Mexaniki dalğalar başa düşülür. Səs mənbəyindən


Kommutasiya sahəsinin qurulma prinsipləri



Yüklə 444,28 Kb.
səhifə16/34
tarix20.11.2023
ölçüsü444,28 Kb.
#163246
1   ...   12   13   14   15   16   17   18   19   ...   34
KOMMUTASİYA-SİSTEMLƏRİ-MÜHAZİRƏLƏR

Kommutasiya sahəsinin qurulma prinsipləri

Kommutasiya qovşağı və ATS –lərin tərkibini təyin edən əsas avadanlıq KS kommutasiya sistemi və İQ idarəedici qurğulardır.


Kommutasiya sistemi və idarəedici qurğuların avadanlıqlarını optikal qurulması onlara sərf edilən xərcləri azaltmaqla, lazım olan xidmət keyfiyyətini təmin etməyə imkan verir.
Rabitə qovşaqlarında istifadə edilən kommutasiya sistemləri tutumlarına görə kanalların ayrılması üsullarına və buraxma qabiliyyətlərinə görə bir –birlərindən fərqlənirlər.
Son vaxtlara kimi yerli və şəhərlərarası rabitə sistemində ən çox kanalları fəzaya görə ayrılan kommutasiya sistemləri geniş tətbiq edilmişdir.
A-dakı şəkildə rabitə qovşaqlarında istifadə olunan komutasiya sisteminin sadələşdirilmiş sxemi verilmişdir
Sxem
Sxemdən göründüyü kimi komutasiya sahəsi a, b, c olan 3 hissədən ibarət olmaqla N girişə və M çıxışa malikdir.
Istənilən N giriş xətlərindən hər bir V1 və V2 stansiya daxili xətlərin köməyi ilə a, b və c hissələrinin bilavasitə iştirakı ilə istənilən M çıxış xətlərindən birinə qoşula bilir.
Kommutasiya sisteminin istənilən a,b və c hissələrində rabitə yaradıması özündən sınrakı hissədə boş xəttin olub olmamasından asılı olmayaraq həyata keçirilirsə onda belə hissəyə axtarış pilləsi deyilir.
Axtarış pilləsi öz aralarında eyni tip birləşmiş kommutasiya bloklarından ibarət ola bilər.
Kommutasiya sahəsinin strukturu

Kommutasiya bloklarının strukturu giriş xətlərinin sayı, çıxış xətlərinin sayı, axtarış pillələrinin sayı, hər pillədə tətbiq edilən axtarış rejimi, axtarış pillələri arasındakı aralıq xətlərinin axtarılması üsulu ilə vəkommutasiya manqalarının sayları ilə xarakterizə olunur.


Axtarış pilləsi dedikdə müəyyən istiqamət üçün ayrılmış eyni çıxışlar bütün giriş xətlərinin qoşulmaq imkanına malik komutasiya bloku başa düşülür.
Axtarış pilləsi bir manqadan və çox manqadan ibarət ola bilər.
Çıxışların qoşulma üsuluna görə kommutasiya blokları tam və natamam imkanlı bloklara ayrılırlar.
Kommutasiya qovşaqlarında bir neçə axtarış pilləsi olur:
-ilk axtarış pilləsi
-qrup axtarış pilləsi
-xətt axtarış pilləsi
-qarışıq axtarış pilləsi
Bununla əlaqədar olaraq bu axtarış pillələrinin kommutasiya blokları müəyyən axtarış rejimində işləyirlər.
Ilk axtarış rejimində çağırış daxil olan giriş kanalına ona qoşula bilən istənilən çıxış xətlərindən yalnız birinin qoşulması tələb edilir.
Bu axtarış rejimində istiqamətlərin sayı 1-ə bərabər olur, imkanlıq isə çıxışların ümumi sayına bərabər olur.
Kommutasiya blokunun strukturu dedikdə həcminə və verilmiş xidmət keyfiyyətinə görə onun qurulma üsulu başa düşülür.
Kommutasiya sisteminin həcmi dedikdə onun girişləri N və çıxışları M sayı, xidmət keyfiyyəti dedikdə isə itən çağırışların sayı nəzərdə tutulur.



Yüklə 444,28 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin