Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə34/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   30   31   32   33   34   35   36   37   ...   144

CuInSe

2

-FeSe-In

2

Se



 SİSTEMİ 

 

Rahilə MIRZƏYEVA, M. R. ALLAZOV, R. F.  ABBASOVA, M. B. BABANLI 

Bakı  Dövlət Universiteti 



r-mirzoeva@mail.ru 

 

CuInSe


2

-FeSe-In


2

Se

3



 kvaziüçlü sistemini tədqiq etməkdə  məqsəd sistemin bütün qatılıq sahələrində gedən fiziki-

kimyəvi proseslərin xarakterini  müəyyənləşdirmək, məlum və  mövcud ola biləcək fazaların ilkin kristallaşma və 

mövcudluq sahələrini müəyyənləşdirmək, bərk faza tarazlıqları diaqramını  və likvidus səthinin proeksiyası diaqramını 

qurmaq olmuşdur. 

CuInSe

2

-FeSe-In



2

Se



sistemində baş verən fiziki-kimyəvi  çevrilmələr CuInSe

2

-In



2

Se



, In

2

Se



3

- FeSe, CuInSe

2

 – FeSe və 



CuInSe

2

 - FeIn



2

Se



kvazibinar sistemlərinin və bir neçə qeyri-kvazibinar kəsiklərinköməyilə araşdırılmışdır. Bu kəsiklərin 

birinci ikisi haqqında məlumatlar  ədəbiyyat materiallarından götürülmüş  və  bəzi tərkiblərdə alınmış  fərqli nəticələr 

dəqiqləşdirildikdən sonra istifadə edilmişdir. 

CuInSe


2

-FeSe sisteminin nümunələri  yüksək təmizliyə malik elementlərdən sintez  edilmişdur. Sintez şaquli sobada 

vakuumlaşdırılmış ikiqat ampulalarda 1100

0

C –də 8 saat müddətində aparılmışdır. Xəlitələrin  tarazlıq halına gəlmələri 



üçün onlar bir ay müddətində 400

0

C-də dəmləmədə saxlanmışdır.   



DTA nəticələrinə görə sistemin faza diaqramı qurulmuşdur. Diaqram məhdud həllolma sahəsinə malik evtektik tiplidir. 

Müəyyən edilmişdir ki, sistemdə CuInSe

2

-nin aşağıtemperaturlu xalkopirit fazası əsasında həllolma otaq temperaturunda 19 



mol% FeSe ə qədər davam edir. 

Tədqiq etdiyimiz digər kvazibinar sistem CuInSe

2

 - FeIn


2

Se

4



 kəsiyi olmuşdur. Sistemin hal diaqramı evtektik tiplidir, 

hər iki tərəfdən məhdud həllolma sahəsinə malikdir. Evtektika 900

0

C-də 77 mol% FeIn



2

Se

4



 tərkibində kristallaşır. α- bərk 

məhlul sahəsi otaq temperaturunda 25 mol% FeIn

2

Se

4



- ə qədər davam edir. FeIn

2

Se



4

 əsasında bərk məhlulların sərhədi otaq 

temperaturunda 8 mol% CuInSe

2

-yə qədər azalır. 



CuInSe

2

-FeSe-In



2

Se



sistemində monovariant əyrilərin və nonvariant nöqtələrin koordinatlarını müəyyənləşdirmək 

məqsədi ilə kvaziüçlü sistemin yan tərəflərinə paralel olan [0.5CuInSe

2

·0,5In


2

Se

3



] - FeIn

2

Se



4

, [0.5CuInSe

2

·0,5FeSe]-



FeIn

2

Se



və [0.5CuInSe

2

·0,5In


2

Se

3



] [0.5CuInSe

2

·0,5FeSe]daxili politermik kəsikləri tədqiq edilmidir.Hər üç sistemin 



xəlitələri üçün müvafiq sintez  və    termiki  emal  şəraiti təyin edilmiş, nümunələr fiziki-kimyəvi analizin  DTA və RFA 

metodları ilə  tədqiq edilərək faza diaqramları qurulmuşdur. 

Tədqiq edilən sistemlərin analiz nəticələrinə  əsasən  CuInSe

2

- FeSe- In



2

Se

3



 sisteminin faza diaqramının otaq 

temperaturunda izotermik kəsiyi və likvidus səthinin proeksiyası qurulmuşdur. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

145 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Aşkar edilmişdir ki, CuInSe

2

 –nin xalkopirit fazası  əsasında kifayət qədər geniş 



- bərk məhlul sahəsi  mövcuddur. 

Sistemdə 6 ikifazalı və 4 üçfazalı sahələrin sərhədləri dəqiqləşdirilmişdir.  

Müəyyən edilmişdir ki, CuInSe

2

-FeSe-In



2

Se

3



 sisteminin likvidus səthi 6 ilkin kristallaşma sahəsindən (CuInSe

2



FeIn

2

Se



4

, CuIn


3

Se

5



, CuIn

5

Se



8

, FeSe və In

2

Se

3



) ibarətdir. Bu sahələr bir-biri ilə 9 monovariant tarazlıq  əyrisi ilə  və 12 

nonvariant tarazlıq nöqtəsi ilə sərhədlənir. Sistemdə ən geniş ilkin kristallaşma sahəsi CuInSe

2

 birləşməsi əsasında 



- bərk 

məhlullara məxsusdur. 

 

 

 



CHARACTERIZATION OF PbS/MALEIC ANHYDRIDE-OCTENE-1           

NANOCOMPOSITES PRODUCED BY CHEMICAL IN-SITU METHOD 

 

Zamin MƏMİYEV,  Narmina BALAYEVA 

Institute of Physics, Azerbaijan National Academy of Sciences 

Baku State University 

z_amin@bk.ru 

 

Lead sulfide (PbS) as a unique semiconductor material has been intensively studied in the past decade. PbS 

nanocrystals are in interest because of the large exciton Bohr radius (18nm) that gives strong quantum confinement 

of electrons and holes, the well-developed synthetic protocols and properties such as multiple carrier generation. PbS is an 

important binary IV–VI semiconductor material with rather small band gap (0.41eV at 300K). Lead sulphide (PbS) 

nanoparticles have been used in photodetectors, photovoltaics and many other electronic and optoelectronic devices 

depending on the adjustable band gap and size. This paper described the conventional chemical co-precipitation method that 

employed for  preparation of PbS nanoparticles in the copolymer matrix. At the  present work for preparation of PbS 

nanocomposites with the maleic anhydride-octene-1  copolymer we used these chemicals lead-nitrate Pb(NO3)2, thiouera, 

DMFA and the copolymer. The copolymer was synthesed in the laborotory from the relevant monomers with polimerisation 

reaction. For this purpose, in accordance 100 g maleic anhydride and 10 ml Octene-1 monomers   were solved in diocsane 

in ampula.After the solution was heated at 80 0C temperature duiring 4 hours . In this case increasing the viscosity of the 

solution and at the resulting solid solution formed. In the second part of the proses the white color powder copolymer have 

been solved in DMFA in the three mouth flask so prepared 1% solution and then  metal solts  added to the flask. Therefore 

the solution  heated till 90 0C  in water bath for 4 hours by mixing and after 4 hours  thiouera  were added rapidly to the 

flask whith syringe. The reaction was continued for an other hour. At the end of reaction strong white clear solution turn to 

black color which indicated the formation of PbS nanoparticles. The final products were drying at 40◦C for 72 h by using 

PH-070A vacuum furnace drying incubator and then thin films and powder prepared. The obtained PbS/MA octene-1 

nanocomposites samples were characterized via X-ray diffraction method by using D8 Advance powder diffractometer 

under CuK

 irradiation  (λ = 1.54060 A°) after grinding to powder. Observed reflections at 2θ equal to 26.20, 290, 42.80, 

50.50, 52.70 were attributed to the miller index of the reflecting planes for 

1 1 1, 2 0 0, 2 2 0, 3 1 1 and 2 2 2. Have 

been determined that all the diffraction peaks in the spectrum are analogous to the literature pattern of face-centered cubic 

phase of PbS. Also the broadened peaks were indicated that the grain sizes of the particles are in nanorange. In order to 

achieve more confirmative information about the size of PbS nanocrystalline the  Scherer formula have been employed and 

the avarage size was calculated about 10-15 nm rangers. The morfological characterisation of the nanocomposites have been 

studied by the Atomic Force Microscope(AFM). UV–visible absorption spectra were recorded for chemically synthesized 

PbS nanoparticles and the absorption onset of the nanocomposite material was observed at 420 nm. The optical absorption 

coefficient has been calculated in the wavelength region of 400-650 nm and the band gap walue have been calculated 0,95 

eV for the nanoparticles. Also the optical properties of MA/octene-1 copolymer capped PbS nanoparticles were 

characterized by PL measurements at the room temperature. 

 

 

 



 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

146 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

 

 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

147 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

 

 

18-19, April 2014, Baku, Azerbaijan 

 

 

PROCEEDINGS 

SECTION I 

NATURAL SCIENCES 

 

 

BIOLOGY 

 

 

 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

148 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ABŞERONDA YAPON BİRGÖZÜ BİTKİSİNİN MEYVƏ VƏ YARPAQLARININ 

MİKOBİOTASI 

 

Ağavəli İBRAHİMOV, Fəridə YAQUBOVA 

Bakı Dövlət Universiteti 



agaveli@box.az, farida_yaqubova@yahoo.com 

 

Yapon birgözü bitkisi (Ligustrum japonicum Thunb.) zeytunkimilər (Oleaceae) fəsiləsinin həmişəyaşıl, hündürlüyü 2 – 

5 m olan ağac nümayəndəsidir. Yarpaqları altlıqsız, qarşı – qarşıya düzülmüş sadə yarpaqlardır. Çiçəkləri ikicinsli, 

aktinomorf, salxım çiçək qrupunda toplanmışdır. Meyvələri qara – bənövşəyi, çəyirdək meyvədir. 

İlk dəfə olaraq, Abşeron yarımadasında yapon birgözü bitkisinin mikobiotası  tərəfimizdən öyrənilir. Tədqiqat işləri 

2013 – 2014 cü illərdə aparılmışdır. Yarımadanın müxtəlif yerlərindən xəstə bitkinin meyvə  və yarpaqları toplanılaraq, 

Çapek və Çapek – Doks qidalı mühitlərində əkilmişdir. Mikroskoplama nəticəsində məlum oldu ki, payız aylarında qışlama 

orqanı olan heç bir meyvə cismi əmələ gəlməmişdir. Yapon birgözü bitkisinin meyvə və yarpaqlarında Alternaria Solani

Penicillium martensii və Peronospora tabacina növləri aşkar edilmişdir. 

Alternaria solani(Ell. et Mart.) Sorauer. yapon birgözü bitkisinin meyvə, yarpaq və cavan budaqlarında müşahidə 

olunmuşdur. Göbələyin qonur mitseliləri bitkinin vegetativ orqanları üzərində  ləkələr  əmələ  gətirir. Bitkinin meyvə  və 

yarpaqları göbələyin təsirindən quruyur. Yarpaqların üzərində  xəstəlik özünü aprel, meyvə üzərində isə sentyabr ayında 

biruzə verir. Alternaria bitkinin vegetativ orqanlarını tamamilə yararsız hala sala bilir. Alternaria solani deuteromycetlərin 

biotrof nümayəndəsi olub, yaxşı inkişaf etmiş, arakəsməli mitseliyə malikdir. Qeyri – cinsi çoxalması konidilərlə müşahidə 

olunur. Konididaşıyanlar zeytuni qonur rəngli olub, arakəsməlidirlər. Konidilər yumurta formalıdır, eninə  və uzununa 

arakəsmələrinin olması xarakterikdir. Konidilərin ölçüləri 160 – 250 x 15 – 20 µ olub, özləri qonur – qəhvəyi rənglidirlər. 

Payızda yapon birgözü bitkisinin meyvələrinin üzərində boz rəngli örtük müşahidə olunur. Bu örtük Penicillium 

göbələyinin mitseli, konididaşıyan və konidilərindən ibarətdir. Mitselilər arakəsməlidir, konididaşıyanlar rəngsiz olub, eninə 

arakəsmələri  vardır. Konididaşıyanların uc hissəsindəki steriqmalar aydın görünür. Steriqmaların üzərində ellipsvari, kürəvi 

formalı konidilər oturur. Konididaşıyanların ölçüsü 250 – 500 x 4 – 5,5 µ-dur. Konididaşıyandakı budaqların ölçüsü 15 – 25 

x 2,5 – 3,5 µ, konidilərin ölçüsü isə 3 – 5,5 µ-dur. Yapon birgözü bitkisinin meyvələri üzərində təyin etdiyimiz bu göbələk 

Penicillium cinsinin Penicillium martensii Biourge. növüdür. 

Yapon birgözü bitkisinin yarpaqlarında may ayının sonundan etibarən boz rəngli mitseli yığını müşahidə olunur. Bu  

mitseli yığını xəstəlik müşahidə olunan yarpaqlardan cavan budaqlara da keçə bilir. Bəzən belə cavan budaqlar göbələyin 

təsirindən quruyur. Xəstə yarpaqlar isə quruyaraq tökülür. 

Mikroskoplama zamanı məlum oldu ki,  boz rəngli mitseli yığını yaxşı inkişaf etmiş, arakəsməsiz mitselilərdən təşkil 

olunmuşdur. Mitselilərin üzərindəki konididaşıyanlar dixotomik budaqlanmışdırlar. Göbələyin konididaşıyanlarında da heç 

bir arakəsmə müşahidə olunmamışdır. Konididaşıyanların nəhayəti nisbətən şişir və onların üzərində yumurta və şar formalı 

konidilər oturur.  

İyun ayında artıq yapon birgözü bitkisinin xəstəliyə yoluxmuş vegetativ orqanları üzərində bu göbələyin oosporlarını 

müşahidə etdik. Oospor formasına görə konidiyə oxşasa da, qalın qılaflı  və tünd rəngli olması onun fərqləndirici 

xüsusiyyətidir. Apardığımız müşahidələr zamanı zoosporlara rast gəlinmədi.  

Əmələ gəlmiş mitseli yığınının mərkəzi hissəsi tünd, kənarları isə nisbətən açıq rənglidir. Mitseli yığınının ölçüsü 2,5 – 

3,5 cm-dir. Konididaşıyanların ölçüləri 550 – 850 µ, konidilərin ölçüləri isə 20 – 35 x 15 - 25 µ-dur. Müşahidə olunan 

oosporların ölçüləri isə 25 – 35 µ-dur. 

Qeyd olunan əlamətlər və ölçmələrin nəticələrinə görə bu göbələyin Oomycota şöbəsinin Peronosporales sırasının 

Peronospora tabacina Adam. növü olduğunu təyin etdik. Məlum oldu ki, tədqiq olunan göbələk mitselilərlə qışlayır.Yapon 

birgözü bitkisinin meyvə  və yarpaqlarının mikobiotasını  təşkil edən ali göbələklərdə meyvə cismi müşahidə olunmadığı 

üçün onlar deuteromycetlərə, ibtidai göbələk isə oomycetlər sinfinə aiddir. 

 

 

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

149 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ƏYİLMİŞYARPAQ YUKKA NÖVÜNÜN ABŞERON ŞƏRAİTİNDƏ BİOLOJİ  

XÜSUSİYYƏTLƏRİ 

 

Elnarə SALAHOVA 

Bakı Dövlət Universiteti, AMEA-nın Dendrologiya İnstitutu 



elnara.salaxova@rambler.ru 

 

Respublikamızda abadlaşdırma işlərinin aparılması ilə  əlaqədar yeni salınan park və bağlarda dünya florasından 

müxtəlif növ ağac və kol bitkiləri gətirilir. Bu bitkilərdən Yukka L. cinsinə aid növlər şəhər yaşıllaşdırılmasında mühüm 

əhəmiyyət kəsb edir. 

Hal-hazırda Azərbaycanda mədəni  şəraitdə park və bağlarda yukka cinsinin 9 növünə rast gəlinir. Bu növlərdən 

bəzilərinin bioekoloji xüsusiyyətlərinin hərtərəfli öyrənilməməsi nəticəsində  bəzən yerli şəraitə uyğunlaşmayıb müəyyən 

müddətdən sonra məhv olur. Bu məqsədlə Mərdəkan Dendrarisinin təcrübə sahəsində Yucca L. cinsinə aid Y.aloifolia L.- 

Əzvayarpaq yukka növünün Abşeron şəraitində bioekoloji xüsusiyyətləri və yaşıllaşdırmada tətbiqini öyrənmək məqsədilə 

tədqiqat işi aparılmışdır.  

Yucca L.- Yukka cinsi əvvəllər Agavaceae – Aqavakimilər fəsiləsinə, 2009-cu ildən isə APG III sistemi əsasında 

Asparagaceae - Qulançar fəsiləsinə aid edilmişdir.  

Cinsə dünyada 30-dan çox növ daxildir. Əsasən Mərkəzi, Cənubi və Şimali Amerikada təbii halda geniş yayılmışdır. 

Yucca L. cinsinə daxil olan növlər alçaqboylu həmişəyaşıl, kiçik ağac və ya kol bitkiləridir. Cinsin növlərinin yerüstü 

hissəsi yavaş inkişaf edir, vətəni ABŞ-dır. Əyilmişyarpaqyukka həm toxum, həm də vegetativ üsulla çoxaldılır. 

Əyilmişyarpaq yukka növünün biomorfoloji xüsusiyyətlərini öyrənmək məqsədilə tədqiqatlar aparılmış, çoxaldılması, 

böyümə  və inkişafı öyrənilmişdir. Toxumlar Çiqo botanika bağından alınmışdır. Toxumların cücərməsi M.K.Firsov 

metodikasına, 1-3 illik bitkilərin böyümə dinamikası V.V.Smirnov, A.A.Molçanov metodikasına görə təyin edilmişdir. 

Hündürlüyü 2 m olan koldur. Qısa, tək və ya şaxələnmiş gövdəsi 1-1,5 m hündürlükdədir  və kifayət qədər yumşaq  

tünd-yaşıl rəngli,  xətvari yarpaqların sıx topası ilə qurtarır. Yarpaqlarının uzunluğu 40-60 sm və eni 50-60 mm-ə  qədər 

olub, cod liflidir. Yarpaq ayası uzunsov-neştərvari, dərilidir, boz-yaşıl rəngdə, sallaqdır,  kənarları dişli, ucu isə iynəlidir. 

Rozet şəkilli topa yarpaqlar aşağıya doğru əyilmişdir. Yucca recurvifolia-da konusun  əmələ  gəlməsi  ilk  dəfə  aprel  ayının  

əvvəllərində   müşahidə  olunur.  Aprelin  2-ci  ongünlüyündə  yarpaqlar  açılır. 

Cədvəl 1. 

 

 



Növ 

Fenofazalar 

Konusun 

əmələ 


gəlməsi 

Yarpaqların 

tökülməsi 

Çiçəkləmənin 

başlaması 

Kütləvi 


çiçəkləmə 

Çiçəkləmə-

nin sonu 

Çiçəkləmənin 

periodu, günlərdə 

Yucca 


recurvifolia 

Salisb. 


 

9.1V 


 

1.V1 


 

10.V1 


 

15.V1 


 

1.VII 


 

30 


 

Əyilmişyarpaq  yukka növündə    çiçək oxu iyunun əvvəlində  əmələ  gəlir. Abşeronda vegetasiya müddətində iki dəfə 

çiçəkləyir.  İlk çiçəkləmə iyun-iyul aylarında, ikinci çiçəkləmə isə sentyabr-oktyabr aylarında müşahidə edilir. 

Əyilmişyarpaq yukkanın 50-75sm uzunluğunda olan süpürgəsi qollu-budaqlı və çoxçiçəklidir. Çiçəkləri zəngvari formada, 

yaşılımtıl-ağ rəngdədir, çiçəkyanlığının xarici tərəfində bənövşəyi ləkələr vardır.Meyvə vermir. 

Əyilmişyarpaq yukkanın qələm, bölünmə və pöhrələri vasitəsilə çoxaldılması istiqamətində də tədqiqat işi  aparılmışdır. 

Bu məqsədlə gövdə boyunca  20 sm-dən  bir  kiçik  kəsiklər  açılmışdır. Növbəti ildə  həmin hissələrdən pöhrələr əmələ 

gəlmişdir. Pöhrələri  əkərkən  torpağa  torf  və  qum qatışdırılmışdır. Əkiləndən sonra 30-45 gün ərzində kökvermə prosesi 

davam edir. Tədqiqat nəticəsində  məlum olmuşdur ki, Abşeron şəraitində  qələmlə çoxaldılmada daha çox əkin materialı 

əldə etmək mümkün olur.  

Bölünmə  vasitəsilə çoxalmanı öyrənmək  məqsədilə  aprel  ayında ağacın üst hissəsində olan  kiçik  budaqcıqlardan 

15-17 sm doğrayıb, 3-5 gün saxlamaqla rütubətli sahədə əkilmişdir. Hər iki yolla çoxaldılmış bitkilər yüksək kökvermə 

qabiliyyətinə malik olmuşdur və normal inkişaf etmişdir. 

Quraqlığa, istiyə davamlı və torpağa tələbkar olmayan bitkidir. Çox yüksək temperaturda yukka  yarpaqlarının yarısını 

itirir. Suvarılma  yaz-yay dövründə bol, qış vaxtı isə nisbətən az olmalıdır. Azərbaycanda Lənkəran zonasında, habelə  

Abşeronda və Respublikanın başqa yerlərində qrup  və ya tək-tək əkilib becərilir. 

Aparılan tədqiqatlardan məlum oldu ki, əyilmişyarpaq yukka Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır, park və 

bağların yaşıllaşdırılmasında geniş istifadəsi məqsədyönlüdür. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

150 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ABŞERON YARIMADASINDA NEFTİN TORPAQ EKOLOGİYASINA TƏSİRİ 

 

Əli İBRAHİMOV 

AMEA, Torpaqşünaslıq və Aqrokimya İnstitutu 



ibrahimli_ali@mail.ru 

 

Abşeronun ekoloji mühitinin pozulmasına səbəb olan ən mühüm amil buradakı neft-qaz yataqlarıdır. Abşeron çoxlu 

sayda neft və qaz yataqlarının olması baxımından dünyanın neft rayonları içərisində xüsusi yer tutur. Neft hasilatı, onun 

daşınması, emalı  ətraf mühitin, torpaqların xam neftlə çirklənməsinə  və torpaqların fiziki-kimyəvi xüsusiyyətlərinin 

dəyişməsinə səbəb olur. 

Neft məhsulları ilə çirklənmiş torpaq örtüyü mürəkkəb texnogen kompleks yaradır və ona görə də topoqrafik planalma 

və torpaq tədqiqatının miqyası bundan asılı olaraq təyin edilir.Tədqiqatlar aparılan zamanı torpaqların tipoloji tədqiqatı 

torpaqların səthindəki bərkimiş neftli örtüyün qalınlığı, neftlə hopmuş layın dərinliyi, çirklənmə dərəcəsi və onların bioloji 

mənimsəməyə dəyərli olub olmamasına xüsusi fikir verilir.Torpağın neft qatı ilə örtülməsi zamanı, torpağın nəmliyi udma 

və saxlama qabiliyyəti itir.Bu zaman torpağın su-fiziki xassələri dəyişir: hiqroskopik nəmlik, su hopdurma qabiliyyəti, 

yuxarı horizontların nəmliyi aşağı düşür. Neft və neft məhsulları ilə çirklənmə torpaqda humusun miqdarını  və  tərkibini 

dəyişir, orqanik karbonun ümumi miqdarı artır, torpaqların qida rejimi dəyişir. 

Torpağa neftin karbohidrogenləri ilə yanaşı güclü mineraloji qrunt suyuda təsir edir. Qrunt suyu ilə çirklənmə xloridli-

natriumlu duzlaşmaya gətirib çıxarır. Torpağın fiziki-kimyəvi xüsusiyyətləri dəyişir, nəticədə torpağın uducu kompleksi və 

torpaq məhlulunun tərkibi transformasiyaya uğrayır. 

Tədqiqat sahəsi Abşeron yarımadasında Binəqədi Neft Qaz Çıxarma  İdarəsinin  ərazisində xam və neftlə çirklənmiş 

torpaq sahəsidir. Binəqədi Neft Qaz Çıxarma İdarəsi Abşeron yarımadasının köhnə mədən zonasına daxildir. Bakı şəhərinin 

şimal-qərb hissəsində,  şəhərdən 8-10 km məsafədə yerləşir.Şirkət Binəqədi, Sulutəpə, Çaxnaqlar, Qırməki,  Şabandağ, 

Silyanşor, Məhəmmədli və Masazır yataqlarında hasilat həyata keçirilir.Neft hasilat zonası kimi 1896-cı ildən fəaliyyət 

göstərir.Abşeron yarımadasının 2759 hektar ərazisi şirkətin istehsal zonasına daxildir.Rekultivasiya üçün nəzərdə tutulmuş 

24,7 ha sahəsi Binəqədi Neft Şirkətinin Balaxanı-Binəqədi və Mehdiabad-Bakı avtomobil yollarının arasında yerləşir.Bu 

məqsədlə Binəqədi NQÇİ-nin 2 saylı  mədən  ərazisində xam və neftlə çirklənmiş torpaq  sahələrində torpaq kəsimləri 

qoyulmuşdur. Kəsimlərdən götürülmüş nümulərin fizki-kimyəvi xüsusiyyətlərini təyin etmək üçün analizlər aparılmışdır.  

Xam ərazidə qoyulmuş torpaq kəsimlərindən götürülmüş nümunə (quru qalığa görə) duzsuz torpaqlardır. Üst qatı 0-25 

sm neftlə çirklənmiş kəsimin 25-100 sm qatı zəif duzlu hesab olunur, quru qalığın miqdarı 0,35-0,41% arasında dəyişir. Duz 

tərkibi sulfatlı-hidrokarbonatlı-xlorlu-natriumludur. Qrunt suyu torpağın üst 1 metr dərinliyində müşahidə edilir. Suyun 

duzluluğu 36,105 q/l təşgil edir. Duz tərkibi hidrokarbonatlı-sulfatlı-xlorlu-natriumludur.Bu  ərazidə xlorun miqdarı yol 

verilən həddən, ağır xlorlu şoranlığa qədər dəyişir. Quru qalığa görə duzluluq qrunt suyunda daha yüksəkdir 4,402 q/l. 

Ümumiyyətlə  mədən  ərazisində  şoran-şorakətli torpaqlar mədən sularının təsirindən mikroçökəklikdə  əmələ  gəlir. 

Mikroçökək yerlərdə duzlu qrun suyu səthə daha yaxındır.(0,60-1,00 m) 

 Binəqədi NQÇİ-nin 2 saylı ərazisindəki neftlə çirklənmiş torpaqlarının fiziki-kimyəvi göstəricilərindən məlum olur ki, 

bu  ərazinin torpaqlarının hiqroskopik nəmliyi torpaq profili üzrə xeyli dəyişkəndir. Çirklənməmiş bir saylı  kəsimin 

hiqroskopik nəmliyi profil üzrə 4-5% arasında dəyişir. Çirklənmiş 2 saylı  kəsimdə hiqroskopik nəmlik üstdən alt qatlara 

doğru endikcə azalır 5-3-2% təşkil edir. 0-40 sm qalınlığında çirklənmiş 3 saylı kəsimdə 2,3-3,4%, 4 saylı kəsimdə isə 0,9-

2,15% arasında dəyişir. Torpağın həcm çəkisi 1,34-1,70 q/sm

2

 ölçüsündə fərqlənir. Torpaqlarda humusun miqdarı üst 1m 



qatda 3,0-2,0% ölçüsündədir, neftlə çirklənmiş qatlarda 2,0%-dən 7,71%-ə qədər yüksəlir.Neftlə çirklənmiş qatda humusun 

miqdarının yüksək olması üzvi maddənin olması ilə əlaqədardır. Tədqiqat sahəsinin torpaqları qida maddələri ilə (NPK) çox 

zəif təmin olunmuşdur. 

Nəticədə neftlə çirklənmiş torpaqlarda morfogentik qatların rənginin dəyişilməsi  su, fiziki və fiziki-kimyəvi xassələrinin 

pisləşməsi müəyyən olunmuşdur. 

Binəqədi neftin ərazisində çirklənməmiş (fon) torpaqda bir saylı kəsimin 0-10 sm qatda heterotrof mikroorqanizmlərin sayı 4.10

5

 

karbohidrogenləri parçalayan mikroorqanizmlərin sayı isə 10



3

olmuşdur. Bu göstəricilər 10-30 sm alt qatda iki dəfə azalmışdır uyğun 

olaraq 2.10

4

və 10.



2

 qədərdir. 

Binəqədi neftin ərazisində gillicəli torpaqda qoyulmuş (neftlə çirklənmiş) 2 saylı kəsimin 0-25 sm çirklənmiş qatda heterotrof 

mikroorqanizmlərin 2.10

6

 karbohidrogenləri parçalayan mikroorqanizmləri isə 10



4

 olmuşdur. Çirklənmiş qatın altındakı qatda isə 

mikroorqanizmlər azalır. Torpağın 64-100 sm qatda isə mikroorqanizmlər kəskin azalaraq 2.10

3

, karbohidrogenləri parçalayan 



mikroorqanizmlərin ümumi sayı 10

2

-yəni cəmi 100 qədərdir. Binəqədi neft ərazisində neftlə çirklənmiş 4 saylı kəsimin 0-70 sm neftlə 



çirklənmiş qatda heterotrof mikroorqanizmlərin sayı 6,5/10

5

, karbohidrogenləri parçalayan mikroorqanizmlər isə 10



4

  qədərdir. 

Çirklənmənin alt qatlarında mikroorqanizmlər kəskin azalır. 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin