Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1094/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1090   1091   1092   1093   1094   1095   1096   1097   ...   1149
               

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

619 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

 İŞ PROSESİ ZAMANI YARANA BİLƏCƏK PROBLEMLƏR VƏ ONLARIN                                 

HƏLLİ ÜÇÜN TƏKLİF OLUNAN ARXİTEKTURA 

 

Abzetdin ADAMOV, Aytən ZODOROVA 

Qafqaz Universiteti 

aytenzodorova@gmail.com 

AZƏRBAYCAN 

 

Bir qurumun və ya təşkilatın məqsədlərinə çatmaq üçün gördüyü işlər çoxluğuna iş prosesi (business process), biznes 



proses deyilir. Biznes proses adətən bir neçə mərhələdə, addımda tamamlanır. Həmin addımlar qeyd olunmuş müəyyən bir 

ardıcıllıqla yerinə yetirilməlidir. Məsələn, tutaqki satıcı alıcılara öz mallarını satmaq istəyir. Bunun üçün əvvəlcə o özü 

həmin malları  əldə etməlidir. Yəniki  müəyyən bir prosesi yerinə yetirərək məqsədə çatmaq istənilirsə, bu zaman 

əməliyyatlar arsında müəyyən bir ardıcıllıq gözlənilməlidir. Eyni zamanda müəyyən əməliyyatlar işin görülmə məntiqindən 

asılı olaraq lazım gələrsə paralel şəkildədə yerinə yetirilə bilər. 

Biznes Prosesin İdarə Edilməsi (Business Process Management-BPM) biznes prosesi layihələndirmək, idarə etmək və 

analiz etmək üçün lazım olan alətlərin, texnologiyaların və metodların birləşməsidir. BPM təşkilatın işini daha effektiv

daha səmərəli etmək üçün olan sistematik yanaşmadır. BPM informasiyanın vaxtında düzgün formada yerinə çatdırılmasını 

təmin edir. Bu o deməkdir ki, daxili sistem, insanlar və ya xarici partnyorlar işlərini tamalamaq üçün lazım olan 

informasiyanı müvafiq vaxtda əldə edə bilirlər. Yəni ki, BPM təşkilatda insanlar arasında, onun daxili sistemleri arasında  

qarşılıqlı  əlaqəni təmin edir. Əgər BPM-dən istifadə olunmasa müvafiq biznes prosesi tamamlamaq üçün olan 

əməliyyatların bəziləri unudula və ya vaxtında yerinə yetirilməyə bilər. Buna görə də təşkilat üçün BPM-in rolu böyükdür. 

Hər hansı bir təşkilatın strukturunu təsəvvür etsək, bildiyimiz kimi təşkilat-daxilində görüləcək işlərin məqsədlərinə 

uyğun olaraq müxtəlif  şöbələrə ayrılır. Texnologiyanın inkişafı ilə  əlaqədar olaraq təşkilatlarda avtomatlaşdırılmış 

sistemlərdən istifadə edildiyindən və bu sahədə görüləcək işlərə böyük ehtiyac olduğundan hazırda  şirkətlərin ayrıca  İT 

şöbələri var. Hər hansı bir təşkilatda  İT  şöbəsinin məqsədi texnologiya ilə bağlı olan bütün məsələlərlə  məşğul omaqdır. 

BPM təşkilat daxilində İT şöbəsi ilə digər şöbələr arasında bağlantı nöqtəsidir. Yəni ki, BPM  İT və digər şöbələr arasında 

körpü rolunu oynayır. Onlar arasında  əlaqəni asanlaşdırmaq üçün biznes prosesi modelləşdirirlər. Modelləşmə dedikdə 

təşkilat daxilində biznes prosesin analitik, qrafik təsviri başa düşülür.Bu məqsədlə daha çox BPMN-dən (business process 

modeling notation)  istifadə olunur. 

Təşkilat daxilində biznes prosesin idarə edilməsində olan əsas problem İT departamentinin işçiləri və digər 

departamentlərin işçiləri arasındakı əlaqənin çətinliyi, bir sözlə onlar arasındakı anlaşılmazlıqlardır. Çünki digər şöbələrin 

işçiləri İT-nin işini anlamaqda çətinlik çəkirlər. Bu da öz növbəsində təşkilat daxilində işlərin görülməsində problemlərə yol 

açır, bir sıra çətinliklər törədir. Müəyyən anlaşılmazlıqlar  əmələ  gəlir ki, bu da təşkilatın işinin tam, vaxtında və düzgün 

yerinə yetirilməsində maneələr törədir. İT şöbəsinin işi digər şöbələrin işləri ilə sıx əlaqədə olduğundan hamı üçün ümumi 

olan bir struktura ehtiyac duyulur.  

Bu problemi həll etmək üçün elə bir model təklif etmək lazımdır ki, bu hamı üçün anlaşıqlı olsun. Bizim məqsədimiz 

iyerarxik quruluşlu elə bir model təklif etməkdir ki, bundan hər kəs öz məqsədlərinə uyğun olaraq rahatlıqla istifadə edə 

bilsin. Bu məqsədlə BPMN-dən istifadə edərək biznes prosesi iyerarxik şəkildə təsvir edəcəyik. BPMN biznes prosesi təsvir 

etmək üçün olan diaqram şəkilli standartdır. Başqa sözlə biznes prosesin blok-sxem şəklində təsviridir. BPMN-i ona görə 

istifadə edirlər ki o İT şöbəsinin işçiləri və digər şöbələrin işçiləri arasında əlaqəni anlaşıqlı hala gətirir. Belə ki, o biznes 

prosesin blok sxem şəklində təsviri olduğundan istifadəçilər bunu öyrənmək və anlamaqda çətinlik çəkmirlər. Bu da təşkilat 

daxilində şöbələr arasında olan anlaşılmazlıqları aradan qaldırmağa kömək edir. 

Bizim təklif etdiyimiz yenilik isə ondan ibarətdir ki, biznes prosesi iyerarxik şəkildə təsvir edərək, iyerarxik strukturda 

sonda hər bir əməliyyatı – “input”, “controller”, “model”, “output” olaraq dörd hissəyə bölək və istifadəçilər üçün rahat 

istifadə olunacaq bir interfeys yaradaq. Belə ki, “input” hissəsində  məlumatların daxil edilməsi  əməliyyatı aparılsın, 

“controller” hissəsində müəyyən yoxlama əməliyyatları aparılsın(məlumatların düzgünlüyü və s.), “model” hissəsində işin 

yerinə yetirilməsi üçün lazım olan əməliyyatlar(hesablama və s.) aparılsın və sonda “output” hissəsində isə  nəticə  əldə 

edilsin (verilənlər bazasına yazılsın,ekrana cıxarılsın və s.). 

Nəticədə bir mənalı, asan başa düşülən, hər kəsin istifadə edə biləcəyi bir arxitektura (enterprise architecture) almış 

oluruq. 

 

 



 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1090   1091   1092   1093   1094   1095   1096   1097   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin