Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə14/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   10   11   12   13   14   15   16   17   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

53

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

olunan bu keçid Nd atomları ilə  aşqarlanmış GeS laylı monokristalından həmin oblastlarda işləyən 

optoelektron qurğuları yaratmaq imkanı verir. 

GeS polikristalını termik vakuum üfürməsi metodu ilə soyuq altlığa hopdurduqda amorf nazik 

təbəqələri alınır. Həmin nazik təbəqələrə NTE hopdurmaqla çox geniş funksional imkanlara malik 

yarımkeçirici çeviricilər hazırlamaq mümkündür. 

Bütün yuxarıda sadalanan faktlar qəti  şəkildə onu deməyə imkan verir ki, GeS laylı mono-

kristalından, nazik təbəqələrindən,  Şottki çəpərindən foto- və optoelektronikada iqtisadi cəhətdən 

səmərəli, ekoloji cəhətdən təhlükəsiz yarımkeçirici maddə kimi istifadə etmək olar. 

 

 

GeS - REALLIQLAR VƏ PERSPEKTİVLƏR 

 

A.S.ƏLƏKBƏROV, N.B.NADİROVA, S.T. SƏFƏROVA, X.A.ƏLƏKBƏROV 

Azərbaycan Dovlət Pedaqoji Universiteti 



aydin60@inbox.ru 

AZƏRBAYCAN 



 

A

IV



B

VI

 tip yarımkeçirici birləşmələr 50 ildən artıq bir müddətdir ki, ətraflı tədqiq olunur. Bu tip 



kristallara aid olan GeS laylı monokristalı  həm laylara perpendikulyar istiqamətdə, həm də layların 

səthində güclü anizotropluğa malikdir. Bu xassəyə  əsaslanmaqla  germanium monosulfidindən 

polyarizasiyalı fotoqəbuledicilər  hazırlamaq mümkündür.  Aparılan çox saylı tədqiqatlar göstərdi ki, 

GeS laylı monokristalından yaddaş elementi kimi,  spektrin  infraqırmızı oblastından fotohəssas  işıq  

çeviricisi kimi habelə, holoqram yazılışlarında ifadə əlverlişli maddə kimi istifadə etmək olar.  

Laylı kristalları digər kristallardan fərqləndirən mühüm xüsusiyyət onlara müxtəlif kimyəvi aktiv 

atomların interkalyasiya etməyin mümkünlüdür. Belə ki, layların səthindəki atomlar arasında kovalent 

və ion rabitələri mövcud olduğu halda, laylar arasındakı rabitə zəif molekulyar və ya Van der Vaals 

rabitəsidir. Ona görə  də müxtəlif tipli aşqar atomların laylar arasına interkalyasiya etmək ehtimalı 

böyükdür.  

Son beş il müddətində ABŞ-ın Şimali Korolina Universitetinin alimləri GeS laylı monokristalın-

dan xüsusi texnalogiyanın köməyi ilə qalınlığı 20-30 nm,  uzunluğu 200mkm olan nazik təbəqələr 

hazırlamışlar. Bu təbəqələr çox sayda litium ionlarını saxlamaq qabiliyyətinə malikdir. Praktiki olaraq 

bu o deməkdir ki, alınmış bu nanostrukturdan nəhəng tutuma malik kondensatorlar hazırlamaq 

mümkündür. Bu sahədə aparılan tədqiqatların nəticələri onu deməyə  əsas verir ki, GeS laylı 

monokristalında daha böyük faydalı  iş  əmsalına malik Günəş bateriyaları    hazırlamaq mümkündür. 

Ənənəvi silisium bateyeraların fərqli olaraq GeS fotoelementləri ucuz başa gəlir və zəhərli deyil.  

GeS laylı monokristalı yüksək müqavimətli (106-108Om∙sm) fotohəssas, düz keçidli yarımkeçi-

rici maddə olduğundan onun fotoelektrik və optik xassələri daha çox tədqiq olunmuşdur. Aparılan  

sonrakı  tədqiqat işləri bir kristalın praktiki imkanlarını genişləndirmək istiqamətində olunmuş. 

Ənənəvi olaraq  bunu kristala müxtəlif aşqar atomları vurmaq və ya xarici təsirlər vasitəsi ilə etmək 

mümkündür. GeS laylı monokristalının fotokeçiricilik spektrinin tədqiq edərkən müxtəlif dozalı 

qamma şüalarının fotokeçiriciliyə əsaslı təsir etdiyi məlum oldu.  

Son dövrlərdə kosmonavtikanın sürətli inkişafı müasir tələblərə cavab verə biləcək informasiya 

vasitələrin yaradılmasını  tələb edir. Bu səbəbdən də elektron cihazların,o cümlədən  fotoqəbuledi-

cilərin  radiasiyaya dözümlülüyünü müxtəlif təbiətə malik kosmik şüaların həmin cihazların iş 

prinsipinə təsirini öyrənmək aktual məsələlərdən biridir. Ona görə də müxtəlif dozalı qamma şüaların 

GeS kristalından hazırlanmış nümunələrə təsirini tədqiq etmək zərurəti yaratmışdır.  

GeS laylı monokristalın 

60

Co mənbəyi vasitəsi ilə 30 knad dozada şüalandırdıqda fotokeçiriciliyin 



~30% artdığı müşahidə edildi. Qamma şüalarının təsiri ilə yaranan defektlər, o cümlədən kation və 

anion vakansiyaları GeS monokristalının optik xassələrinə, optik udulmaya və fotolümensensiya  

hadisəsinə  də  təsir göstərilmişdir. Bizim üçün maraqlı olan bu şüalanmanın kristalda interkalyasiya  

hadisəsinə  təsiridir. Doğurdan da, litium ionlarının qamma şüalanmasına məruz qalmış GeS 

monokristalında sayını artırmaq mümkün olsa, daha prespektivli Günəş bateriyaları yaratmaq imkanı 

meydana gəlir. Praktiki cəhətdən maraqlı olan odur ki, şüalanmanın təsirindən sonra baş verən struktur 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

54

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

dəyişiklikləri davamlıdır və otaq temperaturunda müşahidə edilir. Bu isə hazırlanmış cihazların 

etibarlılığını artırır və onun işçi rejimini təmin etmək üçün əlavə kriogen qurğular tələb etmir. 

Şüalanmanın nisbətən yüksək dozaları (50 knad və daha çox) isə strukturda deqradasiya etdiyindən 

fotokeçericiliyin kəskin azalması (~10 dəfə) müşahidə olunur.  

GeS maddəsini yalnız kristallik halda deyil amorf halda da almaq mümkündür. Bu halda aşqar 

kimi vurulan atomlar amorf  matrisanın yaxın ətrafına daha güclü təsir etməklə onun optik xassələrinə 

güclü təsir edir.  

Bütün yuxarıda göstərilənlər onu deməyə  əsas verir ki, GeS laylı monokristalı müasir foto və  

Günəş nanoelektronikası  üçün həm nəzəri, həm də praktiki cəhətdən prespektivli maddədir.  



 

 

GÜMÜŞ-SULFİD NAZİK  TƏBƏQƏLƏRİNİN KVANT-KİMYƏVİ 

HESABLANMASI 

VƏ  QURULUŞ-XASSƏ ƏLAQƏSİNİN ANALİZİ 

 

Nazım TOLA

 

Qafqaz Universiteti 



mntola@qu.edu.az 

AZƏRBAYCAN



 

N.S. NƏBİYEV 

 

Bakı Dövlət Universiteti 



nnebiyev@qu.edu.az 

AZƏRBAYCAN



M.Ə.RAMAZANOV 

Bakı Dövlət  

Universiteti 

AZƏRBAYCAN



 

 

Halogen tərkibli yarımkeçirici nazik təbəqələr geniş  tətbiq imkanına malik materiallar olduqla-



rından, müxtəlif elm sahəsində çalışan tədqiqatçıların, diqqət mərkəzindədirlər. I-VI qrup elemet-

lərinin birləşmələri ailəsinə daxil olan gümüş-sülfid(Ag

2

S)-in nazik təbəqələri yarımkeçirici xassəsinə 



malik və intensiv tədqiq olunan qəyri-üzvi maddələrdir. Bu təbəqələr amorf və kristal quruluş 

elementləri mövcud  fəza quruluşuna malik ola bilirlər.  Gümüş-sülfidlərin 3 cür kristal  formasına rast 

gəlinir:  176°C-dən aşağı  temperaturlarda , mono-klinik quruluşlu  akantitlər təbiətdə sərbəst şəkildə  

mövcutdur, 176 °C-dən yuxarı temperaturlarda həcmə  mərkəzləşmiş, 571°C-dən yuxarı tempe-

raturlarda isə üzə mərkəzləşmiş kübik qafəs quruluşa malik  argentitlərin əldə edilməsi texnologiyası 

isə yaxşı  mənimsənilib və elm-texnoloğiyanın müxtəlif sahələrində geniş istifadə olunur. Bu 

materialların  ən geniş istifadə olunduğu sahələrdən biri günəş batereyalarının istehsalıdır. Gümüş-

sulfid kristalının qadağan olunmuş zonasının eninin 1-2 eV olması, istismar parametrlərinin və 

müddətinin alınma texnoloğiyasından asılılı olaraq optimallaşdırılması imkanlarının mövcudluğu, bu 

materialı müxtəlif diapozonlardakı günəş şüalanmasının elektrik enerjisinə çevrilməsində əhəmmiyətli  

rol oynaya biləcək materiallardan biri halına getirmişdir. Yarımkeçirici gümüş sulfid təbəqələrinin 

variyasiya edilərək optimallaşdırıla bilinən  fotoelektrik və termoelektrik xassələri də    məvcuddur.  

Gümüş-sulfid kristalları IR detektorlarında, fotokeçiricilərdə, fotovoltaik qurğular və bir çox digər 

optiko-elektronik qurğularda da geniş istifadə edilir. Gümüş sulfid nazik təbəqələrinin tətbiq sahə-

lərinin bu qədər geniş olması onun quruluş-xassə  əlaqəsinin öyrənilməsini materialşünaslığın aktual 

məsələlərdən biri kimi qarşıya qoyur. Bu istiqamətdə aparılan nəzəri tədqiqatlar ideal kristalın zona 

quruluşunun standart modellər köməyi ilə hesablanmasından irəli getməmiş, bu günə  qədər yalnız bir 

neçə məqalədə Ag

2

S elektron quruluşu nəzəriüsullarla tədqiq edilmişdir. Kashida və b. Ag



2

S in qadağan 

olunmuş zonasının enini 0.63 eV olaraq həsablamışdır (Solid State Ionics 158 (2003) 167-175).  

Bizim çalışmamızda gümüş-sulfid təbəqələrin quruluş-xassə  əlaqəsini modelləşdirmək üçün 

kvant-kimyəvi hesablamalar aparılaraqmüxtəlif qarşılıqlı təsir modelləri qurulmuşdur. (Ag

2

S)n(n=1,7) 



klasterlərinin hesablama modelləri molekulyar mexaniki və molekulyar-dinamik üsullar əsasında 

dayanıqlı  fəza quruluşları müəyyənləşdirilərək qurulmuş  və onların  əmələgəlmə istilikləri, xüsusi 

rabitə enerjiləri təyin edilmişdir. Molekulyar dinamik üsullarla bu quruluşların otaq və tablanma 

temperaturlarında dayanıqlılıq xüsusiyyətləri, dəyişmə dinamikası müəyyənləşdirilmışdır. Bu 

hesablamalar aparılarkən xüsusi olaraq, metal atomları daxil olan birləşmələr üçün təkmilləşdirilmiş 

yarımempirik ZİNDO/1 kvant-kimyəvi hesablama metodundan istifadə edilmiş  və klasterlərin 

energetik parametrləri və elektron quruluşunu xarakterizə edən bazı parametrlər hesablanmışdır. 

   Klaster    modelləri açıq, qapalı  və  həcmi olmaqla üç fərqli formada qurulmuşdur. Alınan 

nəticələr Cədvəl 1 və 2-də təqdim olunur. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

55

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Cədvəl 1. (Ag2S)n  klasterlərinin energetik parametrləri. 

 

Klas 



 

 

Tam energy   



(Kkal/mol) 

 

Rabitə 



enerjisi 

(Kkal/mol) 

 

İzolə olunmuş 



atomların 

enerjisi 

(Kkal/mol) 

Elektron 

enerjisi 

(Kkal/mol) 

 

Nüvə-nüvə 



q/t enerjisi  

(Kkal/mol) 

Əmələ 

gəlmə 


istiliyi 

(Kkal/mol) 

1 ag2s1 -53465.909 -200.384  -53265.525  -80363.502  26897.594  2.216 

2 ag2s2 -107041.680 -510.630  -106531.050  -235756.683  128715.004  -105.430 

3 ag2s3a -160642.988 -846.413  -159796.575  -455047.005  294404.017  -238.613 

4 ag2s3q -160675.670 -879.095  -159796.575  -453019.330  292343.660  -271.295 

5 ag2s4a -214359.083 -1296.983  -213062.100  -687630.569  473271.486  -486.583 

6 ag2s4q -214292.898 -1230.798  -213062.100  -703489.713  489196.815  -420.398 

7 ag2s4h -214317.885 -1255.785  -213062.100  -651103.988  436786.102  -445.385 

8 ag2s5q -268003.976 -1676.351  -266327.625  -962703.446  694699.471  -663.351 

9 ag2s5h -267999.089 -1671.464  -266327.625  -976801.148  708802.059  -658.464 

10 ag2s6q -321627.839 -2034.688  -319593.150  -1288375.679  966747.840  -819.088 

11 ag2s6h -321653.502 -2060.352  -319593.150  -1279525.834  957872.332  -844.752 

12 ag2s7q -375330.408 -2471.733  -372858.675  -1647208.803  1271878.395  -1053.533 

13 ag2s7h -375296.807 -2438.131  -372858.675  -1645949.898  1270653.092  -1019.931 

 

Cədvəl 2. (Ag2S)n  klasterlərinin HOMO və LUMO enerjiləri 

klas HOMO 

(eV) 


LOMO 

(eV) 


ag2s1 -8.908 

-0.309 


ag2s2 -4.655 

-0.859 


ag2s3a -5.242 -1.450 

ag2s3q -4.447 -1.065 

ag2s4a -3.862 -0.851 

ag2s4q -4.883 -1.194 

ag2s4h -6.965 -0.755 

ag2s5q -7.049 -0.986 

ag2s5h -6.954 -0.913 

ag2s6q -3.184 -0.884 

ag2s6h -6.666 -1.318 

ag2s7q -6.458 -0.744 

ag2s7h -6.504 -1.092 

 

Cədvəllərdən göründüyü kimi energetik parametrlərin və orbital enerjilərin klasterlərin fəza 



quruluşundan asılı olaraq kəskin dəyişməsi müşahidə olunur. 

 

 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

56

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

HD183143 IFRATNƏHƏNG ULDUZUNUN SPEKTRİNDƏ  

H

α

 XƏTTİNİN DƏYİŞKƏNLİYİ 

 

Ş.K. İSMAYILOVA 

AMEA N.Tusi Şamaxı Astrofizika Rəsədxanası 



ismayilova.shao@

gmail.com  

AZƏRBAYCAN 

 

HD183143 ulduzu spektral və  işıqlıq sinfi B7Iae, görünən ulduz ölçüsü mv=6



m

.8 olan mavi 

ifratnəhəng ulduzdur.  

Görünən oblastda spektral dəyişmələri yaxşı öyrənmək üçün Hα  xəttinin seçilməsi çox 

əlverişlidir.  İfratnəhəglərdə  Hα  xətti ulduzun atmosferi və örtüyündə formalaşır. Ona görə  də başqa 

spektral xətlərə nisbətən Hα xəttinin tədqiq olunması, ulduz atmosferlərində həm dərin, həm də yuxarı 

qatlarda baş verən fiziki prosesləri aşkar etməyə daha çox  imkan verir. İndiyədək HD183143 

ulduzunun spektral və fotometrik tədqiqi, o cümlədən ulduzun fundamental parametrlərinin təyini ilə 

L.M.Hobbs, D.G.York, S.Takano, M.Araki, D.E.Welty, A.Shulz, R.Lenzen, G.H.Herbig, P.G.Martin, 

J.R.P.Angel, G.G.Fahlman, G.A.H.Walker, E.L.Chentsov və başqaları  məşğul olmuşlar. Bu işlərdə 

tədqiqatçılar HD183143 ulduzunda həmçinin pulsasiyanın baş verməsi, ulduzda kütlə itgisinin 

hesablanması, DİB xətlərinin tədqiqi və o cümlədən ulduzda maraqlı spektral və fotometrik 

dəyişkənliklərin baş verməsini tədqiq etmişlər.       

Yuxarıda qeyd olunan işlərin davamı kimi ilk dəfə  ŞAR-da 2013-cü ildən etibarən HD183143 

ulduzunun spektral tədqiqi məqsədilə onun 16 günlük spektrlərini əldə etmişik.  

HD183143 ulduzunun müşahidələri 2013-2015-ci illərdə  Şamaxı Astrofizika Rəsədxanasının 2-

metrlik teleskopunun Kasseqren fokusunda eşelle-spektrometr vasitəsilə aparılmış və onun 30-dan çox 

spektri alınmışdır. Spektral diapazon λλ4700-6700 ÅÅ, ayırdetmə R=15000, siqnalın küyə nisbəti 

S/N=150

200 olmuşdur.  



Şəkil 1-dən görünür ki, tədqiq olunan spektrlərdə  Hα  xəttinin mərkəzi hissəsində  dəyişən 

xarakterli emissiya komponenti müşahidə olunur. Spektrlərin tədqiqi göstərdi ki, Hα  xəttinin 

mərkəzində emisiya xəttinin intensivliyi kəskin dəyişir.         

 

Şəkil 1. HD183143 ulduzu spektrlərində Hα xəttinin profilləri 

                        

Müşahidə olunan profillərin analizi göstərmişdir ki, HD183143 ulduzunda ulduz küləyi 

zamandan asılı olaraq dəyişir və dəyişkənlik uyğun olaraq örtüyün və Hα xəttinin yarandığı oblastın 

optik dərinliyini (

=ρdh) dəyişdirir. Nəticə etibarı ilə ulduz və örtük sisteminin baxış  şüası 

istiqamətində Hα xəttində müxtəlif quruluşlu P Cyg tipli profillər müşahidə edilir. Müşahidə periodu 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

57

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

ərzində  mərkəzi emissiya qırmızı  tərəfə asimmetrik mürəkkəb quruluşlu profil, tək ensiz simmetrik 

emissiya, qoşa pikli emissiya və dəyişən P Cyg tipli profil göstərir. Profilin dəyişmə xarakteri Be tip 

ulduzları xatırladır, lakin fərqli cəhət odur ki, dəyişmənin miqyası kiçikdir və qısa müddətdə baş verir. 

Bu cür dəyişmələr aksial simmetrik və  həyacanlanmış örtüklə izah olunur. Dəyişkənlik spektral 

parametrlərin qiymətlərində də özünü göstərir. Belə ki, spektrlər işlənərkən müəyyən edilmişdir ki, H

 

və H


 xətləri profillərinin quruluşunda, bu xətlərdəki şüa sürətində, ekvivalent endə və digər spektral 

parametrlərin qiymətlərində  nəzərəçarpacaq dəyişmələr baş verir. Emissiya komponentində yarım 

endə şüa sürəti Vr=  +5.5 ÷ +49.1  km/s, ekvivalent en Wλ=1.88 ÷ 2.74 Å və yarım en FWHM = 2.30 

÷ 3.82 Å intervallarında dəyişir. Hα  xəttinin profillərinin və emisiya komponentinin spektral 

parametrlərinin dəyişməsi ulduzda baş verən fiziki proseslər səbəbindən -  ulduz küləyinin  dəyişməsi  

və  uyğun olaraq örtükdə optik dərinliyin dəyişməsi ilə əlaqədardır.  

Hα  xəttinin geniş qanad emissiyasının müşahidə olunması isə onu göstərir ki, bu ulduzun 

atmosferinin nisbətən dərin qatlarında WR (Volf-Raye) tipli ulduzlara xarakterik olan güclü maddə 

axını baş verir. Xəttin qanad emissiyasının intensivliyinin az olmasını isə atmosferin dərin qatlarında 

elektron səpilməsi ilə izah etmək olar. 

Beləliklə, müəyyən edilmişdir ki, HD183143 ulduzu spektrlərində hidrogenin Balmer seriyası 

üzrə H


 xəttində dəyişmələr baş verir. H xətti çox-komponentli profildən ibarətdir. Digər tərəfdən 

şüa sürətinin ölçmələri göstərmişdir ki, xəttin konturunun udulma və  şüalanma hissəsində yaranmış 

kiçik komponentlər bənövşəyi və qırmızı tərəflərə doğru rəqsi hərəkətlər edir. Bundan əlavə, ölçmələr 

göstərmişdir ki, H

 xəttinin ekvivalent enində, yarımenində və mərkəzi intensivliyində dəyişmələr baş 

verir. Ehtimal olunur ki, HD183143 ulduzu spektrlərində hidrogen xətlərindəki dəyişkənliklər həmin 

ulduzun atmosferinin qeyri stasionar olması, o cümlədən atmosferdə güclü maddə axınlarının və 

örtüyün həyəcanlanmasının nəticəsi ola bilər. 

 

 

HD188001 VƏ HD178129 İFRAT NƏHƏNG ULDUZLARININ 



SPEKTRLƏRİNDƏ H



 VƏ H



 XƏTLƏRİNİN SPEKTRAL 

DƏYİŞKƏNLİKLƏRİ 

 

Yanoş MƏHƏRRƏMOV 

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 



y_meherremov@rambler.ru 

AZƏRBAYCAN 



 

AMEA N.Tusi adına  Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunun kasseqren 

fokusunda müasir CCD kamerası ilə 2014-2015-ci illərdə HD188001 (O7.5Iab) və HD178129 (B3Ia) 

ifratnəhəng ulduzlarının spektral müşahidələri aparılmışdır. Spektral ayırdetmə R~15000, siqnalın 

küyə nisbəti S/N=150

200, spektral diapazon isə  47006700ÅÅ olmuşdur. Alınmış spektrlər 

Dech20 və Dech20t paket proqramları vasitəsi ilə işlənmişdir. 

Müəyyən edilmişdir ki, HD188001 ulduzu spektrlərində hidrogenin Balmer seriyası üzrə H

  və 


H

  xətlərində  dəyişmələr baş verir. H



  xətti çox-komponentli profildən ibarətdir.  Şüa sürətinin 

ölçmələri göstərmişdir ki, xəttin konturunun udulma və  şüalanma hissəsində yaranmış kiçik 

komponentlər bənövşəyi və qırmızı tərəflərə doğru rəqsi hərəkətlər edir. Həmin komponentlər xəttin 

konturu üzərində  rəqsi hərəkətlər etsələr də  hərəkətin ümumi istiqamətinin bənövşəyi tərəfə dogru 

yönəldiyi aşkar edilmişdir. 

Bundan  əlavə, H

xəttinin profillərinin quruluşunda da dəyişmələr aşkarlanmışdır. Belə ki, 



H

profilinin nüvə hissəsi (aşağı pik) gah bənövşəyi, gah da qırmızı  tərəfə  əyilmiş formalarda, o 



cümlədən simmetrik formada müşahidə olunur. Digər tərəfdən, H

  xəttinin profilində  də çox kiçik 



komponentlər müşahidə edilmiş, lakin ayırdetmə aşağı olduğuna görə onların xarakteri qeyri-müəyyən 

qalmışdır. Digər tərəfdən ölçmələr göstərmişdir ki, H

  xəttinin ekvivalent enində (W), yarımenində 



(

1/2) və  mərkəzi intensivliyində (r) dəyişmələr baş verir. Lakin bu dəyişmələr arasında 

korrelyasiya müəyyən edilməmişdir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

58

 



Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

HD178129 ulduzu atmosferində müşahidə olunan H

 və H


 xətlərində də maraqlı dəyişkənliklər 

aşkar edilmişdir. Belə ki, 16.07.2014, 19.06.2015 və 08.07.2015-ci il tarixli müşahidələr göstərmişdir 

ki, H


 xəttinin şüalanma komponentindən qırmızı tərəfdə də bəzən zəif udulma komponenti müşahidə 

olunur. 2014-cü ildə aparılmış spektral müşahidələrdə H

 xətti əvvəlcə hər iki qanadında udulma olan 

mərkəzi  şüalanma komponenti formasında, sonra normal P Cyg profil, daha sonra isə tam udulma 

komponenti formasında müşahidə olunmuşdur. Lakin 23.06.2015 və 27.06.2015-ci ildə aparılmış 

müşahidələr göstərmişdir ki, HD178129 ulduzu spektrlərində  H

  xəttinin profili həm qoşa-pikli 



emissiya, həm də yalnız  şüalanma komponenti formasında müşahidə olunur. Dəyişmələr izlənərkən 

aydın olmuşdur ki, 2014-cü ildə olduğu kimi, 23.06.2015 və 29.06.2015-ci il tarixlərində  də  H

 

xəttinin şüalanma profilinin üzərində ikinci zəif komponentlər yaranmış və sonra yox olmuşdur. Xəttin 



konturunun belə kəskin dəyişməsi tədqiq olunan ulduzun atmosferinin çox aktiv dəyişkən olmasının 

göstəricisidir. Həmin vaxtlarda H

 xəttinin quruluşunda da əhəmiyyətli dəyişmələr baş vermişdir. Belə 



ki, 20.06.2015, 23.06.2015, 27-28.06.2015-ci il tarixli spektrlərdə H

 xətti 2 və 3 komponentli formada 



müşahidə olunmuşdur. Bundan əlavə, H

 xəttində spektral parametrlərin (W, 



1/2, r) qiymətlərində 

də dəyişmələr vardır. Ölçmələr göstərmişdir ki, H

xəttinin profilində kiçik komponentlər yaranarkən 



onun ekvivalent eninin qiymətlərində azalma baş verir.  

Beləliklə, müəyyən edilmişdir ki, HD188001 və HD178129 ifratnəhəng ulduzlarının 

spektrlərində H

 və H



xətləri profillərinin strukturu və şüa sürəti qısa zamanda dəyişkənlik göstərir. 

HD188001 ulduzu üçün bir gün ərzində  şüa sürətinin dəyişməsi H

  xəttində 



Vr= 1516 km/s, H

 



xəttində isə 

Vr = 44km/s –dir. HD178129 ulduzu üçün isə  H

  xəttində 



Vr= 2249 km/s, H 

xəttində isə 

Vr = 1746 km/s olmuşdur. 

Bundan əlavə, hər iki ulduzun atmosferlərində müşahidə olunan H

 və H


 xətlərində ekvivalent 

en və şüa sürətinin qiymətlərində sinxron dəyişmələr aşkar edilmişdir. 

Ehtimal olunur ki, HD188001 və HD178129 ulduzları spektrlərində hidrogenin Balmer seriyası 

üzrə  H



  və  H



  xətlərindəki dəyişkənliklər həmin ulduzların atmosferlərinin yuxarı qatlarında güclü 

maddə axınlarının və örtüyün həyəcanlanmasının nəticəsi və ya pulsasiya ilə əlaqədar ola bilər. 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin