Microsoft Word H?s?nov Orxan 2254. docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix22.10.2022
ölçüsü0,69 Mb.
#65883
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
H s nov-Orxan 2254

Cədvəl 1.2.2 
Yanacaq sərfi və ətraf mühitin çirklənməsi 
 
Mühitə təsir göstərən faktorlar 
İ
ES 
AES 


30
Tullantılar: 
Karbon qazı 
10 mln ton 

Kükürd anhidridi və digər birləşmələr 
400 min ton 

Kül 
100 min ton 

Radioaktiv maddələr 

2 ton 
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 
Cədvəldəki göstəricilərə əsasən, üzvi yanacağa əsaslanan energetika ilə 
müqayisədə atom energetikasının müsbət tərəfləri daha çoxdur. AES-lərin normal iş 
rejimində ətraf mühitə olduqca az miqdarda radioaktiv elementlər buraxılır. 
Müqayisə üçün bildirmək olar ki, AES-larında bu maddələr eyni gücdə olan İES-lərə 
nisbətən orta hesabla 2-4 dəfə azdır. 
 
Cədvəl 1.2.3 
İ
stifadə olunan yanacaqdan asılı olaraq elektrik stansiyalarının ətraf mühitə təsiri
Yanacaq 
Zərərli tullantılar 
Ətraf mühitə təsir 
İqtisadi ziyan 
(şərti vahid) 
Daş kömür, mazut 
Kükürd 
iki 
oksid, 
karbon qazı, benzopirin
Turşulu yağışlar, parnik effekti 5 Mt 
 
Təbii qaz 
Azot 2 oksid, karbon 
qazı
Çirklənmə, 
yanmış 
məhsulların, 
istehsalın 
və 
yanacağın nəqlinin təsirindən 
ekosistemin deqradasiyası
1,5 Mt 
Nüvə yanacağı 
Radioaktivlər
Təyin olunmuş normaya və 
təbii 
fona 
nisbətən 
radioaktivlik aşağıdır 
1,0 Mt 
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 
Az öncə AES-larının ekoloji “təhlükəsizliyindən” söz açılarkən, bu məsələnin 
qəfil və dağıdıcı gücə sahib olması barədə qeyd olunmuşdu. 1986-cı ilin mayına 
qədər dünyada işləyən 400 atom elektrobloku 17%-dən artıq elektrik enerjisi verərək, 


31
radioaktivlik fonunu 0,02%-dən çox artırmamışdır. Çernobıl faciəsinə qədər keçmiş 
SSRİ ərazisində AES-lər də digər istehsal sahələrinə nisbətən olduqca az istehsalat 
travması baş vermişdir [8]. Faciəyə qədər 30 il ərzində qeyri-radiasiya səbəbindən 
qəzalar nəticəsində cəmi 17 adam tələf olmuşdur. 1986-cı ildən sonra isə haqlı olaraq 
AES-lərəsas ekoloji təhlükəyə səbəb olması qəza ilə əlaqələndirilir. Hərçənd hal-
hazırda yeni texnoloji inkişaf ərəfəsində AES-lərdə qəza hadisəsinin baş vermə 
ehtimalı çox aşağıdır, lakin o, istisna deyildir. Bu çərçivədə Çernobıl AES-in 4-cü 
blokunda baş vermiş dəhşətli faciə ən böyük qəza sayılır.
Çernobıl AES-dəki qəza nəticəsində dəyən zərər olduqca irimiqyaslıdır. Bu 
ekologiyaya və ətrafda yaşayan insanların həyatına faciəli şəkildə təsir etmiş, bir sıra 
ş
üa xəstəliklərinin yaranmasına səbəb oldu ki, bunun izləri illər keçsə də özünü 
göstərməkdə davam edir. Qəza zamanı təxminən 2 min kilometr radiusunda ərazi 
radioaktiv çirklənməyə məruz qalmışdır və bu 20-dən artıq ölkəni əhatə 
etmişdir.Keçmiş SSRİ-nin11 vilayəti zərər görmüşdür ki, orada da 17 mln əhali 
yaşayırdı. Ümumilikdə çirklənməyə məruz qalmış ərazinin sahəsi 8 mln ha və ya 
800000 km2-dən artıq olmuşdur. Bu dəhşətli hadisədə 31 adam ölmüş, 200 nəfərdən 
çox insan təhlükəli radiasiya dozası almışlar ki, bu da nəticədə şüa xəstəliyinə gətirib 
çıxarmışdır. Fəlakətdən dərhal sonra 115 min adam daha təhlükəli zonadan (30 km-
lik) köçürülməsi təşkil edilmişdir. Rəsmi məlumatlara əsasən hadisədən sonra da 
ölənl, yaralanan və köçürülənlərin sayı artmışdır. Və daha dəhşətlisi də budur ki, 
külək vasitəsilə radioaktiv maddələrin yayılması baş vermiş, yanğınlar, nəqliyyat və 
s. vasitəsilə çirklənmə sahəsi daha da genişlənmişdir. Qəzanın və yaratmış olduğu 
ağır xəstəliklərin nəticələri neçə-neçə nəsillərin həyatında təsirini göstərmişdir və 
göstərməkdədir.Bu qəza bir sıra ölkələr üçün təbil çalmış və nəticədə, faciədən dərhal 
sonra bir neçə ölkələrdə cəmiyyətin təkidi nəticəsində AES-lərin tikilməsi proqramı 
müvəqqəti olaraq dayandırılmışdır, lakin həmin ərəfədə də 34 ölkə üzrə atom 
energetikası inkişaf yolunu davam etdirdi. 1990-cı ildə 10 yeni AES elektrik 
şə
bəkəsinə qoşulmaqla istifadəyə verildi. 2000-ci ilin sonunun məlumatına əsasən isə 


32
dünyada istifadədə olan AES-lərin 436 bloku mövcuddur. Bütün təhlükələrə rəğmən 
AES-lərin tikintisi hazırda da davam etdirilməkdədir. 
Ümumilikdə fəaliyyət göstərən AES-lər dünya enerji istehsalının 17%-ni təşkil 
etməkdədir. Orta hesabla götürsək, dünya üzrə bütün elektrik enerjisinin 50%-ni 
təkcə Qərbi Avropadakı AES-lər istehsal edir. Müqayisə üçün qeyd edək ki, əgər 
hazırda fəaliyyə göstərən bütün AES-ları İES-ları ilə əvəzlənərsə, dünya 
iqtisadiyyatına, bütün planetimizə və ayrılıqda hər bir fərdəbərpası qeyri- mümkün 
olan zərər yetirilərdi. Bu nəticə həm də ona əsaslanır ki, AES-lardan əldə olunan 
enerji eyni zamanda Yerin atmosferə illik olaraq İES vasitəsilə üzvi yanacağın 
yandırılmasından alınan 2200 mln ton karbon qazının, 90 mln ton kükürd-2-oksidin 
və 40 mln ton azot oksidinin buraxılmasının qarşısını alır.
Bundan başqa, üzvi maddələr (daş kömür, neft) yandırılarkən atmosferə 
tərkibində əsasən yarımparçalanma dövrü 1600 ilə qədər davam edən radium 
izotopları olan çoxlu miqdarda radioaktiv maddələr atılır [8]. Bu səbəbdən, adətən, 
AES-lərin tikinti işləri iri şəhərlərdən və yaşayış məntəqələrindənminimum 30-35 km 
aralı məsafədə aparılmalıdır. Bu stansiyaların tikinti sahəsi havası yenilənən 
(təmizlənən), daşqın suları çatmayansahələrdə seçilməlidir. AES-lərin ətrafında 
ə
halinin yaşamasını qadağan edən qoruyucu zona ayrılır. Qlobal yanacaq-energetika 
problemlərin tədqiqatlarına əsaslananbir çox yüksək nüfuzlu beynəlxalq təşkilatlar 
dünya atom energetikasının inkişaf imkanlarını dəyərləndirərkən 2010-2020-ci 
illərdən sonra ümumdünya səviyyəsində AES-lərin tikintisinin genişləndirilməsinə 
tələbin bir daha artmasını proqnoz edilir.


33

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin