Mexaniki dalğalar başa düşülür. Səs mənbəyindən


Zaman kommutasiya blokunun struktur sxemi



Yüklə 444,28 Kb.
səhifə15/34
tarix20.11.2023
ölçüsü444,28 Kb.
#163246
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
KOMMUTASİYA-SİSTEMLƏRİ-MÜHAZİRƏLƏR

Zaman kommutasiya blokunun struktur sxemi

Giriş və çıxış xətləri arasında zaman kanallarını yenidən qruplaşdırmaq üçün zaman kommutasiya blokundan istifadə edilir.


Bu blok operativ informasiya yaddaş qurğusundan istifadə edilməklə reallaşdırıla bilər.
ZKB-dəistifadə edilən informasiya yaddaş qurğusunun əsas vəzifəsi kommutasiya olunan kanalla daxil olan informasiyaları yadda saxlamaq və oxumaqdan ibarətdir.
İYQ-nın ümumi sayı kommutasiya olunan traktların sayına bərabərdir. Hər yaddaş qurğusunda olan yuvacıqların sayı isə hər traktdakı kanalların sayına bərabər olur.
A-kı şəkildə ZKB –nin şərti təsvir edilmə sxemi göstərilmişdir.
Sxem
A-sxemində ZKB –nin şərti təsvir edilmə sxemi, b-şəklində bZKB-nin fəza ekvivalent sxemi göstərilmişdir.
VSBX - veriliş sisteminin birləşdirici xətləri


Zaman kommutasiya blokunda kommutasiyanın prinsipi

ZKB çoxnaqilli kommutasiyanı həyata keçirməlidir. Yəni hər iki istiqamətdə verilişi təmin edən giriş və çıxış kanallarının kommutasiya olunmasını təmin etməlidir.


ZKB-də kommutasiyanın prinsipi şəklinə baxsaq görərik ki, girişdəi i-ci kanalı, çıxışdakı J-ci kanala kommutasiya olunması üçün yəni hər istiqamətdəki sistem üçün 4 məftilli xət tələb olunur. Bu kanallar arasındakı birləşməni simvolik olaraq düz istiqamətdə i→j,
əks istiqamətdə isə j→i kimi göstərmək olar.
a-kı şəkildə zaman kommutasiya blokunda kommutasiya prinsipi göstərilmişdir.
Sxem
Rəqəm kommutasiya elementi

Stansiyanın kommutasiya sahəsində həm zamana və həm də fəzaya görə kommutasiya prosesi həyata keçirilir.


Kommutasiya sistemində istifadə edilən hər bir rəqəm kommutasiya elementi 16 ədəd eyni tipli 2 tərəfli kommutasiya portundan təşkil olunmuşdur.
Hər bir port 32 zaman kanalına malikdir ki, bu kanalların veriliş sürəti 128 kilobit / saniyədir.
Hər bir kanal nitqi və verilənləri və eləcədə modullar arası siqnal məlumatlarını rəqəm formasında ötürə bilir.
Sifirina və 16 cı kanal yalnız daxili istifadə yəni siqnallaşma üçün nəzərdə tutulmuşdur.
Rəqəm kommutasiya elementi xüsusi axtarış mexanizminə və xüsusi yollar kartına malikdir.
Hər bir kommutasiya portu giriş kanallarının rabitə yaratmaq və rabitəni ayırmaq üçün istifadə edilə bilər.
16 portun hər birində 30 rəqəm seli dövrəsi istənilən digər portun çıxış kanalına qoşula bilər.
Belə fəza –zaman kommutasiya hər bir rəqəm kommutasiya elementinə imkan verir ki, 480 giriş kanalını, 480 çıxış kanalına bloklamadan qoşa bilsin.
Bir rəqəm komutasiya elementinin platasında 16 ədəd komutasiya portu yerləşdirilir.
Belə platalar 480 girişi və 480 çıxışı olan böyük inteqral mikrosxemdə reallaşdırılır.



Yüklə 444,28 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin