Microsoft Word 87 Agciyer vereminin cerrahi mudaxileler 3


Vərəmin residiv vermə riski olan xəstələr



Yüklə 259,35 Kb.
səhifə10/26
tarix28.12.2021
ölçüsü259,35 Kb.
#12808
1   ...   6   7   8   9   10   11   12   13   ...   26
Vərəmin residiv vermə riski olan xəstələr. Bu qrupa müalicə 

əsnasında bakteriya ifrazı kəsilmiş, lakin ağciyər toxumasında böyük 

ehtimalla residivlə  nəticələnə bilən qalıq dəyişiklikləri formalaşan 

xəstələr aiddir

17

. Belə  dəyişikliklərə iri tuberkulomalar və qalın 



divarlı kavernalar aiddir (B)

Vərəmin fəsadları. Bu qrup xəstələrdə, digər qruplarda olduğu 

kimi, vərəmin fəsadları (spontan pnevmotoraks, plevranın 

empieması, ağciyər qanaxması)  əmələ  gəldiyi halda təcili cərrahi 

müdaxilə göstərişdir. 



Mono- və polirezistent vərəm və cərrahiyyə 

Müalicədə  uğursuzluq riski. Bu qrupa vərəm  əleyhinə 

dərmanlara qarşı müxtəlif spektrli rezistentliyi olan, lakin müştərək 

olaraq izoniazidlə rifampisinə qarşı davamlılığı olmayan xəstələr 

daxildir. Mahiyyət etibarı ilə bu, ÇDD VMB-nin formalaşmasında 

aralıq mərhələdir. Bu qrup xəstələrin müalicə sxemində 2-ci sıra 

dərman vasitələri istifadə edildiyi hallarda onlara qarşı da 

rezistentliyin formalaşması ehtimalı artır. Buna görə müalicə 

nəticələrinin və  cərrahi müdaxilənin proqnozlaşdırılması  nəinki 

müalicə uğursuzluğunun qarşısının alınmasında, eləcə də rezistentliyi 

daha yüksək – ÇDD VMB və GDD VMB-dən vərəm formalarının 

əmələ gəlməsinin qarşısının alınmasında da mühüm rol oynayır. 

Bu qrupda uğursuz müalicənin proqnozlaşdırılması ÇDD olan 

xəstələrdə olduğu kimi eyni prinsiplərə əsaslanır. 

Bir qayda olaraq, müalicə  uğursuzluqları ÇDD vərəmin 

formalaşmasına gətirir və belə xəstələr “Ağciyər vərəminin kimyəvi 

terapiyası üzrə klinik protokol”a uyğun olaraq sonrakı müalicəyə 

keçirilirlər. 

Müəyyən hallarda DD-nin spektrinin dəyişməz qalmasına 

baxmayaraq bakteriya ifrazının dayanması müşahidə edilmir. Belə 

hallarda da cərrahi müalicə üçün göstərişlər yarana bilər. Belə 

vəziyyəti proqnozlaşdırmaq çətin olduğundan uğursuz müalicə faktı 

qeyd edildikdən sonra ÇDD vərəmin empirik müalicəsi haqqında 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

14

qərar qəbul edilmədiyi hallarda cərrahi müdaxiləyə göstəriş verilə 



bilər. 


Yüklə 259,35 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin