Microsoft Word Proq Bank ucotu



Yüklə 194,21 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix14.05.2023
ölçüsü194,21 Kb.
#113522
1   2   3   4   5   6   7   8   9   ...   14
bank ucotu22

 
İş
lək kredit - qeyri-işlək kredit kateqoriyasına daxil edilməyən kreditdir. 
Zərərin ödənilməsi üçün ehtiyatlara ayırmalar - təsnifləşdirilən aktivlər üzrə mümkün 
(gözlənilən və ya gözlənilməyən) zərərin ödənilməsi üçün xərclərə aid edilən xüsusi ehtiyatların 
məbləğidir. 
Xüsusi ehtiyatlar- aktivlər üzrə zərərin ödənilməsi üçün “adi ehtiyatlar”a və “məqsədli 
ehtiyatiar”a bölünür. Xüsusi ehtiyatlar konkret bir və ya bir qrup aktivlə əlaqədar mümkün zərərin 
ödənilməsi üçün istifadə olunur. 
Aktivlər üzrə zərərin ödənilməsi üçün "adi ehtiyatlar" - bankın “standart aktivlər”i üzrə 
mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatdır. 
Aktivlər üzrə zərərin ödənilməsi üçün "məqsədli ehtiyatlar" - bankın “qeyri-standart 
aktivlər”i üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatdır.
Banklararası tələblər - müəyyən müddətə və ya tələb olunanadək bir bank tərəfindən digər 
bankda yerləşdirilmiş depozitlər və ya “nostro”müxbir hesab qalıqlarıdır.
Ödəməmələrə görə balansa götürülmüş daşınmaz əmlak - borcalanın borcunun tam və ya 
qismən ödənilməsi məqsədi ilə bank tərəfindən balansa götürülən daşınmaz əmlakdır. Təsnifləşdirmə 
məqsədi ilə bu anlayışa əldə edılməsı mənbəyindən asılı olmayaraq keçmişdə bankın və ya onun struktur 
bölmələrinin ofisləri kimi istifadə edilmiş, hazırda istifadə olunmayan və istifadəsi nəzərdə tutulmayan 
binalar və tikililər də daxildir. 
Ödəməmələrə görə balansa götürülmüş daşınar əmlak - nəqliyyat vasitələri, avadanlıqlar 
(daşınmaz əmlaka birbaşa bağlanmamış daşınar əmlak), qiymətli kağızlar, digər daşınar əmlak və 
maliyyə aktivləri daxil olmaqla, borcalanın borcunun tam və ya qismən ödənilməsi məqsədi ilə bank 
tərəfindən üzərində mülkiyyət hüququ əldə edilən daşınar əmlakdır. 

Yüklə 194,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin