Microsoft Word 87 Agciyer vereminin cerrahi mudaxileler 3


Cərrahi müdaxilələrin aparılması müddətləri



Yüklə 259,35 Kb.
səhifə15/26
tarix28.12.2021
ölçüsü259,35 Kb.
#12808
1   ...   11   12   13   14   15   16   17   18   ...   26
Cərrahi müdaxilələrin aparılması müddətləri 

Praktik olaraq hər bir kimyəvi terapiya kursunun əvvəlində 

xəstənin vəziyyətində müsbətə doğru dəyişiklik müşahidə olunur. İlk 

əlamətlərdən biri öskürəyin, nəfəs çatışmazlığının, zəifliyin və 

bəlğəmin miqdarının azalması  və irinli bəlğəmin selikli bəlğəm ilə 

əvəz olunmasıdır. Bu, bakteriya ifrazının həcminin azalması  və ya 

tamamilə  kəsilməsi ilə müşayiət olunur. Müalicə fonunda vərəmin 

fəallığına nəzarət etmək məqsədi ilə bəlğəmin hər həftə mikroskopik 

müayinəsi və əkilməsi aparılır

6

. Bu, artıq müalicənin başlanmasından 



1-2 həftə sonra vərəm fəallığının azalması barədə  məlumat  əldə 

etməyə imkan verir. 

Sonrakı dövrlərdə xəstələrin müəyyən hissəsində bakteriya ifrazı 

və onun intensivliyi müalicənin başlanğıcında olan səviyyəyə 

qayıdır. Həmçinin bu mərhələdə DD da formalaşır. Məhz bu 

xəstələrdə müalicədə  uğursuzluq müşahidə olunur. Beləliklə, 

vərəmin fəallığının müvəqqəti azaldığı bir “pəncərə” dövrü 

mövcuddur. Bu cərrahi müdaxilə üçün ən  əlverişli müddətdir: 

əməliyyatlar bu dövrdə keçirildikdə  fəsadlaşma daha az hallarda 

müşahidə olunur. Bundan başqa,  əməliyyatdan sonrakı dövrdə 

kimyəvi terapiya öz qüvvəsini saxlamış olur, çünki bu dövrdə DD 

inkişaf etməmiş olur. 

Hal-hazırda “pəncərə”, yəni ÇDD olan xəstələrdə  vərəm 

prosesinin fəallığının azalması dövrünün kimyəvi terapiya 

başlandıqdan sonrakı 2-6 aya təsadüf etməsi haqda kifayət qədər 

məlumat var

6,11,12

.

 




Yüklə 259,35 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin