Mexaniki dalğalar başa düşülür. Səs mənbəyindən


Danışığın formalaşdırılması və qulaq tərəfindən



Yüklə 444,28 Kb.
səhifə2/34
tarix20.11.2023
ölçüsü444,28 Kb.
#163246
1   2   3   4   5   6   7   8   9   ...   34
KOMMUTASİYA-SİSTEMLƏRİ-MÜHAZİRƏLƏR

Danışığın formalaşdırılması və qulaq tərəfindən
qəbulu
Danışıq növlü analoq tipli siqnalların formalaşdırılması və qəbulunda iştirak edən danışıq orqanlarının quruluşunu nəzərdən keçirək görərik ki, bu orqanlar bütün insanlar üçün eyni olub universal xarakter daşıyır
Danışığın formalaşdırılmasında ağ ciyər, udlaq, ağız, ağız boşluğu , boğaz , burun,çənə, doqaqlar, diş, dil, dilçək kimi insan orqanları aktiv sürətdə iştirak edir. Müxtəlif dillərdə danışan insanların orqanlarının öyrənilməsindən sonra məlum olmuşdur ki, onların əsas xüsusiyyətləri eynidir.
Ümumiyyətlə nitq orqanlarının ekvivalent sxemi yüksək tezlikli qəbuledici və mürəkkəb səs tezlikli siqnalları formalaşdıran analizator sxemi ilə eynidir.
İnsanın eşitmə sistemi yəni qulağı təbiətən elə qurulmuşdur ki, onun bioloji zolaq süzgəclərindən daxil olan çoxsaylı səs tezliyinin spekral harmonikalarını qəbul edə bilir. Qulaq orqanı eşidilə bilən bütün səs diapazonuna aid tezlikləri 16 - 20000 hers tezlik diapazonla qəbul edə bilir.
İnsan qulağının eşidilmə imkanı səs dalğalarının aşağıdakı parametrləri ilə xarakterizə olunur.
1.Səs dalğalarının təzyiqi
2.Səs dalğasının intensivliyi
Danışıq traktı və onun elementləri
Səs tezlikli danışıq növlü siqnalların səs tezlikli elektrik siqnallarına çevrilməsi, onların danışıq traktı yəni dövrəsi ilə göndərilməsi və qəbulda yenidən danışıq növlü siqnallara çevrilməsi prosesi telefon verilişi adlanır.
Telefon verilişini təşkil etmək üçün telefon danışıq traktları təşkil edilir.
Bu məqsədlə son qurğular kimi akustiko-elektrik yəni mikrofon və elektroakustik çeviricilər yəni telefon istifadə edilir.Hər iki element telefon aparatının danışıq dövrəsinin elementləri hesab edilir.
Aşağıdakı şəkildə iki abunəçi arasında telefon rabitəsinin sadə birləşmə sxemi təsvir edilmişdir.


Elektroakustik çeviricilər

Veriliş məntəqəsində səs enerjisini elektrik enerjisinə, qəbul məntəqəsində isə elektrik enerjisinə çevirən cihazlara elektroakustik cihazlar deyilir.


Səs enerjisini elektrik enerjisinə çevirən mikrafon, elektrik enerjisini səs enerjisinə çevirən cihaz telefon adlanır. Enerjini çevirmə prinsiplərinə görə elektroakustik cihazlar elektromaqnik, elektrodinamik, piozeelektrik, kandensator, kömür və transistor tipli olurlar.
Kömür və transistor çeviricisindən başqa digər butun çeviricilər səs enerjisini elektrik enerjisinə və əksinə elektrik enerjisini səs enerjisinə çevirmək qabiliyyətinə malikdir.



Yüklə 444,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin