Microsoft Word H?s?nov Orxan 2254. docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix22.10.2022
ölçüsü0,69 Mb.
#65883
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
H s nov-Orxan 2254

 
 
 
 


18
Qrafik 1.1.6 
İ
llər üzrə neft istehlakı həcmi 
 
Mənbə: İndexMundi saytı: indexmundi.com
Qrafik 6-dan göründüyü kimi ən az istehlak 1983-cü ildə günə 56 min barrel, 
ə
n çox isə 2013-cü ildə günə 90 min barrel olmuşdur. 
Hal hazırda, dünyada istifadə olunan energetika resurslarının əksər hissəsi, yəni 
80%-ə qədəri üzvi qazıntı yanacaq ehtiyatlarının (neft, kömür, qaz, torf), o 
cümlədənnisbətən az həcmdə oduncağın yandırılması prosesindən alınan enerjidən 
istifadə edilməsi ilə bağlıdır. Bildiyimiz kimi, bu, atmosferə böyük həcmdə karbon 


19
qazının buraxılmasına səbəb olur ki, bu isə öz növbəsində Yer kürəsindən əks olunan 
günəş şüalarının qarşısını almaq qabiliyyətinə malikdir. Hal hazırda, ilkin enerji 
mənbələrininekoloji baxımdan az maraq doğurmayan təsnifatı da mövcuddur ki, o da 
öz növbəsində enerji mənbələrinin kommersiya (ticarət) və qeyri kommersiya 
mənbələrinə bölünür.Bunlardan, bərk (daş kömür, torf, yanar şistlər, bitumlu qumlar), 
maye (neft və qaz konsendatı) qazşəkilli (təbii qaz) yanacaq növləri və ilkin elektrik 
(nüvə, hidroelektrik, istilik, külək, geotermal, günəş, qabarma və dalğa 
stansiyalarında əldə olunan elektrik enerjisi) kommersiya enerji mənbələrinə aiddir. 
Qeyri kommersiya mənbələri dedikdə isə, digər enerji mənbələri başa düşülür ki, 
onlara da odun, kənd təsərrüfatı, sənaye və sülb məişət tullantıları, işçi mal-qaranın 
və insanın özünün əzələ gücü aid olunur.Qeyd edək ki, ümumi istifadə olunan 
enerjinin 30%-ə qədərini kommersiya enerji mənbələri təşkil edir. Bu da onu deməyə 
ə
sas veri rki, dünya energetikası kommersiya enerji mənbələri əsaslıdır. Bəzi 
məlumatlara görə XX əsrin 90-cı illərinin ortalarında kommersiya enerjisinin dünya 
üzrə istifadəsinin əhalinin adambaşına təxminən 2,2 t təşkil etmişdir. Lakin dünyada 
bir sıra ölkələr qrupunda (Afrikanın mərkəzi hissəsi, Cənubi-şərqi Asiya, qismən 
mərkəzi və Cənubi Amerika) əksər əhali öz yaşayışını demək olar ki, yalnız qeyri 
kommersiya enerji mənbələri hesabına saxlayır. XX əsrin 50-ci illərinin 
başlanğıcında dünya energetikası kommersiya enerjisindən istifadə tempinin 
sürətlənməsi ilə səciyyələnir [8].
XX əsrin birinci yarısına nəzər salsaq, həmin dövr üçün kommersiya enerji 
mənbələri sırasında daş kömürdən istifadənin xüsusilə fərqləndiyinin şahidi olarıq, 
belə ki daş kömür yanacaq istifadə mənbəsi kimi qeyd olunan ərəfədə birinci yeri 
tuturdu (1950-ci ilə qədər 60%-dən artıq). Lakin bu dövr uzun çəknədi, tezliklə daş 
kömür neftlə əvəzləndi.Belə ki, neft istehsalatında kəskin artım müşahidə olundu ki, 
bu öz növbəsindədaha əlverişli neft yataqlarının aşkar olunması ilə əlaqədar idi. 


20
1950-ci ildə dünyada neft ehtiyatı 10,5 milyard tona qədər, 1973-cü ildə isə 91 
milyard tondan artıq təşkil etmişdir, artım əsasən Yaxın Şərq ölkələrinin hesabına idi. 
Sonralar neft ehtiyatı, Alyaska, Qərbi Sibir, Şimal dənizi və Meksikanın hesabına 
artdı. 1950-ci ildən 1975-ci il daxil olmaqla neftdən istifadə böyük sürətlə artdı (ildə 
7,5%-ə qədər). 1973-cü ildən sonra neftdən istifadə 33,5-4,0 Qtu.ton/il səviyyəsində 
sabitləşdi. Təbii qazdan istifadə yeknəsək qaydada ildə 5%-ə qədər artaraq, 1994-cü 
ildə 2,67 Qtu.ton-a çatdı, 2002-ci ildə isə 3,5 Qtu.tonu keçdi [8]. 
1950-ci ildən 1975-ci ilədək dünya enerji bazarının ilkin kommersiya 
energetika mənbələri strukturunda daş kömürün hakim olduğu pay 58%-dən 28%-ə 
qədər aşağı düşdü. Lakin, 1973-cü ilin sonlarındadaş kömürdən istifadəyə maraq artdı 
(30%-ə qədər) ki, buna da səbəb qeyd olunan dövrdə dünyada enerji krizisinin 
yaşanması oldu. XX əsrin sonlarında isə dünya energetika bazarında daş kömürdən 
istifadə stabilləşərəkkommersiya enerjisinin müasir dünyadakı istifadəsinin 28-30% 
səviyyəsinə bərabər oldu, yəni bu göstərici 3,36 Qtu.ton təşkil etmişdir.
Dünyanın bütün ölkələrinienerji resurslarından istifadə səviyyəsinə görə bir 
neçə qrupa bölmək olar ki, bunlara da inkişaf etmiş sənaye ölkələri, keçid qrupu 
ölkələri, yeni inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr aiddirlər. 
Adından bəlli olduğu kimi, inkişaf etmiş sənaye ölkələri enerjidən optimal 
səviyyədə istifadə etmələri (2-14 t.y.t/nəfər·il) və illik əhali artımının aşağı olması ilə 
fərqlənirlər. Bu ölkələrə misala olaraq, ABŞ, Kanada, Yaponiya, Avropanın əksər 
ölkələri (hətta Estoniya, Çexiya, Slovakiya, Sloveniya), həmçinin Yeni Zenlandiya, 
Avstraliya və b. göstərmək olar ki, onlar enerjidən effektiv istifadə və əhali sayının 
nəzarətdə saxlanımasına nail olmuşlar. Bu qrup ölkələrin əsas səciyyəvi xüsusiyyəti 
ə
halisi tərəfindən adambaşına istehlak edilən enerjinin stabilləşməsi hesab olunur. 
Keçid qrupuna daxil olan ölkələr demoqrafik sabitliyə praktiki olaraq nail 
olsalar da, hələ də enerji ilə tam təmin olunmamışlar. Bu qrupun tərkibinə Rusiya, 


21
Polşa, Litva, Xorvatiya, Bolqarıstan, Portuqaliya, həmçinin Uruqvay, Argentina və 
digər ölkələr daxildir. 
Yeni inkişaf etmiş və ya orta gəlirli ölkələrisə enerji resurslarının istismarı 
zamanı onlardan, optimal səviyyədən az istifadə etmələri ilə fərqlənirlər. Əhalinin 
təbii artımı göstəricisinə gəldikdə isə, bu göstərici orta qiymət səviyyəsində olub ildə 
1,0%-dən çox olmur. Bu qrup ölkələrə Azərbaycan Qazaxıstan, Özbəkistan, 
Moldava, Monqolustan, Kuba, Malaziya, Kareya, Livan, Meksika, Suriya, Çili, 
Ekvador, Koreya, və digərləri aiddir.
Xüsusi qrup ölkələr də vardır ki, onlara neft ixrac edən ölkələr deyə bilərik. Bu 
ölkələr az sayda olmaqla yanaşı olduqca böyük həcmdə enerji resurslarına malikdirlər 
və enerjini optimal miqdardan qat-qat çox istehlak etmələri, əhali artımının optimal 
səviyyədən xeyli artıq olması ilə fərqlənir. Bu ölkələri həmçinin, xüsusi keçid 
qrupuna da aid etmək olar ki, enerji sərvətləri ilə zəngin olması bu ölkələrdə 
demoqrafik stabilləşmədən əvvəl baş vermişdir. Bu qrupa Bəhreyn, Küveyt, Qatar, 
Bruney, Liviya, Oman, Səudiyyə Ərəbistanı, Venesuela və Trinidad daxildir. 
Digər bir qrup ölkələr də vardır ki, bunlara inkişaf etməkdə olan ölkələr və ya 
Dünya Bankının termininə əsasən adlandırsaq, aşağı gəlirli ölkələr demək olar. Adı 
çəkilən ölkələr, enerjini optimal səviyyədən xeyli az istifadə edirlər. Bu ölkələrdəki 
demoqrafik vəziyyətə nəzər salsaq isə görərik ki, əhali artımı bir qayda olaraq dünya 
səviyyəsindən xeyli yüksəkdir. Buraya dünyanın yerdə qalan ölkələrini aid etmək 
olar.
Danılmaz faktdır ki, respublikamızdakı yanacaq-enerji komplekslərinin inkişafı 
SOCAR-la sıx əlaqəlidir. Məlum olduğu kimi, SOCAR Azərbaycan Respublikası 
ə
razisində təbii neft-qaz məhsullarının nəqli, istehsalı, paylanması və satışını həyata 
keçirən bir qurumdur. Bu qurum ölkənin ticarət əlaqələrində də önəmli rol oynayır, 
belə ki, SOCAR vasitəsilə hasil olunan təbii qazın və neftin İran İslam 
Respublikasına, Gürcüstana və Rusiya Federasiyasına satışı həyata keçirilir. 


22
Ümumilikdə bir ildə xaricə və ölkə daxilində ortalama 12,6 miliyard m3 qaz nəql 
edilir. 
Xəzər dənizində yerləşən "Şahdəniz" və Azəri-Çıraq-Günəşli yataqları, oradan 
hasil olunan qazın emalı, qaz həcmlərinin dünya bazarlarına çıxarılmasının təmin 
olunması, bağlanmış müqavilələrinin icrası, beynəlxalq yanacaq-energetika bazarında 
Azərbaycanın nüfuzunun artırılması, qaz idxal edən dünya dövlətləri ilə etibarlı və 
stabil şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyasının həyata 
keçirilməsi və qaz tədarükünün coğrafi arealının genişləndirilməsi fəaliyyəti yerinə 
yetirilir. 
Azərbaycan Respublikası qazının Gürcüstana, İran İslam Respublikasına və 
Rusiya Federasiyasına ixracı, o cümlədən, İran İslam Respublikasının ərazisi ilə 
Naxçıvan Muxtar Respublikasına təchiz olunan qazın təhlükəsiz və səmərəli ixrac-
idxal olunması və çatdırılma məntəqələrində təhvil-qəbul əməliyyatlarının aparılması 
təmin edilir. SOCAR hal-hazırda ölkədən kənara üç məntəqədən - "Qərb qaz 
sahəsi"ndən Gürcüstana, "Şimal qaz sahəsi"ndən Rusiya Federasiyasına və "Cənub 
qaz sahəsi"ndən İran İslam Respublikasına qaz ixracını, eyni zamanda Naxçıvan 
Muxtar Respublikasının təbii qazla təchiz olunması məqsədi ilə İran İslam 
Respublikasından "Culfa qaz sahəsi" vasitəsilə qaz idxalını həyata keçirir. Azəri-
Çıraq-Günəşlidən hasil olunan qaz və "Şahdəniz" yatağından qəbul olunan qaz 
kütlələri Səngəçal Baş Qurğuları qaz sahəsində qəbul olunaraq, dövlətlərarası qaz 
ölçmə stansiyalarında ixrac olunan ölkələrin nəql sisteminə ötürülür.
Xarici ticarət və investisiya cəlbindən savayı, daxili iqtisadi inkişafda 
energetikanın əhəmiyyəti yüksəkdir. Ölkədə enerji məhsullarınıniqtisadi fəaliyyət 
növləri üzrə isistehlakının illərə əsasən əks olunduğu cədvələ baxsaq (Cədvəl 1.1.2) 
ə
sas yükün xam neft, təbii qaz və elektrik enerjisi üzərinə düşdüyünü görə bilərik. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin