikdə aşağıdakılar başa düşülür:
- tam məlumatlı satıcının və alıcının hərəkətləri müstəqildir; 
- onların hər ikisi kənardan təsir olmadan maraqları mövqeyindən çıxış edir. 
 
Hesablama metodu ilə hesablanmayan aktiv 
− faizlərinin hesablanması dayandırılmış aktivdir.
 
ğılma prosesində olan kredit - borcalan tərəfindən ödəniş şərtləri pozulmuş elə kreditdir ki,
onun məhkəmə iddiası irəli sürmədən borcalan tərəfindən, yaxud zəruri tədbirlər görməklə təminat
hesabına qaytarılması və ya əlavə təminat hesabına onun qaytarılması üçün məhkəmə qərarının
müvafiq vaxt ərzində verilməsi ehtimalı vardır. 
 
Faizin kapitallaşdırılması 
− müqaviləyə əsasən ödənilmə vaxtı çatmış faizlərin ödənilməmiş 
hissəsinin kreditin qalıq məbləğinə əlavə olunmasıdır. Kapitallaşdırılmış faizə müddəti uzadılmış, yaxud 
yeni kredit kimi rəsmiləşdirilmiş faizlər də aiddir. 
 
Qeyri-işlək kredit - faizinin hesablanması dayandırılmış, yaxud əsas məbləğinin və ya faizinin 
ödənişi müqavilədə nəzərdə tutulmuş müddətlərdən 90 gün və ya daha çox gecikdirilmiş, faizi 
kapitallaşdırılmış və ya yeni kredit kimi rəsmiləşdirilmiş, yaxud faizinin ödəniş müddəti uzadılmış 
kreditlər, habelə faizinin ödəniş müddəti 90 gün və ya daha çox gecikdirilmiş overdraftlardır.
 
Qeyri-işlək kreditin məbləği - ödənilməmiş faiz məbləği istisna olmaqla kreditin əsas məbləğinin 
ödənilməmiş qalığıdır. 




Yüklə 194,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin