Microsoft Word 87 Agciyer vereminin cerrahi mudaxileler 3


Vərəmin residiv vermə riski



Yüklə 259,35 Kb.
səhifə11/26
tarix28.12.2021
ölçüsü259,35 Kb.
#12808
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
Vərəmin residiv vermə riski. Bir sıra hallarda, bakteriya ifrazının 

dayanmasına baxmayaraq, polirezistent vərəmli xəstələrdə iri 

tuberkuloma və qalın divarlı kavernalar şəklində qalıq dəyişikliklər 

formalaşa bilər və bunlar gələcəkdə  vərəmin residivinə  səbəb ola 

bilər. Belə hallarda residivin qarşısının alınması məqsədi ilə cərrahi 

müdaxiləyə ehtiyac əmələ gələ bilər. 



Vərəmin fəsadları. Bu qrup xəstələrdə cərrahi müalicəyə göstəriş 

vərəmin fəsadlarının əmələ gəlməsi zamanı ortaya çıxa bilər. 



ÇDD və ya GDD vərəm və cərrahiyyə 

1-ci sıra vərəm  əleyhinə  dərmanlarla müalicənin nəticələri 

qənaətbəxş olmadığı hallarda 2-ci sıra vərəm əleyhinə dərmanlardan 

maksimum geniş  şəkildə istifadə olunur. Lakin son illərdə onların 

effektivliyinin azalması meyilləri müşahidə olunur. Bu səbəbdən belə 

xəstələrin müalicəsində cərrahi müdaxilənin rolu kəskin şəkildə artır. 

Fəsadların yüksək riskinə baxmayaraq bəzi xəstələr üçün cərrahi 

müdaxilə seçim üsulu kimi qalmaqdadır. Ümumiyyətlə, ÇDD/GDD 

olan xəstələrə  cərrahi müdaxilə müalicənin effektinin artmasına və 

onların sağ qalmaq ehtimalının artmasına imkan verir. 

ÇDD olan xəstələrin müalicəsi zamanı  cərrahi müdaxilə üçün 

göstərişlər digər DD formalarda olduğu kimi müəyyənləşdirilir:  

 

Müalicənin uğursuzluğu riski  



 

Vərəmin residiv vermə riski 



 

Vərəmin fəsadlaşması 



ÇDD və GDD olan hər bir xəstənin müalicə proqramının tərtib 

edilməsində proqnozlaşdırmanın rolu çox böyük əhəmiyyət kəsb edir. 




Yüklə 259,35 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin