Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev



Yüklə 77.74 Kb.
Pdf просмотр
tarix04.01.2017
ölçüsü77.74 Kb.

 

 



Fənn: Klinik psixologiya            

Müəllim:  Dos.N.Z.Çələbiyev 

Mövzu 8.

 Somatik xəstəliklərlə əlaqədar tibbi-psixoloji problemlər 

 

Plan: 

1.

 



Daxili orqanların xəstəlikləri ilə yarannan psixi pozuntular.  

2. Maddələr mübadiləsinin pozulması və avitaminozla əlaqədar yaranan psixi 

pozuntular.  

3. Daxili sekresiya vəzilərin xəstəlikləri ilə əlaqədar  yaranan psixi pozuntular. 

4. Hamiləlik və doğuşla yaranan psixi pozuntular

.

 



 

Ədəbiyyat. 

1.

 



 Bayramov  Ə.S.  Şəxsiyyətin  təşəkkülünün  aktual  psixoloji  problemləri, 

Bakı, 1981. 

2.

 

Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.,Seyidov  İ.Ə.  Məhkəmə  psixologiyası 



məsələləri, ADU, 1985. 

3.

 



İsmayılov  N.V.,İsmayılov  F.N.  Tibbi  psixologiya  və  psixoterapiya. 

“Maarif” nəşriyyatı, Bakı, 2002. 

4.

 

İsmayılov  N.V.,İsmayılov  F.N.  Tibbi  psixologiya  və  psixoterapiya 



(dərslik) 2-ci nəşr, Bakı, 2008. 

5.

 



İsmayılov N.V. Psixiatriya, Bakı, 1998. 

6.

 



Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997. 

7.

 



Метделевич  В.Д.  Клиническая  и  медицинская  психология. 

Практическое руководство.M., 1998. 

 

 

         Məlum  olduğu  kimi,  tibbi  (kliniki)  psixologiya  digər  tibbi  psixoloji 



problemlərlə  yanaşı,  həm  də  müxtəlif  xəstəliklər  zamanı  meydana  çıxan 

psixosomatik prosesləri, onların dinamikasını və bu amillərlə mübarizə yollarını 



 

öyrənir.  Xəstənin  davranışı,  ətraf  mühitə  münasibəti,  yarana  biləcək  müxtəlif 



psixoloji pozuntular xəstəliyin gedişinə, müalicə prosesinə ciddi təsir göstərir. 

      Hər  hansı  bir  ixtisasa  sahib  olan  həkim  öz  təcrübəsində  nevrozlarla, 

somataform  xəstəliklərlə  qarşılaşmalı  olur.  Ona  görə  də,  hər  bir  həkim  bu 

xəstəlikləri  yaradan  psixoloji  mexanizmləri  bilməli  və  psixoloji  korreksiya 

metodları haqda anlayışı olmalıdır. 

    Təsadüfi deyil ki, tibbi psixologiya tibb fakültəsinin ilk kurslarından öyrənilir. 

Tibbi  psixologiya  anlayışı  olmadan  həkim  olmaq  mümkün  deyil.  Psixoloji 

qanunauyğunluqların  öyrənilməsi  eyni  zamanda  həkimlərin  dünyagörüşünü  də 

formalaşdırır.  Bildiyimiz  kimi,  xəstəlik  insana  əzab  verir,  hətta  bəzən  onu 

həyatdan  getməyə  də  məcbur  edir.  Tibbi  psixologiya  psixoloji  yardımı  və 

klinikada psixoloji araşdırmaların metodunu və prinsipini təkmilləşdirir. 

    Tibbi psixologiyanın təcrübi problemi dəqiq psixopatoloji diaqnoz qoyulması, 

effektiv  müalicədə,  remissiyanın  keyfiyyətinin  yüksəlməsində,  dərman 

preparatlarının  təsirinin  daha  səmərəli  olmasında  öz  xidmətini  göstərməkdən 

ibarətdir.  Bundan  başqa  o,  məhkəmə,  əmək  ekspertizası,  sosial  yardım 

məsələlərinin  həllinə  də  kömək  edir.  Tibbi  psixoloqların  təcrübi  işlərinin  əsas 

istiqamətlərindən  biri  də  pozulmuş  psixo-emosional  halın  tezliklə  bərpasına 

çalışmaqdır. 

     Məlumdur  ki,  psixosomatik  xəstəliklər  kimi  bir  sıra  somatik  xəstəliklər  də 

psixi travmadan sonra yaranır. Belə xəstəliklərə hipertoniya xəstəliyi. Mədə və 

onikibarmaq  bağırsağın  xorası,  müxtəlif  kolitlər,  hipertireoz,  psoriaz, 

neyrodermitlər və s. aiddir. 

    Qorxu,  həyəcan,  depressiya,  stress  mədə-bağırsaq  traktının  hiperfunksiyasını 

və  ya  hipofunksiyasını  yaratmağa  qadirdir.Mədə-bağırsaq  sisteminin 

funksiyasının artması hiperemiya, seliyin artması və digər əlamətlərlə müşayiət 

olunur.  Təkrar  psixotravma  baş  verərsə,  selikli  qişanın  eroziyası,  nöqtəvari 

qanaxma  meydana  çıxa  və  mədə  yarası  formalaşa  bilər.  Psixoloji  gərginliyə 

yoğun  bağırsaq  xüsusilə  həssasdır.  Mübahisə  və  psixi  gərginləşmə  anında 

bağırsağın  hərəkəti  güclənir.  Depressiya  anında  isə  əksinə,  bağırsaqda 

hipotoniya  əmələ  gəlir,  mayenin  sorulması  güclənir,  bədəndə  su 

çatışmazlığından qəbizlik əmələ gəlir. Həyəcan, gərginlik, qəfil faciəli xəbərlər, 

qəzalar  nəbzi  dəyişdirir,  arterial  təzyiq  artır,  tənəffüs  tezləşir,  qan  dövranı 

sürətlənir  və  vegetativ  funksiyalar  pozulduğundan  vegeto-damar  distoniya 

xəstəliyi yaranır. 



 

     Dərin  həyəcan  hissinə  qapılma  meyli  güclü  olduqda  miokard  infarktına 



meyllik  güclənir.  Bu  xəstəlik  zamanı  mənfi  emosiyaların  rolu  artıq  sübut 

olunmuşdur.  İnfarkt  zamanı  ön  planda  ağrı,  ölüm  qorxusu,  həyəcan,  darıxmaq 

durur. Praktikada emosional insanların öz yaxınlarına əzab vermələri ilə də tezz-

tez qarşılaşmaq olur, belə hallarda onlar özləri də iztirab keçirirlər. 

       Şən,  ünsiyyətə  tez  girməyi  bacaran  insanlar,  həyati  məsələlərə  yumorla 

yanaşır, az əzab çəkir, çox yaşayırlar. 

ö

z həkiminə inamı olan adamın xəstəliyi 



tez sağalır. 

     Psixosomatik  xəstəliklər  qrupuna  aid  edilməyən,  lakin  psixi  pozuntularla 

müşayiət  edilən  digər  xəstəliklər  də  mövcuddur.  Belə  xəstəliklər  zamanı  psixi 

pozuntular heç də həmişə sadə olmur. Bir sıra hallarda, çox ciddi pozuntulara da 

rast  gəlmək  mümkündür.  Məsələn,  tetanus  və  quduzluq  zamanı  psixi 

pozuntunun dərinliyi o dərəcədə ciddi olur ki, hətta baş beyin maddəsində kobud 

dəyişikliklər yaranır. 

      İntoksikasion (orqanizmin  zəhərlənməsi), infeksion xəstəliklər  zamanı  psixi 

dəyişikliklər  nəticəsində  bu  amillərin  beyinə  birbaşa  təsiri  müşahidə  olunur. 

Xəstəlik zamanı həyəcan, qorxu, narahatçılıq xəstənin davranışında iz qoyur. 

       Psixi  dəyişkənliyin  müxtəlifliyinə  baxmayaraq,  somatik  xəstəliklərdə 

ümumi  patoloji  qanunauyğunluqlar  da  vardır.  Somatik  xəstəliklər  sağlam 

insanlarla yanaşı inkişaf anomaliyası, psixi xəstəliyi olanlarda da yaranır. Bütün 

bunlardan  asılı  olaraq,  xəstəliyin  kliniki  mənzərəsi,  o  cümlədən  psixi  və 

nevroloji əlamətləri formalaşır. 

     Hər bir şəxs xəstəliyə özünəməxsus formada reaksiya verir. Reaksiyanın tipi 

premorbiddən,  xüsusilə  də  şəxsiyyətin  formalaşmasından  və  mədəni-etnik 

faktorlardan asılıdır. Fərdin çoxcəhətliliyi kimi xəstəliyə reaksiyası da müxtəlif 

olur.  Buna  görə  də,  somatik  xəstənin  psixologiyasını  öyrənmək  üçün  onun 

psixofiziki  durumunu  öyrənmək  lazımdır.  Xəstəliyin  subyektiv  və  obyektiv 

simptomlarından ayrı-ayrılıqda danışmaq olmaz. 

    Xəstəliyin daxili və xarici mənzərəsini düzgün qiymətləndirmək vacib şərtdir. 

Xarici  mənzərəyə  zahiri  görünüş,  fizioloji,  biokimyəvi,  instrumental, 

rentgenoloji, tomoqrafik və digər müayinələrin göstəriciləri aiddir. 

    Xəstəliyin  “daxili  mənzərəsi”  anlayışı  alman  terapevti  A.Qoldşeyder 

tərəfindən  irəli  sürülmüşdür.  O,  bunu  “xəstəliyin  autoplastik  mənzərəsi” 

adlandırmışdır.  A.Qoldşeyder  xəstəliyin  autoplastik  mənzərəsinin  iki 

mərhələsini  öyrənməyə  çalışmışdır:  sensor  (hissiyyatla  bağlı)  və  intellektual

yəni hissiyyatın intelektual səviyyədə anlanması. 


 

        “Xəstəliyin  daxili  mənzərəsi”nin  öyrənilməsinə  maraq  XX  əsrdən 



başlanmışdır.  Buna  psixologiyanın  təbabətdə  tətbiq  olunması  səbəb  olmuşdur. 

Nəzəri, fundamental psixologiya heç də həmişə təcrübədən, xüsusilə də kliniki 

təbabətdən xəbərdar deyildi. Psixologiyanın klinikada tətbiqi təqribən XX əsrin 

ortalarına  təsadüf  edir.  “Xəstəliyin  daxili  mənzərəsi”  anlayışının  təcrübədə 

tətbiq olunmasında rus alimi R.A.Luriyenin böyük təsiri olmuşdur. Orta əsrlərdə 

isteriyanı xəstəlik kimi yox, şeytan əməli kimi qəbul edir, belə xəstələri isə təqib 

edir  və  hətta  tonqalda  yandırırdılar.  Şərqdə,  roma  imperiyasında  epilyepsiyanı 

müqəddəs xəstəlik hesab  edir, onun  Tanrı  vergisi olduğu təlqin  edilirdi.  Sifilis 

və  başqa  zöhrəvi  xəstəliklər  rüsvayçılıq  hesab  edilir,  buna  görə  də,  onlarla 

lazımi tibbi mübarizə aparılmırdı. Çox vaxt bu xəstəliyi gizlətməyə çalışırdılar. 

Bu isə xəstəliyin geniş yayılmasına səbəb olurdu. 

      Hal-hazırda  QİŞS  ətrafdakılarda  qorxu,  məhkum  olma,  damğalanma  hissi 

oyadır  və  bu  xəstəliyə  tutulanlar  dərin  iztirab  keçirməli  olurlar.  Stenokardiya, 

hipertoniya kimi xəstəliklərə tutulma nevrasteniya, yaxud isterik reaksiyalardan 

təhlükəsiz hesab edilir. 

      Xəstəliyin  daxili  mənzərəsinin  formalaşmasında  əsas  rolu  pasiyentin  öz 

sağlamlığına  münasibəti  oynayır.  Məsələn,  adi  baş  ağrısı,  ürəkbulanma, 

yuxusuzluq  birisi  üçün  normal  hal  kimi  qəbul  edildiyindən  “xəstəliyin  daxili 

mənzərəsi”  formalaşmayacaq.  Digərlərində  isə  bu  əlamətlər  şişin  və  insultun 

yaranma  ehtimalınıln  olması  kimi  qəbul  olunur.  Onlarda  xəstəliyin  daxili 

mənzərəsi tez yaranır və onlar təşviş keçirərək, həkimə müraciət edirlər. Deməli, 

xəstəliyin  daxili  mənzərəsinin  formalaşmasına  pasiyentin  keçirdiyi  hissiyyatın 

səviyyəsi təsir edir. Onun çoxluğu “xəstəliyin daxili mənzərəsi”nin tez və aktiv 

yaranmasına  imkan  verir.  Bütün  hallarda  pasiyentin  konstitusional  durumu, 

onun  xarakteri,  emosional  vəziyyəti,  intellektual  səviyyəsi  xüsusi  əhəmiyyət 

kəsb edir. 

     Xəstə  şəxs  müvəffəqiyyətlə  nəticələnən  maraqlı  işlə  məşğul  olursa,  bu  onu 

əyləndirir. Onun firavan ailəsi var, hətta ciddi xəstəliyin mövcudluğu zamanı o, 

daxili narahatlığı inkar edir və pessimist əhval-ruhiyyəni dəf edir. Belə olduqda 

xəstəliyin  gedişi  dəyişə  bilər.  əksinə,  əgər  xəstəlik  insanı  müvəffəqiyyətsizliyə 

düçar olduğu vaxtda yaxalayırsa, həyatın çətinliyi tamamilə başqa bir “xəstəliyin 

daxili mənzərəsi”ni formalaşdırır. 

      Xəstəlik bəzən pozitiv məna kəsb edə bilər. Xəstəliyin köməyi ilə insan ona 

gərəkli  olan  dəstəyi,  xüsusi  münasibəti,  hansısa  maddi  güzəştləri  ala  bilər. 

Xəstəliyə  belə  münasibət  tez-tez  uşaqlarda  rast  gəlinir.  Xəstə  uşaq  bağçaya, 


 

məktəbə  getmir.  O,  yaxınlarının  diqqəti  ilə  əhatə  olunur,  istədiyi  şiriniyyatı, 



oyuncağı alır və beləliklə, xəstəliyin pozitiv inkişafı formalaşır. 

     Təcrübi  psixologiyanın  klinikada  tətbiqi  birmənalı  qarşılanmır  və  bir  sıra 

problemlər  meydana  çıxarır.  Belə  problemlərdən  biri  də  ağrı  əlamətidir.  Ağrı 

xəstəliyin xəbərdarlıq göstəricisidir. Bu –bizim orqanlarımızdan gələn siqnaldır. 

     Ağrı  hissiyatı  insanın  psixofiziki  vəziyyətində  ciddi  pozuntular  yaradır.  Hər 

bir  insan  ağrıya  özünəməxsus  reaksiya  verir,  onu  fərdi  qaydada  hiss  edir  və 

duyur. Bəziləri qışqırır, inildəyir, öz iztirablarını qabarıq əks etdirərək, özünü və 

ətrafdakıları  narahat  edir.  Digərləri  isə  güclü  ağrıya  dözür,  öz  hisslərini 

göstərməməyə  çalışırlar.  Bəzən  ekstremal  vəziyyətdə,  stress şəraitində  insanlar 

ağrını  hiss  etmirlər.  İdmançıların  sınıqlarla,  travmalarla  oyunu  davam 

etdirmələri məlum haldır. Yaxud da insan həyat üçün təhlükəli yarayla ağrını dəf 

edərək, bu və ya hərəkətlərlə özünə ilk yardım göstərir. 

      Kliniki psixoloqun  ağrının xarakterinin  xəstəliyin  diaqnostikası ilə  əlaqədar 

olmasını  bilməsi  vacibdir.  Baş  ağrısı  “dəbilqə”  formasındadırsa,  bu  boyun  və 

çiyin əzələlərinin patoloji prosesə qoşulmasını göstərir. Nəbzvari baş ağrısı tez-

tez  rast  gəlinən  damar  pozuntusu  əlamətidir.  Xroniki  ağrılar  orqanizmin  təhrif 

olunmuş  reaksiyasını  yaradır.  Bir  çox  hallarda,  pasiyent  ağrıya  xəstəliyin  əsas 

əlaməti kimi baxır. “Heç bir yerim ağrımırsa, deməli sağlamam” düşünür. 

    Kliniki  psixoloqların  qarşılaşdığı  digər  vacib  məsələ  -  stasionarlaşdırmadır. 

Stasionarlaşdırma  həmişə  narahatçılıq,  həyəcan,  öz  həyatı  üçün  qorxu  yaradır. 

Pasiyentin  əvvəllər  rast  gəlmədiyi  şəraitə  düşməsi  gözlənilməz  hisslərə  səbəb 

olur. Baş ağrıları zamanı şiş və ya yaddaşın itirilməsinin mümkünlüyü qorxusu 

yarana bilər. 

      Manipulyasiya 

aparılmamışdan  əvvəl  pasiyentlər  yanlış  diaqnoz 

qoyulmasından və buna müvafiq səhv müalicə aparılmasından qorxurlar.  Hətta 

rentgenoloji  müayinə,  kompüter  tomoqrafiyası  kimi  ən  adi  proseduralar  bir 

çoxlarında  qorxu,  şüalanma  və  başqa  hisslər  yaradır.  Bəzi  hallarda  isə  belə 

əməliyyatlar  “kanserofobiya”,”kardiofobiya”,  “fanatofobiya”nın  (ölüm 

qorxusu)  yaranmasına  səbəb  olur.  Stasionarlaşdırma  zamanı  bütün  bunları 

nəzərə  almaq  lazımdır.  Stasionarlaşdırma  zamanı  bütün  bunları  nəzərə  almaq 

lazımdır. 

Belə ki, xəstəxanada qeydiyyata düşmə prosesini mümkün qədər qısa müddətdə 

həyata  keçirmək,  qəbul  otağının  rahatlığını  təmin  etmək,gərginliyi  azaltmaq 

məqsədi isə xoş əhval-ruhiyyə yaratmaq lazımdır. Bundan əlavə, yaxşı olar ki, 

palatalar  fərdi  və  ya  az  yerli  olmaqla  yanaşı xəstənin  rahatçılığı təmin  edilmiş 



 

olsun.  Stansionarda  yerləşən  pasiyentlər  diaqnozundan  və  vəziyyətindən  asılı 



olmayaraq, iztirabı və hər şeyə qarşı həssas olurlar.Ona görə də həkimlər, kiçik 

və  orta  tibb  işçiləri  tərəfindən  onlara  qarşı  olan  kobudluq,  diqqətsizlik  və 

etinasızlıq  olduqda  hətta  ən  yüksək  keyfiyyətli  müalicənin  də  səmərəsi  azalır. 

Həkimə  etibar  etmək,  onun  müalicə  məqsədi  ilə  etdiyi  hər  bir  şeyə  inanmaq 

müalicənin uğurla nəticələnməsində  mühüm  əhəmiyyətə  malikdir.  Dərmanlara, 

yeni  aparatlara  inam  da  bir  psixoloji  amil  kimi  müalicənin  uğurla 

nəticələnməsində  mühüm  rol  oynayır.  Yeni  tibbi  texnika  psixoloji  əsaslarla 

tətbiq  edilməlidir,  çünki  pasiyentlər  bunu  ecazkar  təsir  forması  –  “plasebo-

effekt”i kimi qəbul edirlər. 

    Həkimlə  xəstənin  münasibətində  bir  çox  üsul  və  texnologiyalardan  istifadə 

oluna bilər. Istənilən ixtisas sahibi olan həkim diaqnoz qoyur, müalicə təyin edir 

və  profilaktik  tədbirlər  müəyyənıəşdirir.  Bütün  bunlar  həkimlə  pasiyentin 

qarşılıqlı  ünsiyyətin  mahiyyətinə,  məzmununa  və  xarakterinə  əhəmiyyətli  təsir 

göstərir.  Xəstə  ilə  həkim  arasında  müsbət  ünsiyyət  əlaqələrinin  olması 

müalicənin  keyfiyyətinə  təsir  göstərir.  Həkim  diqqətli  dinləyici,  dərin 

müşahidəçi, səriştəli klinisist və ünsiyyət sahəsində çox həssas olmalıdır. Xəstə 

ilə söhbət, müayinə rahat şəraitdə, təklikdə və çox diqqətlə aparılmalıdır. 

     Pasiyentin  verbal  və  qeyri-verbal  söhbətlərini  diqqətlə  dinləmək,  razılıq 

əlaməti  olaraq  baş  yelləmək,  adekvat  suallar  vermək  etibar  və  səmimiyyət 

yaradır. 

    Empatiya, 

hörmət, 


mehribanlıq 

və 


ruhlandırma 

interpersonal 

(şəxsiyytlərarası) münasibətlərin əsasını təşkil edir. 

     


              Endokrin pozuntulu xəstələrin psixoloji xüsusiyyətləri 

       S.Bleyerə  görə  endokrin  psixosindroma  başqa  xəstəlik  nəticəsində  psixi 

pozuntular  daxildir.  Müayinə  zamanı  bu  psixi  pozuntuların  xüsusiyyətlərinə 

diqqət yetirmək vacibdir. 

      Hipotireoz  zamanı  əvvəlcə  sərinlik,  sonra  isə  soyuqluq  hissi  yaranır  və 

beləliklə  istiyə  tələbat  artır.  Ona  görə  də,  belə  pasiyentlər  daim  pəncərə  və 

nəfəslikləri  örtülü  saxlamağı  xahiş  edir,  yaxşı  isinmək  üçün  əlavə  örtük  və 

isitqac  istəyirlər.  Bütün  bunlar  pasiyentin  şıltaqlığı  və  ya  tərsliyi  deyil,  yalnız 

ona əziyyət verən hisslərə qarşı reaksiyasıdır. 

      Hipoqlikemiyalı  xəstələrdə  daima  aclıq  və  yüksək  iştaha  hissi  olur.  Bu 

pasiyentlər təfəkkürün ləngiməsi ilə fərqlənirlər. Bu xüsusiyyət müayinə zamanı 

onlara əlavə vaxt sərf olunmasına məcburiyyət yaradır. 



 

      Akromeqaliya  zamanı  ön  planda  duran  əlamətlərə,  süstlük,  yuxuculuq, 



emosional  düşkünlük  və  s.  aiddir.  Bir  sözlə,  onlar  özlərinə  və  öz  yaxınlarına 

qarşı laqeyd olurlar. Bununla yanaşı, bu pasiyentlər dəymədüşər, əsəbi, öcəşkən 

(hər  şeyə  bəhanə  axtaran,  irad  tutan)  olurlar.  Onların  davranış  və  əhval-

ruhiyyələrində tez-tez dəyişiklik müşahidə edilir. 

    Endokrin  xəstəliklər  zamanı  xəstəyə  təsir  edən  əsas  amillər  onun  xarici 

görünüşünün,  yaxınları  ilə  münasibətinin  dəyişməsi,  uzun  müddət  xəstəxanada 

qalmasıdır.  Pasiyent  belə  hallarda  çox  narahat  olur.  Bu  narahatçılıqlar  onun 

psixologiyasında öz əksini tapır. 

    Şəkərli  diabet  –  geniş  yayılmış  endokrin  xəstəliklərdən  biridir.  Xəstəliyin 

əvvəlində davranışın və əhvali-ruhiyyənin dəyişikliyi müşahidə olunur. Xəstələr, 

adətən,  əsəbi,  emosional  və  yorğun  olurlar.  Onlar  çox  vaxt  nədənsə  narazı, 

dəymədüşər  olduqları  üçün  ətrafdakılarla  tez-tez  münaqişələrə  girməli  olurlar. 

Belə  xəstələr  yaddaşın  zəifləməsindən,  unutqanlıqdan  şikayət  edirlər. 

Tireotoksikozun yaranmasında psixi travma böyük rol oynayır. Xəstələr daha da 

həyəcanlı,  əsəbi,  tez  özündən  çıxan,  tələskən  olurlar.  Onları  yuxusuzluq, 

yorğunluq,  əmək  qabiliyyətinin  enməsi,  əhvalın  geniş  miqyasda  dəyişməsi, 

diqqətlərini  cəmləyə  bilməmək  narahat  edir. Xəstələr  istiyə  və  fiziki  gərginliyə 

tab  gətirə  bilmirlər.  Onlar  söhbət  zamanı  çox  səbirsiz  olurlar,  fikri  başa 

çatdırmamış asanlıqla bir mövzudan digərinə keçirlər. 

      Belə  xəstələr  xəstəxanaya  düşəndə,  qarşıda  onları  gözləyən  cərrahiyyə 

əməliyyatı ilə bağlı çox təlaş keçirirlər. Bu səbəbdən də onlar psixoloji köməyə, 

əməliyyatın  xüsusiyyətini  aydınlaşdıran  psixoterapevtik  müdaxiləyə  ehtiyac 

duyurlar.  Bəzən  hipereozla  bağlı  əməliyyatdan  sonra  hipotireoz  əlamətləri 

yaranır.  Xəstələr  süst,  düşkün,  ləng  və  laqeyd  olurlar.  Bu  zaman  əmələ  gələn 

pozuntular  əhəmiyyətsiz  dəyişikliklərdən  kobud  psixi  pozuntulara  və  psixozun 

inkişafına qədər müxtəlif dərəcələrdə ola bilər. Belə halda mütləq psixoterapevtə 

müraciət etmək lazımdır. 

          



Cərrahiyyədə tibbi psixologiya 

      Cərrahiyyə  şöbəsində  də  psixoloji  problemlərin  yaranması  istisna  deyil, 

əksinə onların miqdarı çoxdur. Belə ki, əməliyyatdan qabaq klinikaya gətirilmiş 

insanların  bir  çoxu  qorxu  hissi  keçirir.  Əgər  onlar  burada  əməliyyatı 

uğursuzluqla nəticələnmiş xəstə ilə rastlaşsalar, qorxu hissləri daha da artır. 

       Həkimə  inanmaq,  ona  etibar  etmək  əməliyyatın  uğurla  nəticələnməsi  üçün 

başlıca  amillərdən  biridir.  Bunu  nəzərə  alaraq  cərrahla  yanaşı  kliniki  psixoloq 


 

əməliyyat  ərəfəsində  və  ondan  sonra  pasiyentə  baş  çəkməli,  qorxunu  və 



həyəcanı  azaltmaq  və  aradan  qaldırmaq  üçün  tədbirlər  aparmalı,  əməliyyatın 

uğurla  başa  çatacağına  inam  yaratmalıdır.  Əməliyyatdan  sonra  xəstələr  adətən 

zəif  və  köməksiz  olur,  başqalarının  köməyinə  ehtiyacları  olduğu  üçün  özlərini 

narahat  hiss  edirlər.  Xəstələrə  əməliyyatın  nəticəsi  haqqında  məlumat  vermək, 

onlarda inam yaratmaq, ən başlıcası isə ağrıları azaltmaq lazımdır. Çünki psixi 

pozuntuların əmələ gəlməsində ağrı sindromu həlledici rol oynayır. 

 

                  Onkoloji xəstələrin psixologiyası 

     Patoloji  prosesin  müxtəlif  inkişaf  mərhələlərində  onkoloji  xəstələrin 

psixologiyasında  bir  sıra  xüsusiyyətlər  qeyd  olunur.  Hələ  diaqnozu 

müəyyənləşənə  qədər  onkoloji  xəstəliyin  ilkin  mərhələsində  psixoloji 

dəyişikliklər  somatik  xəstəliklərdə  olduğu  kimi  inkişaf  edir  və  şəxsin  fərdi 

keyfiyyətlərindən asılı olur. 

     “Qəti diaqnoz” qoyulandan sonra onkoloji xəstələrin psixologiyası dəyişilir. 

Onların  psixologiuyasının  dəyişməsinin  bir  səbəbi  də  daxili  orqanların 

funksional  pozuntularının  olmasıdır.  Beləliklə,  bu  xəstələr  mütəəssir  olur, 

ətrafdakılardan uzaqlaşır, heç nəyə sevinə bilmirlər. 

    Hərdən  xilas  xatirinə  yalan  ifadələr  də  işlətmək  olar.  Ancaq  həkim  hər  bir 

halda  pasiyentinə  ümid,  həyatla  mübarizə  arzusu  yaratmalıdır  ki,  o,  bütün 

gücünü  və  daxili  imkanlarını  səfərbər  edib,  müalicəni  uğurla  nəticələnməsinə 

şərait  yaratsın.  Bəzən  ümidsiz  vəziyyətlərdə  mənfi  nəticələr  müşahidə  olunur, 

lakin  buna  baxmayaraq,  həkim  hər  bir  vəziyyətdə  ağrını  ardan  qaldırmağa, 

iztirabları yüngülləşdirməyə və nikbinhisslər oyatmağa çalışmalıdır. 

    Ümumi somatik, herontoloji, cərrahi, onkoloji və digər klinikalarda həkimlər 

tez-tez yaşlı insanların psixoloji problemləri ilə rastlaşırlar. Psixoloqların işi belə 

xəstələrə  illər  keçdikcə  cavan  və  sağlam  olmayacaqlarını,  müəyyən  mərhələyə 

qədər qüvvələrinin sərf olunacağını izah etməkdən ibarət olmalıdır. Hal-hazırda 

psixoloqlar  ölümcül  xəstələrlə  də  işləyirlər.  Qərbin  bir  çox  tibbi-psixoloji 

xidmətinin  işi  daha  çox  ölümcül  və  sağalmaz  xəstələrlə  məşğul  olmağa 

yönəlmişdir.  Məsələn,  xospislərdə  aparılan  işlər.  Bu  iş  həkimdən  və 

psixoloqlardan xüsusi psixoloji hazırlıq və yüksək şəxsi keyfiyyətlər tələb edir. 



 

         



              Pediatriya, mamalıq və ginekologiyada tibbi-psixoloji problemlər 

 

  Hamiləlik  fizioloji  bir  prosesdir.  Ancaq  o,qadın  orqanizmində  bir  sıra 



dəyişikliklər  yaradır.  Bəzi  hallarda,  bu  dəyişikliklər  toksikoz  və  nevrozlaşma 

formasında,  müxtəlif  somatik  pozuntularla  özünü  göstərir.  Qadının  hamiləliyə 

münasibəti bir sıra amillərlə - sosial, iqtisadi, mənəvi, etik, o cümlədən  qadının 

öz  şəxsiyyət  problemləri  ilə  bağlı  olur.  Hamiləlik  arzuolunan  və  arzuolunmaz 

ola bilər ki, bu da özünəməxsus problemlər yaradır. 

     Bəzən  hamiləliyin  əvvəlində  əsəbilik,  müxtəlif  iylərə  qarşı  həssaslıq,  bəzi 

qidalardan  çəkinmək,  yuxuculluq,  yorğunluq  və  s.  əlamətlər  yarana  bilər. 

Ürəkbulanma və qusma hamiləlik toksikozu üçün xarakterikdir. Toksikozun bir 

çox  səbəbləri  vardır.  Onlardan  ən  əhəmiyyətli  psixogen  amillərdir.  Qadınların 

əksəriyyətində hamiləlik heç bir dəyişkənlik yaratmır.  

     Doğuş gərgin fiziki və psixi güc tələb edir. Buna görə də hamiləlik, xüsusən 

də  doğuşqabağı  dövrdə  təcrübi  hazırlıq  məşğələlərinin  keçirilməsi  hamilə 

qadınların  doğuş  ağrılarından  qorxusunu,  ümumiyyətlə,  mənfi  emosiyaları 

kənarlaşdırmağa, onların doğuş prosesində fəal iştirak etməsinə kömək edir. 

      Doğuşdan sonrakı dövrdə qadın uşağa qulluq etməlidir. Depressiv əlamətlər 

vegetativ, emosional dəyişikliklərə müşayiət olunaraq, bir neçə gündən 3-4 aya 

qədər davam  edə  bilər.  Bu halları  aradan  qaldırmaq  üçün psixoloji korreksiya, 

psixoterapevtik müdaxilə və fiziki kömək tələb olunur. 

     Qadınlar  psixoloji  cəhətdən  klimaks  dövrünə  hazırlamaq    da  mühüm 

əhəmiyyətə malikdir. Bu dövrdə qadın əsəbi və yorğun olur, yuxusu pozulur, i. 

Qabiliyyəti  azalır, əhvalı dəyişkən  (çox  vaxt  məyus)  olur.  Pasiyentlər  müxtəlif 

somatik şikayətlər və vegetativ pozuntularla həkimə müraciət edirlər.  

    Pasiyentlər  ginekoloji  cərrahiyyə  əməliyyatlarına  hazırlayarkən  də  bir  sıra 

psixoloji problemlər meydana çıxır. Belə ki, qadın bir daha ana olmayacağını və 

əməliyyatdan  sonra qadın  kimi  yararsız hala  düşəcəyini  düşünərək,  bu  prosesə 

pis  münasibət  göstərir.  Belə  pasiyentlərlə  psixoterapevtik  söhbətlər  kənar 



şəxslərin iştirakı olmadan, təklikdə aparılmalıdır. 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə