Microsoft Word H?s?nov Orxan 2254. docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix22.10.2022
ölçüsü0,69 Mb.
#65883
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
H s nov-Orxan 2254

Cədvəl 1.2.1 
Gücü ildə 1000 MVt olan elektrik stansiyalarının atmosferə buraxdığı 
tullantılar (tonla) 
Yanacaq 
Tullantılar 
karbohidrogenlər CO 
NO2 
SO2 
Hissəciklər 
Neft 
470 
700 
25000 
37000 
1200 
Təbii qaz 
34 

20000 
20,4 
500 
Daş kömür 
400 
2000 27000 
110000 
3000 
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 
Bu tullantıların tərkibinin əsasını olan karbon qazı təşkil edir ki, onun da 
miqdarı 1 mln ton, karbona çevirsək isə 1 Mt-a bərabər edir (MT-milyon ton). İES-
ları həmçinin çirkab suları vasitəsilə də mühitə zərər verir. Bu sular tərəfindən il 
ə
rzində 66 ton üzvi maddələr, 26 ton xlorid, 82 ton sulfat turşusu, 41 ton fosfatlar və 
təqribi 500 ton asılı maddələr ətraf mühitə buraxılır. İES-ları tərkibində çox vaxt 
radioaktiv maddələr olan kül ilə zəngin olur. Bu külün tərkibində həmçinin yüksək 
konsentrasiyalı ağır metallara da rast gəlinir. Daş kömürlə işləyən İstilik Elektrik 
Stansiyalarının fəaliyyət göstərməsi üçün il ərzində 3,6 mln ton kömür, 150 m3 su və 
təqribən 30 milyard m3 havaya ehtiyac vardır. Bir neçə il aktiv fəaliyyət 
göstərənİES-nın ətraf mühitə göstərmiş olduğu təsir qüvvəsi vulkanın mühitə 


28
göstərdiyi təsirqüvvəsinə bərabərdir. Lakin fərq orasındadır ki, vulkanın aktiv 
fəaliyyəti, məhsulların böyük miqdarda mühitə buraxılması müəyyən dəvr ərzində bir 
dəfə baş verdiyi halda, İES-lər bu işi daimi olaraq yerinə yetirirlər. Müqayisə üçün 
qeyd etmək olar ki, on min illər ərzində təbii mühitdə vulkanların fəaliyyəti insanın 
təsərrüfat fəaliyyəti nəticəsində əsasən qazıntı yanacağının yandırılması və parnik 
qazlarının atılması ilə əlaqədar 100-200 ildə atmosferə bu qədər nəzərə çarpacaq 
dərəcədə təsir göstərə bilməmişdir.
Ümumilikdə, energetikadayanacağın əksər hissəsi boş-boşuna (səmərəsiz) 
şə
kildə yandırılır. Yəni energetika qurğuların faydalı iş əmsalı yalnız 30-40% təşkil 
etməkdədir. Lakin, əldə olunmuş enerji bu və ya digər üsulla istifadə edilərək son 
nəticədə istilik enerjisinə çevrilir. Bu o deməkdir ki, biosferə və ətraf mühitə yalnız 
kimyəvi çirklənmə daxil olmur, bununla bərabər istilik çirklənməsi də mühitə nüfuz 
edir. Enerji obyektlərinin qaz, maye və sülb halında çirkləndiriciləri və tullantıları bir 
hissəsi qlobal, o cümlədən regional və lokal dəyişkənliyə səbəb olmaqla iki axında 
yayılır. Qeyd olunmuş hal təsərrüfatların müxtəlif sahələrində də baş verir, lakin yenə 
də, dünya üzrə qlobal çirkləndirici mənbə qismində energetika və qazıntı yanacağının 
yandırılması çıxış edir. Bu qazlar atmosferə nüfuz edir və onların toplanması 
nəticəsində atmosferin qaz tərkibinin dəyişməsinə səbəb olur, o cümlədən parnik 
qazlarının konsentrasiyası dəyişməklə istilik effekti yaradır. Bu fəaliyyətlər 
nəticəsində atmsferin qaz tərkibi də mənfi yönümdə xeyli dəyişmiş, xlorflüor 
karbohidrogenləri (freonlar) kimi əvvəllər praktiki olaraq rast gəlinməyən qazlar 
meydana gəlmişdir. Bu qazlar qlobal çirkləndiricilər kimi çıxış etməklə yüksək istilik 
effektinə malik olmaqla yanaşı, ən böyük təhlükələrdən hesab edilən strotosferin 
ozon pərdəsinin dağılmasında iştirak edir.
Ümumilikdə, qeyd etmək olar ki, müasir mərhələdə bütün zərərli sənaye 
tullantılarının miqdarının 20%-ni atmosferə atılmasına görə İES-lar məsuliyyət 
daşıyır. Onlar nəinki yerləşmiş olduğu coğrafi rayon və onun ətraf mühitinə, 
bütövlüklə biosferə təhlükəli dərəcədə təsir göstərirlər. İES-lərin çirkab suları da 
tərkibində küllü miqdarda zərərli maddələr daşıyır. Onlara vanadium, nikkel, flüor, 


29
fenollar və neft məhsulları aiddirlər. Bu çirkab sular və ərazidən axan leysan yağışları 
suları su hövzələrinə axıdıldıqda orada suyun keyfiyy tərkibinə mənfi təsir 
göstərməklə yanaşı su orqanizmlərinin də məhv olmasına səbəb olurlar. Suyun 
çirklənməsi həm də su hövzələrində temperaturun yüksəlməsi və oranın təbii 
hidrotermik rejiminin pozulması nəticəsində baş verir. Suyun çiçəkləməsi prosesləri 
intensiv hal alır, bu qazların suda həll olma qabiliyyəti aşağı salır, suyun bütünlükdə 
fiziki xassələri dəyişir, suda gedən bütün kimyəvi və bioloji proseslər sürətlənir və s. 
Su hövzəsinin isinməsi nəticəsində həmin zonada suyun şəffaflıq dərəcəsi azalır, asan 
oksidləşən maddələrin parçalanma prosesi isə sürətlənir. Belə su hövzələrində 
fotosintezin sürəti əhəmiyyətli dərəcədə aşağı düşür.
Atom elektrik stansiyaları (AES) dünya üzrə müxtəlif ölkələrdə geniş istifadə 
olunmaqdadır və nüvə energetikası dövrümüzdə ən perspektivli energetika 
mənbələrindən hesab olunur. Nüvə yanacağının əsas xüsusiyyəti ehtiyatının nisbətən 
çox olması olması, həm də təəssüflər olsun ki, ətraf mühitə neqativ təsir göstərmə 
qüvvəsi ilə səciyyələndirilir. AES-in nüvə yataqlarına bağlamamaq imkanının olması 
onların tikintisinin digər üstünlüyü hesab oluna bilər. Belə ki, AES-ları kiçik həcmə 
malik olduğundan onların daşınması üçün heç də böyük xərc tələb olunmur. Bu 
sahənin səmərəliliyini qeyd etmək üçün təkcə onu vyrğulamaq kifayətdir ki, 1000 ton 
daş kömürdən əldə olunmuş yanacaq yalnızca 0,5 kq nüvə yanacağından alınmış 
enerji miqdarına bərabərdir. Dünya ölkələrinin çoxillik təcrübəsi belə qənaətə 
gəlməyə əsas verir ki, AES-lərin istismarı və istifadəsi əhəmiyyətli dərəcədə ətraf 
mühitə təsir göstərməsə də bu təsir birdəfəlik və irimiqyaslı ola bilər. Cədvəl 1.1.2-
də il ərzində yanacaq sərfi və ətraf mühitin çirklənməsi üzrə gücü 1000 MVt olan 
AES və İES-lərin müqayisəli məlumatları verilir.

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin