Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə35/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   31   32   33   34   35   36   37   38   ...   144

 

 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

151 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ABŞERONDA MEYVƏ AĞACLARINDA FİTOPLAZMA XƏSTƏLİKLƏRİNİN 

MOLEKULYAR İDENTİFİKASİYASI 

 

Gülsəba KAMİLOVA, G.Ş. BALAKIŞIYEVA 

Bakı Dövlət Universiteti 



gulseba.kamilova.91@mail.ru 

 

Fitoplazmalar hüceyrə divarı olmayan bakteriyalar olub bitkilərdə müxtəlif xəstəliklər törədirlər. Fitoplazma xəstəlik-

ləri iqtisadi cəhətdən  əhəmiyyətli olan meyvə  və  tərəvəz bitkilərinin məhsuldarlığını ciddi surətdə  zəiflədir və sonda bu 

bitkilərin məhv olmasına gətirib çıxarır.  

Təqdim edilən tezis fitoplazmaların aşkar olunması məqsədilə 2013-cü il sentyabr ayında Pirşağı qəsəbəsində aparılmış 

monitorinqlərin nəticələrini əks etdirir. Monitorinqlər zamanı Pirşağı qəsəbəsində yerləşən tərəvəzçilik İnstitutunun meyvə 

bağı, eləcə də bir neçə şəxsi bağ diqqətlə nəzərdən keçirilmiş, nəticədə saralma, soluxma, yarpaqların qızarması, xlorotik 

burulması kimi fitoplazma xəstəliklərinin əlamətləri müşahidə olunmuşdur. Xəstəlik əlamətlərinə malik bitkilərdən yarpaq 

nümunələri toplanmışdır. Xəstə bitkilərlə yanaşı neqativ kontrol kimi sağlam bitkilərdən də nümunələr götürülmüşdür. 

Toplanmış bitki yarpaqlarının mərkəzi damarlarından nüvə DNT-si CTAB ekstraksiya metoduna uyğun olaraq ayrılmışdır. 

Hər bir DNT ekstraktının 2 μl-i 50 μl reaksiya qarışığında fitoplazmalar üçün universal praymerlərlə (R16mF2 / R16mR1 

xarici praymerlər və R16F2n / R16R2 daxili praymerlər)  aparılan  16Sr Nested PZR metodu vasitəsilə yoxlanılmışdır. 

Nested PZR məhsulların (7 μL) analizi 1X TBE buferi ilə 1% aqaroza gelində aparılan elektroforez vasitəsilə  həyata 

keçirilmişdir. Fitoplazmaları identifikasiya etmək üçün RFLP analizdən istifadə olunmuşdur. Nested PZR məhsulların 4 μl-i 

RsaI fermenti ilə 20 μl reaksiya qarışığında 37 °C temperaturda gecə  ərzində inkubasiya olunmaqla restriksiyaya məruz 

qoyulmuşdur. RFLP-nin nəticələri 2%-li aqaroza gelində 65 V gərginlikdə elektroforetik analiz edilmişdir. Klassik CTAB 

metoduyla ayrılmış DNT ekstraktlarının R16mF2 - R16mR1 və R16F2n - R16R2 universal praymerlərilə 16Sr Nested PZR-

in aqaroza gelində elektroforetik analizi nəticəsində  alça və armud ağaclarında fitoplazma aşkar olunmuşdur. 

Aşkarlan olunmuş fitoplazmalar əldə edilmiş 16Sr Nested PZR məhsulların RFLP analizi vasitəsi ilə növ səviyyəsində 

identifikasiya edilmişdir. Rsa I endonukleazası ilə aparılmış restiksiyanın nəticələrinin 2 %-li aqaroza gelində analizi 

göstərmişdir ki, alça-4 nümunəsindən ayrılmış DNT ekstraktından  əldə edilmiş 16Sr Nested PZR məhsulu kontrol 

fitoplazmalardan ‘Ca. P. prunorum’ növünün ESFY izolyatı ilə eyni RFLP profilinə malik olmuşdur. Xəstə armud ağaclarından 

(armud-10 və armud-11) ayrılmış DNT ekstraktlarından amplifikasiya olunmuş 16Sr Nested PZR amplikonlarının RFLP 

profilləri isə ‘Ca. P. pyri’ fitoplazma növünün PD izolyatının RFLP profili ilə identiklik təşkil etmişlər. Bu da alça ağacının 

‘Ca. P. prunorum’, armud ağaclarının isə ‘Ca. P. pyri’ fitoplazma növü ilə yoluxduğunu göstərir. 

 

 



 

ÜZGÜÇÜLÜKLƏ MƏŞĞUL OLAN İNSANLARIN ORQANİZMİNDƏ HİPOKSİYANİN 

YARATDIĞI MORFO–FUNKSİONAL DƏYİŞİKLİKLƏR 

 

Günel SADİQOVA 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 



sadiqova.g90@mail.ru 

 

Hipoksiya probleminin elmi aspektləri yüz ildən artıqdır ki, öyrənilir. Belə ki, uzunmüddətli hipoksiyanın insan və 

heyvan orqanizminə təsirinin tədqiqi fiziologiya elmi və tibbin  ən mühüm problemlərindən biri olaraq qalır. Bu problemin 

xüsusi aktuallığı onunla əlaqədardır ki, hipoksiya halı bir çox xəstəliklər zamanı müşahidə edilir. (Войткевич,1973). Digər 

tərəfdən də müxtəlif xəstəliklər zamanı oksidləşmə proseslərinin pozulması oksigen çatışmamazlığı problemini daha aktual 

edir (Журавин  И.А.,  Туманова  Н.Л.,  Потанов  Б.О., 2000; Александров  М.В.,  Иванов  А.О.,  Косенков  Н.И.,  Луцык 

М.А., 2001).Bu baxımdan, orqanizmin müxtəlif dərəcəli hipoksiyaya məruz qalması biologiya və  təbabətin aktual 

problemlərindəndir. Çünki hipoksiya bütün hallarda orqanizmin toxumalarına daşınan oksiqenin səviyyəsinin aşağı 

düşməsinə gətirib çıxarır. Nəticə etibarı ilə orqanizm  daxil olan oksigenin səviyyəsini funksional sistemlərin və ayrı-ayrı 

hüceyrələrin struktur və metabolik  xüsusiyyətlərinin normal vəziyyətdə saxlanması üçün kifayət etmir. Digər tərəfdən 

müxtəlif xəstəliklər zamanı oksidləşmə proseslərinin pozulması oksigen çatışmamazlığı problemini daha aktual edir. 

Bəllidir ki, orqanizimdə baş verən bütün oksidləşmə-reduksiya prosesləri əsasən oksigenin iştirakı ilə baş verir.  

Orqanizimdə oksigen aclığının yaranması bu proseslərin pozulmasına səbəb olur ki, o da öz növbəsində funksional 

sistemlərdə    bir  sıra potoloji proseslərin yaranmasına səbəb olur. Ümumiyyətlə, laboratoriyada əsasən hipoksiyanın 

orqanizmin fizioloji və biometrik göstəricilərinə - çəki, boy, ürək- qan damar sisteminin  vəziyyəti və digər fizioloji 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

152 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

funksiyalara bilavasitə  təsiri öyrənilmişdir. Məlumdur ki, insan və heyvan orqanizmi müəyyən hallarda və  şəraitlərdə 

oksigen çatışmazlığına məruz qalır və   bu kimi situasiyalarda onun homestatik vəziyyəti, həyat fəaliyyəti, davranışı, həyat 

uğrunda mübarizə potensiyaları  kəskin  şəkildə pozulur.  Qeyd olunduğu kimi, orqanizmin postembrional inkişaf dövrü, 

xüsusi ilə də inkişafın böhran mərhələləri oksigenə çox yüksək həssaslıq və tələbat nümayiş etdirirlər. Bəzi tədqiqatçıların 

göstərdiyinə görə azyaşlı insanların orqanizmi böyük yaşlı orqanizmə nəzərən bədən kütləsinin hər vahidi üzrə 1-2 dəfə çox 

oksigen, deməli metabolik və funksional enerji tələb edir.Yüksək idman nailiyyətinin  əldə olunması  məşq metodlarının 

təkmilləşməsini tələb edir. Ona görə  də, idman fiziologiyası  və idman biokimyasının ayrı-ayrı sahələrində  əldə olunmuş 

elmi dəlillərin idman məşqinə  tətbiqi öz gözəl töhfəsini verməkdədir. Fiziki yüklərin icrasının xarakterindən asılı olaraq 

orqanizimdə bir sıra fizioloji və biokimyəvi dəyişikliklər  baş verir. Bir çox tədqiqatçılar məşq zamanı oksigenin maksimal 

sərfinin ürək yığılmalarının sayını,  bədən temperaturunu  və  tər ifrazı intensivliyini ölçməklə orqanizmin funksional 

vəziyyəti haqqında qiymətli fikirlər irəli sürmüşlər. Yükün icrası zamanı əzələlərin və onların hüceyrələrinin üzərinə böyük 

yük düşür, daha doğrusu  tam orqanizimdə köklü dəyişikliklər baş verir. Ona görə də funksional yoxlamalardan, müxtəlif 

sınaqlardan istifadə edərək yükün icrasından  əvvəl və sonra bu göstəricilərin təyini böyük praktik əhəmiyyət daşıyır. 

Tədqiqatlarımızda bir sıra instrumental - pülsotaxometriyadan, spriometriyadan, sfiqmometriyadan, antropometrik 

üsullardan, eləcə də  funksional tədqiqat üsullarından istifadə etmişik.  

Aldığımız nəticələrə əsasən onu deyə bilərik ki, hipoksiyaya məruz qalmış üzgüçülərin ürək vurğularının sayı nəzərə 

çarpacaq dərəcədə artmışdır. Nəticədə ürəyin həcmi böyüyür. Bunun üçün  məşqçilər hər bir idmançıının fiziki hazırlığını 

nəzərə alıb, onlara  fərdi yanaşmalıdır. Üzgüçülük məşqləri ürək – damar sisteminin möhkəmlənməsinə müsbət təsir 

göstərir. Üzgüçülükdə tənəffüs üzvləri də yaxşı inkişaf edir. Məşq keçmiş üzgüçülərin ağ ciyərlərinin hava tutumu yüksək 

(5000m

3

-dən artıq), döş  qəfəsinin ekskursiyası böyük, nəfəsalma qüvvəsi geniş,  əzələ tonusu isə yüksək olur. Üzgüçülər 



oksigen çatışmamazlığına daha dözümlü olur və bu üzmə zamanı idmançının hidrodinamik keyfiyyətlərindən, formasından, 

bədən səthindən, üzmə qabiliyyətindən və müvazinətdən asılı olur. Üzgücülük orqanizmin hidrodinamik keyfiyyətlərinə 

(boy, çəki, bədənin kütləsi) pozitiv təsir göstərərək orqanizmin fiziki inkişafına və sağlamlığının möhkəmlənməsinə 

yünəlmiş idman sayılır. Üzgüçülərin uğuru isə ürək damar sisteminin və tənəffüsün funksional hazırlığı ilə müəyyən olunan 

fiziki iş qabiliyyətinin səviyyəsi ilə sıx sürətdə əlaqədə olur. 

 

 



 

GÖRMƏ ANALİZATORUNUN STRUKTURLARININ ELEKTROFİZİOLOJİ 

GÖSTƏRİCİLƏRİNNİN HİPOTALAMİK TƏNZİMLƏNMƏSİNƏ 

 MONOAMİNERQİK SİSTEMİN TƏSİRİ 

 

Xuraman MİRYUSUFOVA,  A. N. NURULLAYEVA  

AMEA, Fiziologiya İnstitutu 



xuraman.miryusufova@mail.ru 

 

İnsan orqanizmi ətrafda olan informasiyanın 90%-ni görmə analizatoru vasitəsi ilə qəbul edir. Bu orqanda baş verən hər 

bir patoloji bəyişiklik insanın həm bioloji, həm də sosial varlıq kimi cəmiyyətdə  fəaliyyətinə ciddi təsir göstərir. Görmə 

analizatoru cox mürəkkəb bir funksiyanı yerinə yetirir və bu prosesin həyata keçirilməsində analizatorun bir sıra spesifik və 

qeyri-spesifik strukturları  iştirak edirlər. O cümlədən periferiyadan mərkəzə görmə siqnalının ötürülməsinin bir yolla baş 

vermədiyi bir daha bu prosesin nə  qədər mürəkkəb olduğundan xəbər verir. Ədəbiyyat mənbələrində serotoninin torlu 

qişaya, görmə qabığı, hipotalamusun supraxiazmatik nüvələrinin neyronlarının aktivliyinə  təsirinə dair məlumatlar 

mövcuddur (Lui X, Chen C, 2004; Həsənov H. H, Məmmədov Z. H, Səmədova N.F., 1988). Laboratoriyamızda aparılan 

təsqiqatlar nəticəsində müəyyən edilmişdir ki, hipotalamusun elektrik stimulyasiyası görmə analizatorunun strukturlarının 

elektrofizioloji göstəricilərinə  təsir göstərir.  Əldə edilmiş  məlumatlara  əsasən bu effektlərin neyrotransmitter əsaslarının 

tədqiqi üçün hipotalamik tənzimlənmənin monoaminerqik (MA-erqik) təsirinin öyrənilməsi xüsusi maraq kəsb edir. 

Tədqiqatlar "şinşila" cinsindən olan yetkin dovşanlar üzərində xroniki eksperiment şəraitində aparılmışdır. Görmə 

analizatorunun strukturlarında potensiallar heyvanın gözündən 25-30 sm məsafədə yerləşdirilmiş fotostimulyator 

lampasından verilən işıq stimullarıilə yaradılmışdır. (1,4 C, 150 mks) Hipotalamusun supraxiazmatik nüvəsinin (SCN) və 

monoaminoerqik sistemin nüvələrinin aktivləşdirilməsi üçün elektrik stimulyasiyası üsulundan istifadə edilmişdir. Bunun 

ücün orta beynin şırım nüvəsi (nR), mavi ləkənin (LC) hipotalamusun elektrik stimulyasiya parametrləri hər bir heyvan 

üçün fərdi olaraq seçilmişdir. (3,0-5,0 V; 150-200 Hs; 5 dəq). Tədqiqatlar zamanı SCN, nR, LC-un hər birinin ayrılıqda 

görmə analızatorunun strukturlarının elektrofizioloji göstəricilərinə təsiri öyrənilib. Həmçinin nR-nın, LC-un stimulyasiyası 

fonunda hipotalamusun təsiri araşdırılmışdır. Eksperimentlər zamanı görmə analizarorunun tədqiq edilən strukturlarından 

(torlu qişa, dördtəpəli cismin yuxarı qabarları (DCYQ), görmə qabığından (GQ)) yaradılmış potensiallar (YP) ensefoloqra-



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

153 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

fın köməyi ilə kompyuterdə ekranından qeyd edilmiş  və bu cavabların elektrofizioloji parametrlərində baş verən 

dəyişikliklərə  əsasən hipotalamusun təsirinin MA-erqik mexanizmlərini araşdırılmışdır. Torlu qişadan yaradılmış 

potensiallar xüsusi bəbəkgenəldici ilə doldurulmuş kontakt linzanın köməyi ilə qeyd olunmuşdur.  Əldə edilmış  nəticələr 

"Brainsys"proqram paketinin köməyi ilə kompyuterdə qeyd edilmiş və analizi aparılmışdır. 

 Aparılmış  tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, SCN-nin elektrik stimulyasiyası torlu qişada və GQ-da 

yaradılmış potensialların amplitud parametrlərinə pozitiv təsir göstərsə də, DCYQ-da cavabların amplitud parametrlərində 

bunun  əksi baş vermişdir. Bu təsir summar amplitud parametrlərində bir o qədər gözə çarpmasa da YP-ın ayrı-ayrı 

elementlərində ("a"-dalğa, "b"-dalğa, və ya pozitiv, neqtiv dalğa) daha aydın görünür. Belə ki, SCN-nin stimulyasiyası 

zamanı elektroretinoqrammanın (ERQ) “a”-dalğasının amplitudu azalır, “b”-dalğasının amplitudası isə artır.  Ədəbiyyat 

mənbələrinə  əsasən belə hesab edilir ki, “b” dalğalar oyanma “a” dalğalar isə tormozlanma prosesləri ilə  əlaqədardır. 

(Granit R., P.O. Therman 1934,1935). 

DCYQ-da isə neqativ dalğanın amplitudu azalır, pozitiv dalğanın amplitudu isə artır. GQ-da həm pozitiv, həm də 

neqativ dalğaların amplitudları artır.  Daha sonra nR-nın elektrik stimulyasiyası zamanı ERQ və GQ-da YP-in bütün 

elementlərində artma müşahidə olunur. DCYQ-da elə bir ciddi dəyişiklik baş vermir. LC-un stimulyasiyası isə tədqiq edilən 

strukturların YP-nın bütün elementlərinin amplitud parametrləri azalması ilə müşahidə olunur. Bundan fərqli olaraq nR-nın 

stimulyasiyası fonunda hipotalamusun stimulyasiyasının təsir effekti SCN və nR-nın ayrılıqda göstərdikləri təsir effektlərinə 

bənzəsə də, bu təsirdən daha effektli olur. LC-un aktivləşməsi fonunda SCN-nin stimulyasiyası zamanı görmə torlu qişa, 

DCYQ, GQ-nın YP-nın amplıtud parametrlərində demək olar ki, heç bir dəyişiklik baş vermir. 

Tədqiqatlar nəticəsində əldə etdiyimiz faktlara əsasən deyə bilərik ki, SCN-nın görmə funksiyasının tənzimlənməsində 

müəyyən rolu var. Hipotalamusun görmə analizatorunun strukturlarının YP-nın elektrofizioloji göstəricilərinə belə  təsir 

effektləri isə çox ehtimal ki, MA-erqik sistemin torlu qişa səviyyəsində oyanma və tormozlanma mexanizmlərinin 

modulyasiyası ilə bağlıdır 

 

 



 

NATURAL PLANT COMPOUNDS AS PROTECTIVE SUBSTANCES  

AT DIFFERENT STRESSES 

 

Jeyhuna JAFAROVA, Sona BAYRAMOVA, Rena GANIYEVA  

Institute of Botany, National Academy of Sciences 



j.jafarova@yahoo.com 

 

The different stresses are known to lead to changes of natural processes occurring in living organisms, in particular may 

induce irreversible changes. The experience has shown, that using of natural compounds is most rational way for sustaining 

of physiological state of cells under stress without secondary effects. 

In the present study the results obtained during investigation the natural compounds and compositions on their 

antiradical and antioxidants activities were presented.  

The PS II is known to be very sensitive to action of stress factors (J. Barber, 2003; Vass and Aro 2007; J.R. Jafarova et 

all., 2013). For control of activity in chloroplasts of cucumber and pumpkin the method of recombinational fluorescence of 

chlorophyll a (Chl a) in millisecond time range (msec RF) has been used as a biological assay for stress factor action 

determination. It is well known that different phases of  msec RF reflects events both donor and acceptor side of reaction 

center (RC) of PS II and its surrounding. 

It is known that stress factors such as heavy metals, strong light in UV-range and herbicides sharply change the 

behavior of PS II. It was established that under action of Cd

2+

 and Co



2+

 the ratio components of RF of Chl a dependent on 

decreasing of fast component, connected with charge separation with formation of primary radical pair P680

*

 Phe, as a 



result of blocking primary electron acceptors reduction. Strong light and action of herbicide (methylviologen-MV) also 

induced proper changes of msec RF of Chl a components. Under the action of MV a slow phase have been disappeared. 

The effectiveness of investigated preparations “Hypporamine PL” from leaves of seabuckthorn (Hippophae rhamnoides 

L.) was connected mainly with polyphenols. The effect of “Hypporamine PL” at alkaline medium action of Cd

2+

 and Co


2+

 is 


occurring at site of recombination Mn

4

O



5

Ca-cluster with P680 Q

A

. It should be take into account, that protective effect of 



“Hypporamine PL” occurs at site near to water-oxidation complex of chloroplasts, where the oxidative damage is connected 

with formation of active oxygen forms. 

The effect of BAC (biologically active composition), containing active compound of Plumbagin (2-methyl, 5-oxi, 1,4 

naphtoquinone obtained from roots of Ceratostigma plumbaginoides), seeds of caraway (Carum carvi) and coriander 

(Coriandrum sativum L ) was determined by comparison with standard antioxidant Na-ascorbate under action of stress 

factors such as MV and strong light at visible range. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

154 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Na-Asc that is known to neutralized effectively formed superoxide anion radical and to maintain oxido-reduction balance 

between photosystems and but BAC in contrast to it is not able fully neutralize superoxide radical (life time ~ 2 msec). 

Taking into account that used compounds must proved antioxidant characteristics, the concluision was made that all 

used stress factors – heavy metals, herbicides and strong light – lead to state when damaging factor are reactive oxygen 

forms. Investigated compounds and compositions are active at different degree as in quenching of free radical states and in 

suppressing of oxidative processes. The more active in protecting effect from ROS (reactive oxygen forms) is 

“Hypporamine PL”. Biologically active composition (BAC) has demonstrated some free radical quenching ability. 

 

 

 



QARĞIDALI  BİTKİSİNİN  PLASTİD  GENOMUNDAN   

NÜVƏYƏ  TRANSFERLƏR 

 

Kamran YUSİFLİ, İlham ŞAHMURADOV 

Bakı Dövlət Universiteti, AMEA Botanika İnstitutu 



yusiflik@gmail.com, ilham@pgenomics.org 

 

Bitki genetik sistemləri nüvə genomundan və yarımavtonom mitoxondri və plastid genomlarından ibarətdir. Hazırda 

belə hesab olunur ki, simbioz yolu ilə plastidlər sianobakteriyalardan, mitoxondrilər isə protobakteriyalardan yaranmışlar və 

təkamülün gedişində bu orqanellaların əcdadlarında qədim endosimbiontların genlərinin əksəriyyəti nüvəyə köçürülmüşdür; 

mitoxondri və plastidlərin biogenezi və funksiyaları üçün tələb olunan zülalların əksəriyyəri sitoplazmadan "idxal" olunur. 

Nəticədə plastid və mitoxondrilərin genomları  dəfələrlə kiçilsə  də, bu proses sona qədər getməmişdir - müəyyən genlər 

indiyədək öyrənilmiş bütün orqanellərdə saxlanılmışdır. Aparılmış  tədqiqatlar göstərmişdir ki, belə itirlmə/transfer 

hadisələri fotosintetik eukariotların ümumi əcdadında baş vermiş, sonralar isə bitkilərinin xloroplast genləri dəstində yalnız 

cüzi dəyişikliklər olmuşdur. Məsələn, güman olunur ki, Arabidopsisdə nüvə genlərinin 

18%-i (4500 gen) plastid mənşəli-

dir. Müxtəlif növlərin xloroplast genomlarında  ən çoxu 210 zülal kodlaşdıran gen tapılmışdır. Örtülütoxumluların analiz 

olunmuş plastid genomlarının hamısında eyni 74 zülal kodlaşdıran gen və  bəzi növlərdə olmayan cəmi bir neçə gen vardır. 

Funksiyaları üçün tələb olunan zülallardan 10%-indən azını kodlaşdıran  mitoxondrilərdə də oxşar vəziyyət müşahidə olunur. 

Bu günə kimi analiz olunmuş bütün ali bitkilərin nüvə genomunda (tütün, kəsəkotu, düyü, soya, şərab üzümü və b.) hər 

iki organella DNT-sinin müxtəlif uzunluqda çoxlu sayda qəlpələri tapılmışdır. Bu təqdiqat işi qarğıdalı (Zea mays) 

bitkisinin nüvə genomunda plastid DNT-sinin izərinin axtarışına həsr olunmuşdur.  

Aşkar olunmuşdur ki, haploid nüvə genomunun uzunluğu təxminən 2,5×10

9

 nc olan  qarğıdalının nüvə xromosomunun 



hər birində uzunluğu 140384 nc olan xloroplast DNT-sinin (xlDNT) çoxsaylı  qəlpələri mövcuddur və  həmin qəlpələr, 

demək olar ki, bütöv plastid genomunu (onun 99,5%-ni) təmsil edir. Lakin xlDNT-nin bu fraqmentləri xromosomlar üzrə 

qeyri-bərabər paylanmışdır: xlDNT qəlpələri ilə daha zəngin olan nüvə xromosomları 1-ci (369 fraqment; xlDNT-nin 

~83%-i), 2-ci (222 fraqment; ~71%) və 5-ci (232 fraqment; ~79%) xromosomlardır. XlDNT-sinin ən az təmsil olunduğu 

nüvə xromosu isə 8-ci xromosomdur (131 fraqment; ~32%). Həmin çoxsaylı insersiyalardan 12-si plastid genomunun 

uzunluğu 10000 nc-dən çox olan nahiyyələrini əhatə edir: 1-ci və 5-ci xromosomların hər birində 3 (müvafiq surətdə, 31297 

nc, 12593 nc və 10593 nc, 31729 nc, 15185 nc və 13809 nc), 2-ci və 7-ci xromosomların hər birində 2 (müvafiq surətdə, 

34513 nc və 12453 nc, 11733 nc və 10009 nc), 3-cü və 10-cu xromosomların hər birində 1 (14577 nc və25385 nc) belə uzun 

insersiya aşkar edilmişdir. xlDNT-nin 34513 nc-dən ibarət olan və plastid genomunun təxminən 1/4-ni əhatə edən ən böyük 

insersiyası isə 2-ci xromosomda tapılmışdır.   

Bu araştırmalar nəticəsində aşkar olunan digər maraqlı fakt odur ki, xlDNT-sinin ümumi uzunluğu ~90000 nc olan 26 

fraqmenti eyni zamanda mitoxondri DNT-si (mtDNT) ilə  də oxşardır. Hər iki orqanellərin DNT ardıcıllıqlarının “şərikli 

nüvə limanı” kimi görünən həmin rayonlar 1-ci, 2-ci, 5-ci və 10-cu nüvə xromosumlarında daha çoxdur. Bizim araşdırmalar 

və  ədəbiyyat məlumatları  əsasında güman edirik ki, təkamülün gedişində xlDNT-si təkcə nüvə genomuna deyil, həm də 

mitoxondri genomuna transfer etmişdir - yəni mitoxondri genomunda da olan həmin 26 fraqment plastid mənşəlidir.   

Bundan başqa, 8 nüvə xromosomunda (4-cü və 9-cu xromosomlar istisna olmaqla) 48 xloroplast geninin intakt 

nüsxələri tapılmışdır və onlardan bəzilərinin (ndhK, ndhJ, ndhC, atpB, atpE, rps2, rps18, rps15, rps19, petA, petN, petL, 

rpl20, rpl23, psaI, psbZ, psbM, psbF və s) nüvədə,  ən azı, transkripsiya olunmasının kDNT təsdiqi vardır. Apardığımız 

əlavə araşdırmalar göstərir ki, transkripsiya olunmasının kDNT təsdiqi olan xloroplast mənşəli rps2 və ndhK nüvə 

genlərinin kodlaşdıra biləcəyi polipeptidlər NH2-sonluğundakı tranzit peptidinə görə, çox güman ki, müvafiq sürətdə 

mitoxondri və xloroplast təyinatlıdırlar.  

Əldə olunan nəticələr və ədəbiyyat məlumatları belə güman etməyə əsas verir ki, xloroplast genlərinin nüvəyə transferi 

hazırda da davam edən prosesdir. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

155 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

BÖYÜK QAFQAZIN CƏNUB ƏTƏKLƏRİNDƏ  

Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin